Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu haqqında

                                                                 MƏLUMAT

29 may 2022-ci ildə Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu keçirilmişdir.

Plenumda aşağıdakı məsələlər müzakirə edilmişdir:

1.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti qurultayına hazırlıq barədə və Azərbaycan  Kommunist Partiyasının tərkibinin gənclər hesabına formalaşdırılması tədbirləri;

2. Azərbaycan  Kommunist Partiyasının növbəti qurultayının keçirilməsinə hazırlıqla bağlı tədbirlər planının təsdiqi;

3. Azərbaycan  Kommunist Partiyasının növbəti qurultayının təşkili ilə bağlı işçi qrupu barədə;

4. Azərbaycan  Kommunist Partiyasının növbəti qurultayının keçirilməsinə hazırlıqla bağlı şəhər, rayon partiya komitələrində hesabat-seçki yığıncaqlarının keçirilməsi qrafikinin təsdiqı;

5.Cari məsələlər.

Birinci məsələ ilə bağlı  Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev məruzə etmişdir (Məruzə Kommunist internet qəzetində dərc olunur).

Məruzə ətrafında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsənov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyas Nəzarət-Təftiş Komissiyasının sədri Şıxbaba Rzayev, Biləsuvar Rayon Partiya Komitəsinin birinci katibi Mübariz Əliyev, Masallı Rayon Partiya Komitəsinin birinci katibi Nizami Fətullayev, Sabunçu Rayon Partiya Komitəsinin birinci katibi Xəyal Əsgərov və Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi Rza Cəfərov çıxış etmişlər.

Plenum təşkilati məsələlərə baxmışdır. Samir Vəzirov, Arif Zeynalov, Zülfi Sadıxov, Adil Heydərov və Gennadi Tretyakov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzlüyündən azad edilmişdir.

Cari məsələlərin müzakirəsi ilə plenum öz işini başa vurmuşdur.

Azərbaycan KP MK-nın mətbuat xidmət

                                                                         *  *  *

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunun

                                                                   Q Ə R A R I

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumu Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevin məlumatını dinləyərək qərar alır:

1. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumu Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi T.Nurullayevin məlumatı nəzərə alınsın.

2. Azərbaycan Kommunist Partiyasının növbəti qurultayı 2022-ci ilin noyabr ayının 27-də Bakı şəhərində keçirilsin. Qurultayın aşağıdakı gündəliyi təsdiq edilsin:

2.1 Azərbaycan Kommunist Partiyasının qurltaylar arası dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə;

2.2 Azərbaycan Kommunist Partiyası Nəzarət Təftiş Komissiyasının hesabatı və onun partiyanın fəaliyyətində Nizamnamə tələblərinə uyğun işin gücləndirilməsi barədə;

2.3 Azərbaycan Kommunist Partiyasının Nizamnamə və Proqramına dəyişikliklər edilməsi barədə;

3. Azərbaycan Kommunist Partiyasının rəhbər orqanlarının seçilməsi barədə

4. Cari məsələlər barədə

5. Qurultayda “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qurltaylar arası dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etmək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevə həvalə edilsin.

6. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə tapşırılsın ki, qurultaya hazırlıqla bağlı təşkilati məsələlərin həllinə vaxtında nail olunsun;

6.1 Şəhır, rayon partiya təşkilatlarına tapşırılsın ki, bu məlumatlar kommunistlərin nəzərinə çatdırılsın;

6.2 Azərbaycan Kommunist Partiyası şəhər, rayon partiya komitələrinə tapşırılsın ki, Azərbaycan Kommunist Partiyası Nizamnaməsi tələblərinə riayət olunması ilə bağlı 2022-cı ilin partiya komitələrinin hesabat seçki iclaslarında bu məsələyə diqqət göstərilsin;

6.3 Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə tapşırılsın ki, şəhər, rayon partiya komitələrinə gənclər hərəkatının fəaliyyətinin təşkilini Lenin çağırışına əsasən Azərbaycan Kommunist Partiyasının tərkibinin gənclər hesabına formalaşdırılması lə bağlı səylər davam etdirilsin.

7. Azərbaycan Kommunist Partiyası üzvlərinin AKP Nizamnaməsi tələblərinin yerinə yetirilməsi barədə, xüsusən də üzvlük haqqlarının toplanması istiqamətində qəti tədbirlər görülsün;

7.1 Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə tapşırılsın ki, qərarın bütün partiya təşkilatlarına çatdırılması təmin edilsin və “Azərbaycan Kommunisti” qəzetində dərc edilsin .

8. Qurultayın işində iştirak üçün Sov. İKP rəhbərliyinə dəvət göndərilsin.

9. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rayon, şəhər təşkilatlarından qurultaya iştirak üçün numayəndəlik 50 nəfər, 10 nəfər isə qonaqlar nəzərdə tutlsun. Nümayəndılik norması Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyun ayındakı birinci bürosunda təsdiq edilsin.

10. Qərarın icrası Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə tapşırılsın.

*  *  *

Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunda Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevin

                                                              MƏRUZƏSİ        

Hörmətli yoldaşlar!

Nəzərinizə çatdırıram ki, bu il partiyanın Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Kommunist Partiyasının növbəti 41 – ci  qurultayının keçirilməsi nəzərdə tutulmuşdur. Bu qurultayda bizim partiyanın 40-cı qurultayında seçilmiş rəhbər orqanlarının ötən illər ərzində gördüyü işlərə yekun vurulacaq və partiyanın növbəti illər üçün fəliyyətinin daha da inkişaf etdirilməsi üçün qərarlar qəbul ediləcəkdir.

Indi isə diqqətinizi beynəlxalq kommunist hərəkatında və eyni zamanda respublikamızın siyasi həyatında baş verən bəzi məqamlara yönəltmək məqsədə uyğun olardı.

Belə ki, bu ilin fevralından başlayan Rusiya - Ukraina münasibətlərinin böhran həddə çatması birincinin Ukraina ərazisində  xüsusi hərbi əməliyyat çərçivəsində,  müharibəyə səbəb olmuşdur. Əlbəttə ki, bizim partiyanın mövqeyi aydındır. Bu marksizm-leninizm prinsiplərindən irəli gələn sülh əsasında yaşamaq və müstəqil ölkələr arasında , iqtisadi-siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi münasibətlərində olmalıdır! Marksizm-leninizm ideyalarına əsaslanan partiyalar, ümumiyyətlə, müharibələrin əleyhinədirlər. Bizim partiya bu münaqişədə heç bir tərəfi dəstəkləmir! Lakin 2014-cü ildən başlanan Rusiya - Ukraina ölkələrinin münasibətlərinin müharibə ilə nəticələnməsi şübhə doğurmurdu.

SSRİ-nin məqsədyönlü dağıdılmasından sonra Qərbin imperialist dairələri Alen Dallasın İkinci Dünya Müharibəsinin axırlarında təklif etdiyi “SSRİ-nin məqsədyönlü dağıdılması Planı”nı ustalıqla həyata keçirməkdədirlər. Postsovet respublikalarında apardıqları siyasət hamıya məlumdur. Bu siyasət xalqların əksər hissəsinin ürəyincə olmasa da hər bir cəmiyyətdə müəyyən qüvvələrin “zəif” tərəfindən istifadə etmək təcrübəsi Qərbin prioritet vəsitələrindəndir. Keçmiş sovet respublikaları “müstəqillik” əldə edən kimi Qərbin imperialist dairələri, böyük canfəşanlıqla bu respublikaları öz təsiri altında saxlamaqla, keçmişlərini unutdurmaq (sosializm önəmini) məqsədi ilə əllərindən gələni əsirgəmirlər. İstər Pribaltika respublikaları olsun, istər Orta Asiya pespublikaları, o cümlədən də Zaqafqaziya respublikaları onların təsir çərçivəsindədir. Ədalət naminə demək lazımdır ki, Umummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi nəticəsində Qərbin bizə təsir istiqaməti dəyişmişdir.

2008-ci ildə qonşu Gürcüstan Respublikası ilə Cənubi Osetiya münaqişəsinin drijoru, əlbəttə ki, Qərb dairələri olmuşdur. Lakin ən gərgin vəziyyətdə “Sem dayı” Gürcüstah hakimiyyətini döyüş meydanında təkbaşına buraxmışdır. Burada bir məsəli yada salmaq istərdim: tanınmış sair və dövlət xadimi Molla Pənah Vaqif xana qulluq edib Allaha inanardı, lakin o edam ediləndə ona inamı belə kömək edə bilmədi!? İndi də 2014-cü ildən öz təsirini Ukrainada getdikcə artıran Qərb iki qardaş slaviyan xalqları arasında “milli” ədavət toxumunu səpərək münaqişəni daha da gərginləşdirmək üçün bütün mənfur vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu müharibənin sonluğunun nə ilə qurtaracağı dəqiq olmasa da bəllidir ki, dünya dəyişəcəkdir. Bu dəyişiklikdən beynəlxalq kommunist hərəkatı səmərəli iştifadə etməlidir.

 Bizim partiyanın bu münaqişə ilə bağlı mövqeyi beynəlxalq kommunist hərəkatı partiyaların, bir neçə dəfə verdikləri bəyanatlarla üst-üstə düşür. Biz  Rusiyada fəaliyyətdə olan bəzi partiyalar kimi müharibəni dətəkləmirik və bu müharibənin tezliklə, sülh danışıqlıqları ilə bitməsinin tərəfdarıyıq.

Yoldaşlar!

Biz Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin keçən plenumunda - pandemiya dövründə  ilk partiya təşkilatlarının, eləcə də Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinin fəaliyyəti haqqında müzakirələr aparmışdıq. Görünür pandemiyya dalğası bizim ilk partiya təşkilatlarında durğunluq əmələ gətirmişdir. Sumqayıt partiya təşkilatından başqa, demək olar ki, digər partiya təşkilatlarının fəaliyyətlərində biganəçilik höküm sürməkdədir. Lənkəran partiya təşkilatında (R. Cəfərov) bir qədər tərpəniş olsa da, bu espublika partiya təşkilatını qane edə bilməz. Biz partiyanın qurultay ərəfəsi dövründə qüvvələrimizi səfərbər edərək fəaliyyətimizi partiyanın Nizamnamə və  Proqramı əsasında inkişaf etdirməliyik. Doğrudur, fəaliyyətimizin ləng getməsinə obyektiv və subyektiv amillər təsir göstərmişdir, lakin biz bununla sakitləşməməliyik. Siyasi partiyalar ümumiyyətlə, marksizm-leninizm nəzəriyyəsinə əsaslanan partiyalar xüsusilə belə vəziyyətlə barışa bilməzlər. Fəqət Azərbaycan Kommunist Partiyasının şanlı tarixi sübut edir ki, kommunistlər istənilən şəraitdə fəaliyyətlərini gücləndirə bilərlər!

Yoldaşlar!

Qurultay ərəfəsi dövrdə biz çalışmalıyıq ki, partiya sıralarımız gənclərlə möhkəmlənsin. Bu barədə biz ötən qurultayda ətraflı müzakirələr edib müvafiq qərarlar qəbul etmişdik. Görünür ilk partiya təşkilatları partiyanın ali orqanının qərarlarına və göstərişlərinə soyuq yanaşırlar. Qeyd etmək lazımdır ki, Sabunçu rayon təşkilatının (X. Əskərov) yaradılması nəticəsində bir neçə gənc kommunistlərlə fəxr etsək də, bu sahədə hələ görüləcək işlərimiz yetərincə deyildir.

 Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin kartbi Ədalət Abdinovun yenidən partiyaya qayıtması,  ümid edirik ki, qurultaya qədər bəzi rayonlarda partiya təşkilatlarının yaradılmasına rəvac verəcəkdir.

Sov.İKP-nin tarixindən məlumdur ki, qurultay qabağı “Lenin çagırışı” deyilən şüarla partiya sıralarına yüzlərlə yeni üzvlər qoşulurdu. Bu mütərəqqi ənənəni davam etdirmək lazımdır.

Yoldaşlar!

Bir qədər də siyasi təhsil sistemi barəsində. Bilirsiniz ki, bizim partiya təşkilatları bu sahədə müəyyən uğurlar əldə etmişlər, lakin son illərdə partiyamız üçün bu əhəmiyyətli sahə yaddan çıxmışdır. Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyi tərəfindən hazırlanan, siyasi dərslər proqramı sizlərə paylanacaqdır. Tələb budur ki, siyasi təhsil sistemini bərpa edərək, proqramda göstərilən temaların öyrənilməsini təşkil edəsiniz. Bilmək lazımdır ki, siyasi savad olmadan biz nə təbliğatçı nə də təşviqatçı yetişdirə bilmərik. Zira siyasi partiyanın inkişafı və sıralarının möhkəmlənməsi məhz təbliğatçı və təşviqatçılardan çox aslıdır!

Keçiriləcək siyasi dərslərdə marksizm-leninizm nəzəriyyəsi ilə yanaşı bizim partiyanın ən yeni tarixindən bəhs edən kitabı da yaddan çıxarmaq olmaz. Fəqət keçmişindən nəticə çıxarmayan gələcəyini möhkəm təməl üzərində qura bilməz.

Yoldaşlar!

Bir neçə kəlmə respublikamızda baş verən hadisələr barədə. Son illər həm pandemiyyanın təsiri, eləcə də Rusiya-Ukraina müharibəsinin fəsadları dünya iqtisadiyyatına öz təsirini göstərdiyi kimi bizim raspublikamızda da bu təsiri hiss etməkdəyik. Bu əsasən gündəlik tələbat məhsullarının qiymətlərinin, qeyri obyektiv olaraq, tez-tez yüksəlməsi əhalinin əksər hissəsinin sosial durumuna pis təsir etməkdədir. 2019-cu ildən başlayaraq yanacağın, suyun, ərzaq məhsullarının bir neçə dəfə bahalaşması əhalinin o qədər də yaxşı olmayan sosial durumunun, daha da pisləşməsinə gətirib çıxarmışdır. Qəribə orasındadər ki, əsas təbii sərvətlərə malik olan bir ölkədə əhalinin sosial durumu pisləşməyə doğru getməkdə davam etməsidir. Hakimiyyət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, hələlik, istənilən nəticəni verməmişdir. Varlılar varlaşır, kasıblar kasıblaşır- bax budur kapitalizmin “töhvələri”!

Əlbəttə ki, xalqımızın illərlə arzuladığı Qarabağ problemi Ali Baş Komandanın səriştəli rəhbərliyi və rəşadətli silahlı qüvvələrimizin qəhrəmancasına döyüşməsi nəticəsində öz müsbət həllini tapmışdır. Bu bütün əhalini sevindirməyə bilməz. Lakin bu o demək deyil ki, azad olunmuş şəhər və kəndlərimizi bərpa etməklə bu qələbəmizin əsas rəhni olan azərbaycan xalqı çətinliklərlə yaşamalıdır. Azərbaycan vətəndaşının layiqli yaşamaq hüquqi əlindən alınmamışdır. Bu bizim Əsas Qanun olan Konstitutsiyamızda öz əksini tapmışdır! Bizim partiya tərəfindən  bu istiqamətdə bir neçə bəyanatlar verilsə də,  hakimiyyət tərəfindən heç bir reaksiya verilməmişdir.

Yoldaşlar!

Çıxışımın sonunda yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti qurultayı kommunistlərin həyatında ən əlamətdar hadisə kimi qiymətləndirilməlidir! Bu əlamətdar hadisəyə hər bir kommunist öz töhfəsini verməlidir! Çox yəqin ki, qurultayın keçirilmə tarixi və nümayəndələr norması haqqında Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Rəhim Həsənov ətraflı məlumat verəcəkdir.

Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi əminliklə qeyd edir ki, yerli partiya təşkilatları qurultaya qədər bütün imkanlarını səfərbər edərək Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti qurultayına öz töhfələrini verəcəklər!

Diqqətinizə qarşı minnətdarlıq edirəm.

*  *  *

Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunda Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinovun

                                                   ÇIXIŞI

 

Yoldaşlar! 

İdeoloji işin səmərəliliyinin artırılması istiqamətində görülən işlər Azərbaycan Kommunist Partiyasının ən mühüm və vacib sahəsi olaraq qalır. 

Bildiyiniz kimi, Azərbaycan Kommunist Partiyasının apardığı siyasətin əhali arasında təbliği rayon partiya komitələrin gündəlik vəzifəsidir və təbliğatın əsasında partiya rəhbərliyinin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanır. Mərkəzi Komitənin qərar və tövsiyələri dərindən təhlil edilməli və aparılan təbliğat işində məhz onlara söykənilməlidir.

Ümiyyətlə, hər bir kommunist günədək ideolojin işin yerlərdə mütəşəkkil təşkil edilməsinə öz töhfəsini verməlidir.Yalnız təqvim tədbirləri deyil, eyni zamanda birbaşa rayon təşkilatların fəaliyyəti əks etdirən müxtəlif məzmunlu tədbirlər həyata keçiririlməlidir.

Marksizm-leninizm təliminin yaradıcılarının məfkurəsinin geniş təbliği önəmli yer tutmalıdır. “Azərbaycan Kommunist Partiyası və Lenin – Stalin Məfkurəsi” mühazirə və görüşlər onların ölməz ideyalarına əbədi sədaqət nümunəsinə çevrilməlidir.

Fəxri Xiyabanda və digər məzarlıqda uyuyan inqilabçı bolçeviklərin məzarı gənclərin iştirakı ilə ziyarət olunmalıdır.

Baş vermiş ictimai-siyasi hadisələrlə bağlı hesab edirəm ki, hər həftənin bazar günü rayon partiya komitələrində məlumat saatı təşkil edilməlidir. Məlumat saatının birinci hissəsi həftə ərzində ölkədə gedən işlərə diqqət cəlb etməklə, ikincici hissəsi əsasən tematik şəkildə təşkil olunsa yaxşıdır.

Tənzimləyici orqanın olmaması, xüsusi alqoritmlər vasitəsilə xəbər çoxluğunun və kütləviliyinin təmin edilməsi, informasiyanın geniş hədəf auditoriyalarına çıxarılması, saxta profillərin yaradılmasının asanlığı internet medianı və sosial şəbəkələri effektiv təbliğat, əks təbliğat, manipulyasiya və dezinformasiya platformasına çevirmişdir. Bəzi “alternativ” informasiya mənbələri antikommunist təbliğatını genişləndirirlər. Dəfələrlə qeyd etdiyim ki, hər rayon partiya təşkilatın rəsmi Facebook səhifəsi yaradılmalıdır. Milyonlarla insan sosial şəbəkələrdən istifadə edir.

Düzdür, MK-nın ideoloji işə cavadeh şəxsi kimi həmin səhifələrini idarə edən adminlər tərəfindən bu istiqamətdə işin düzgün qurulması məqsədilə onlarla maarifləndirici layihələr, seminarlar və təlimlər həyata keçirilmək mənim borcumdur. Ona görə də “Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, “Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, “sosial medianın əhəmiyyəti”, “TV və İnternet-Tv“, "Sosial Şəbəkələrdə aktivlik necə olmalıdır" mövzularında media sahəsində çalışan ekspertlərin iştirakı ilə maarifləndirici layihələr, seminarlar və təlimlərin həyata keçirilməsini nəzərdə tutmuşuq. 

Gənclərdən ibarət təşviqat qruplarının yaradılması da vacib məsələlərdən biridir.

Kommunist ideologiyasının təbliğinə həsr olunmuş konfrans, dəyirmi masa və digər tədbirlər də bu gün üçün çox aktualdır.

Rayon Partiya Komitələrin Rayon İcra Hakimiyyətləri, bələdiyələr və digər dövlət orqanları ilə əlaqələri çox zəifdir.

Digər partiyalarla fərdi qaydada görüşlərin keçirilməsinə də xüsusi diqqət yetirilməlidir.

Rayon partiya komitələrinin şəhid ailələri, müharibə iştirakçıları, veteranlarla görüşləri vətənpərvərlik tərbiyə işimizin tərkib hissəsidir.

Rayon partiya komitələrinin tanınmış şəxslər, millət vəkilləri, ictimai-siyasi xadimlərlə rəsmi və qeyri-rəsmi formatda görüşlərinin təşkilinə xüsusi önəm verilməlidir.

Keçirilmə tarixindən asılı olmayaraq Prezident, parlament, bələdiyyə və referendum seçki təbliğatı rayon partiya komitələrinin daimi işi olmalıdır.

*  *  *

Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumundan foto-reportaj

 


 


 


 


 









Отправить комментарий

0 Комментарии