MƏLUMAT
29 may 2022-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu keçirilmişdir.
Plenumda
aşağıdakı məsələlər müzakirə edilmişdir:
1.Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti qurultayına hazırlıq barədə və
Azərbaycan Kommunist Partiyasının tərkibinin
gənclər hesabına formalaşdırılması tədbirləri;
2. Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının
keçirilməsinə hazırlıqla bağlı tədbirlər planının təsdiqi;
3. Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının təşkili
ilə bağlı işçi qrupu barədə;
4. Azərbaycan Kommunist Partiyasının növbəti qurultayının
keçirilməsinə hazırlıqla bağlı şəhər, rayon partiya komitələrində hesabat-seçki
yığıncaqlarının keçirilməsi qrafikinin təsdiqı;
5.Cari məsələlər.
Birinci məsələ
ilə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Telman Nurullayev məruzə etmişdir (Məruzə Kommunist internet qəzetində
dərc olunur).
Məruzə ətrafında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat məsələləri üzrə katibi Rəhim Həsənov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyas Nəzarət-Təftiş Komissiyasının sədri Şıxbaba Rzayev, Biləsuvar Rayon Partiya Komitəsinin birinci katibi Mübariz Əliyev, Masallı Rayon Partiya Komitəsinin birinci katibi Nizami Fətullayev, Sabunçu Rayon Partiya Komitəsinin birinci katibi Xəyal Əsgərov və Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi Rza Cəfərov çıxış etmişlər.
Plenum təşkilati məsələlərə baxmışdır. Samir Vəzirov, Arif Zeynalov, Zülfi Sadıxov, Adil Heydərov və Gennadi Tretyakov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzlüyündən azad edilmişdir.
Cari məsələlərin müzakirəsi ilə plenum öz işini başa vurmuşdur.
Azərbaycan KP MK-nın mətbuat xidmət
* * *
Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunun
Q Ə R A
R I
Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumu Azərbaycan Kommunist
Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevin məlumatını
dinləyərək qərar alır:
1. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumu Azərbaycan Kommunist
Partiyasının növbəti qurultayının keçirilməsi ilə bağlı Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi T.Nurullayevin məlumatı nəzərə
alınsın.
2.
Azərbaycan Kommunist Partiyasının növbəti qurultayı 2022-ci ilin noyabr ayının
27-də Bakı şəhərində keçirilsin. Qurultayın aşağıdakı gündəliyi təsdiq edilsin:
2.1
Azərbaycan Kommunist Partiyasının qurltaylar arası dövrdəki fəaliyyəti və
qarşıda duran vəzifələr barədə;
2.2
Azərbaycan Kommunist Partiyası Nəzarət Təftiş Komissiyasının hesabatı və onun
partiyanın fəaliyyətində Nizamnamə tələblərinə uyğun işin gücləndirilməsi
barədə;
2.3
Azərbaycan Kommunist Partiyasının Nizamnamə və Proqramına dəyişikliklər
edilməsi barədə;
3.
Azərbaycan Kommunist Partiyasının rəhbər orqanlarının seçilməsi barədə
4. Cari
məsələlər barədə
5.
Qurultayda “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qurltaylar arası
dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə” məruzə ilə çıxış etmək
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman
Nurullayevə həvalə edilsin.
6.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə tapşırılsın ki,
qurultaya hazırlıqla bağlı təşkilati məsələlərin həllinə vaxtında nail olunsun;
6.1 Şəhır,
rayon partiya təşkilatlarına tapşırılsın ki, bu məlumatlar kommunistlərin
nəzərinə çatdırılsın;
6.2 Azərbaycan
Kommunist Partiyası şəhər, rayon partiya komitələrinə tapşırılsın ki,
Azərbaycan Kommunist Partiyası Nizamnaməsi tələblərinə riayət olunması ilə
bağlı 2022-cı ilin partiya komitələrinin hesabat seçki iclaslarında bu məsələyə
diqqət göstərilsin;
6.3
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə tapşırılsın ki, şəhər, rayon
partiya komitələrinə gənclər hərəkatının fəaliyyətinin təşkilini Lenin
çağırışına əsasən Azərbaycan Kommunist Partiyasının tərkibinin gənclər hesabına
formalaşdırılması lə bağlı səylər davam etdirilsin.
7. Azərbaycan
Kommunist Partiyası üzvlərinin AKP Nizamnaməsi tələblərinin yerinə yetirilməsi
barədə, xüsusən də üzvlük haqqlarının toplanması istiqamətində qəti tədbirlər
görülsün;
7.1
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə tapşırılsın ki,
qərarın bütün partiya təşkilatlarına çatdırılması təmin edilsin və “Azərbaycan
Kommunisti” qəzetində dərc edilsin .
8.
Qurultayın işində iştirak üçün Sov. İKP rəhbərliyinə dəvət göndərilsin.
9.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rayon, şəhər
təşkilatlarından qurultaya iştirak üçün numayəndəlik 50 nəfər, 10 nəfər isə
qonaqlar nəzərdə tutlsun. Nümayəndılik norması Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin iyun ayındakı birinci bürosunda təsdiq edilsin.
10.
Qərarın icrası Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibliyinə
tapşırılsın.
* * *
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayevin
MƏRUZƏSİ
Hörmətli yoldaşlar!
Nəzərinizə çatdırıram ki, bu il partiyanın
Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Kommunist Partiyasının növbəti 41 – ci qurultayının keçirilməsi nəzərdə tutulmuşdur.
Bu qurultayda bizim partiyanın 40-cı qurultayında seçilmiş rəhbər orqanlarının
ötən illər ərzində gördüyü işlərə yekun vurulacaq və partiyanın növbəti illər
üçün fəliyyətinin daha da inkişaf etdirilməsi üçün qərarlar qəbul ediləcəkdir.
Indi isə
diqqətinizi beynəlxalq kommunist hərəkatında və eyni zamanda respublikamızın
siyasi həyatında baş verən bəzi məqamlara yönəltmək məqsədə uyğun olardı.
Belə ki,
bu ilin fevralından başlayan Rusiya - Ukraina münasibətlərinin böhran həddə
çatması birincinin Ukraina ərazisində xüsusi
hərbi əməliyyat çərçivəsində, müharibəyə
səbəb olmuşdur. Əlbəttə ki, bizim partiyanın mövqeyi aydındır. Bu
marksizm-leninizm prinsiplərindən irəli gələn sülh əsasında yaşamaq və müstəqil
ölkələr arasında , iqtisadi-siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi
münasibətlərində olmalıdır! Marksizm-leninizm ideyalarına əsaslanan partiyalar,
ümumiyyətlə, müharibələrin əleyhinədirlər. Bizim partiya bu münaqişədə heç bir
tərəfi dəstəkləmir! Lakin 2014-cü ildən başlanan Rusiya - Ukraina ölkələrinin
münasibətlərinin müharibə ilə nəticələnməsi şübhə doğurmurdu.
SSRİ-nin məqsədyönlü
dağıdılmasından sonra Qərbin imperialist dairələri Alen Dallasın İkinci Dünya
Müharibəsinin axırlarında təklif etdiyi “SSRİ-nin məqsədyönlü dağıdılması
Planı”nı ustalıqla həyata keçirməkdədirlər. Postsovet respublikalarında
apardıqları siyasət hamıya məlumdur. Bu siyasət xalqların əksər hissəsinin ürəyincə
olmasa da hər bir cəmiyyətdə müəyyən qüvvələrin “zəif” tərəfindən istifadə etmək
təcrübəsi Qərbin prioritet vəsitələrindəndir. Keçmiş sovet respublikaları “müstəqillik”
əldə edən kimi Qərbin imperialist dairələri, böyük canfəşanlıqla bu
respublikaları öz təsiri altında saxlamaqla, keçmişlərini unutdurmaq (sosializm
önəmini) məqsədi ilə əllərindən gələni əsirgəmirlər. İstər Pribaltika
respublikaları olsun, istər Orta Asiya pespublikaları, o cümlədən də
Zaqafqaziya respublikaları onların təsir çərçivəsindədir. Ədalət naminə demək
lazımdır ki, Umummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi
nəticəsində Qərbin bizə təsir istiqaməti dəyişmişdir.
2008-ci
ildə qonşu Gürcüstan Respublikası ilə Cənubi Osetiya münaqişəsinin drijoru, əlbəttə
ki, Qərb dairələri olmuşdur. Lakin ən gərgin vəziyyətdə “Sem dayı” Gürcüstah
hakimiyyətini döyüş meydanında təkbaşına buraxmışdır. Burada bir məsəli yada
salmaq istərdim: tanınmış sair və dövlət xadimi Molla Pənah Vaqif xana qulluq
edib Allaha inanardı, lakin o edam ediləndə ona inamı belə kömək edə bilmədi!?
İndi də 2014-cü ildən öz təsirini Ukrainada getdikcə artıran Qərb iki qardaş
slaviyan xalqları arasında “milli” ədavət toxumunu səpərək münaqişəni daha da gərginləşdirmək
üçün bütün mənfur vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu müharibənin
sonluğunun nə ilə qurtaracağı dəqiq olmasa da bəllidir ki, dünya dəyişəcəkdir.
Bu dəyişiklikdən beynəlxalq kommunist hərəkatı səmərəli iştifadə etməlidir.
Bizim partiyanın bu münaqişə ilə bağlı mövqeyi
beynəlxalq kommunist hərəkatı partiyaların, bir neçə dəfə verdikləri bəyanatlarla
üst-üstə düşür. Biz Rusiyada fəaliyyətdə
olan bəzi partiyalar kimi müharibəni dətəkləmirik və bu müharibənin tezliklə,
sülh danışıqlıqları ilə bitməsinin tərəfdarıyıq.
Yoldaşlar!
Biz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçən
plenumunda - pandemiya dövründə ilk
partiya təşkilatlarının, eləcə də Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin katibliyinin
fəaliyyəti haqqında müzakirələr aparmışdıq. Görünür pandemiyya dalğası bizim
ilk partiya təşkilatlarında durğunluq əmələ gətirmişdir. Sumqayıt partiya təşkilatından
başqa, demək olar ki, digər partiya təşkilatlarının fəaliyyətlərində biganəçilik
höküm sürməkdədir. Lənkəran partiya təşkilatında (R. Cəfərov) bir qədər tərpəniş
olsa da, bu espublika partiya təşkilatını qane edə bilməz. Biz partiyanın
qurultay ərəfəsi dövründə qüvvələrimizi səfərbər edərək fəaliyyətimizi
partiyanın Nizamnamə və Proqramı əsasında
inkişaf etdirməliyik. Doğrudur, fəaliyyətimizin ləng getməsinə obyektiv və
subyektiv amillər təsir göstərmişdir, lakin biz bununla sakitləşməməliyik.
Siyasi partiyalar ümumiyyətlə, marksizm-leninizm nəzəriyyəsinə əsaslanan
partiyalar xüsusilə belə vəziyyətlə barışa bilməzlər. Fəqət Azərbaycan
Kommunist Partiyasının şanlı tarixi sübut edir ki, kommunistlər istənilən şəraitdə
fəaliyyətlərini gücləndirə bilərlər!
Yoldaşlar!
Qurultay ərəfəsi
dövrdə biz çalışmalıyıq ki, partiya sıralarımız gənclərlə möhkəmlənsin. Bu barədə
biz ötən qurultayda ətraflı müzakirələr edib müvafiq qərarlar qəbul etmişdik.
Görünür ilk partiya təşkilatları partiyanın ali orqanının qərarlarına və göstərişlərinə
soyuq yanaşırlar. Qeyd etmək lazımdır ki, Sabunçu rayon təşkilatının (X. Əskərov)
yaradılması nəticəsində bir neçə gənc kommunistlərlə fəxr etsək də, bu sahədə hələ
görüləcək işlərimiz yetərincə deyildir.
Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin kartbi
Ədalət Abdinovun yenidən partiyaya qayıtması,
ümid edirik ki, qurultaya qədər bəzi rayonlarda partiya təşkilatlarının
yaradılmasına rəvac verəcəkdir.
Sov.İKP-nin
tarixindən məlumdur ki, qurultay qabağı “Lenin çagırışı” deyilən şüarla partiya
sıralarına yüzlərlə yeni üzvlər qoşulurdu. Bu mütərəqqi ənənəni davam etdirmək
lazımdır.
Yoldaşlar!
Bir qədər
də siyasi təhsil sistemi barəsində. Bilirsiniz ki, bizim partiya təşkilatları
bu sahədə müəyyən uğurlar əldə etmişlər, lakin son illərdə partiyamız üçün bu əhəmiyyətli
sahə yaddan çıxmışdır. Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin katibliyi
tərəfindən hazırlanan, siyasi dərslər proqramı sizlərə paylanacaqdır. Tələb
budur ki, siyasi təhsil sistemini bərpa edərək, proqramda göstərilən temaların
öyrənilməsini təşkil edəsiniz. Bilmək lazımdır ki, siyasi savad olmadan biz nə
təbliğatçı nə də təşviqatçı yetişdirə bilmərik. Zira siyasi partiyanın inkişafı
və sıralarının möhkəmlənməsi məhz təbliğatçı və təşviqatçılardan çox aslıdır!
Keçiriləcək
siyasi dərslərdə marksizm-leninizm nəzəriyyəsi ilə yanaşı bizim partiyanın ən
yeni tarixindən bəhs edən kitabı da yaddan çıxarmaq olmaz. Fəqət keçmişindən nəticə
çıxarmayan gələcəyini möhkəm təməl üzərində qura bilməz.
Yoldaşlar!
Bir neçə kəlmə
respublikamızda baş verən hadisələr barədə. Son illər həm pandemiyyanın təsiri,
eləcə də Rusiya-Ukraina müharibəsinin fəsadları dünya iqtisadiyyatına öz təsirini
göstərdiyi kimi bizim raspublikamızda da bu təsiri hiss etməkdəyik. Bu əsasən
gündəlik tələbat məhsullarının qiymətlərinin, qeyri obyektiv olaraq, tez-tez
yüksəlməsi əhalinin əksər hissəsinin sosial durumuna pis təsir etməkdədir. 2019-cu
ildən başlayaraq yanacağın, suyun, ərzaq məhsullarının bir neçə dəfə
bahalaşması əhalinin o qədər də yaxşı olmayan sosial durumunun, daha da pisləşməsinə
gətirib çıxarmışdır. Qəribə orasındadər ki, əsas təbii sərvətlərə malik olan
bir ölkədə əhalinin sosial durumu pisləşməyə doğru getməkdə davam etməsidir.
Hakimiyyət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində
görülən tədbirlər, hələlik, istənilən nəticəni verməmişdir. Varlılar varlaşır,
kasıblar kasıblaşır- bax budur kapitalizmin “töhvələri”!
Əlbəttə
ki, xalqımızın illərlə arzuladığı Qarabağ problemi Ali Baş Komandanın səriştəli
rəhbərliyi və rəşadətli silahlı qüvvələrimizin qəhrəmancasına döyüşməsi nəticəsində
öz müsbət həllini tapmışdır. Bu bütün əhalini sevindirməyə bilməz. Lakin bu o
demək deyil ki, azad olunmuş şəhər və kəndlərimizi bərpa etməklə bu qələbəmizin
əsas rəhni olan azərbaycan xalqı çətinliklərlə yaşamalıdır. Azərbaycan vətəndaşının
layiqli yaşamaq hüquqi əlindən alınmamışdır. Bu bizim Əsas Qanun olan
Konstitutsiyamızda öz əksini tapmışdır! Bizim partiya tərəfindən bu istiqamətdə bir neçə bəyanatlar verilsə də, hakimiyyət tərəfindən heç bir reaksiya verilməmişdir.
Yoldaşlar!
Çıxışımın
sonunda yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti
qurultayı kommunistlərin həyatında ən əlamətdar hadisə kimi qiymətləndirilməlidir!
Bu əlamətdar hadisəyə hər bir kommunist öz töhfəsini verməlidir! Çox yəqin ki,
qurultayın keçirilmə tarixi və nümayəndələr norması haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Rəhim Həsənov ətraflı məlumat verəcəkdir.
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi əminliklə qeyd edir ki, yerli
partiya təşkilatları qurultaya qədər bütün imkanlarını səfərbər edərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti
qurultayına öz töhfələrini verəcəklər!
Diqqətinizə qarşı minnətdarlıq edirəm.
* * *
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinovun
ÇIXIŞI
Yoldaşlar!
İdeoloji işin səmərəliliyinin artırılması istiqamətində görülən işlər Azərbaycan Kommunist Partiyasının ən mühüm və vacib sahəsi olaraq qalır.
Bildiyiniz kimi, Azərbaycan Kommunist Partiyasının apardığı siyasətin əhali arasında təbliği rayon partiya komitələrin gündəlik vəzifəsidir və təbliğatın əsasında partiya rəhbərliyinin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanır. Mərkəzi Komitənin qərar və tövsiyələri dərindən təhlil edilməli və aparılan təbliğat işində məhz onlara söykənilməlidir.
Ümiyyətlə, hər bir kommunist günədək ideolojin işin yerlərdə mütəşəkkil təşkil edilməsinə öz töhfəsini verməlidir.Yalnız təqvim tədbirləri deyil, eyni zamanda birbaşa rayon təşkilatların fəaliyyəti əks etdirən müxtəlif məzmunlu tədbirlər həyata keçiririlməlidir.
Marksizm-leninizm təliminin yaradıcılarının məfkurəsinin geniş
təbliği önəmli yer tutmalıdır. “Azərbaycan Kommunist Partiyası və Lenin –
Stalin Məfkurəsi” mühazirə və görüşlər onların ölməz ideyalarına əbədi sədaqət
nümunəsinə çevrilməlidir.
Fəxri Xiyabanda və digər məzarlıqda uyuyan inqilabçı bolçeviklərin məzarı gənclərin iştirakı ilə ziyarət olunmalıdır.
Baş vermiş ictimai-siyasi hadisələrlə bağlı hesab edirəm ki, hər həftənin bazar günü rayon partiya komitələrində məlumat saatı təşkil edilməlidir. Məlumat saatının birinci hissəsi həftə ərzində ölkədə gedən işlərə diqqət cəlb etməklə, ikincici hissəsi əsasən tematik şəkildə təşkil olunsa yaxşıdır.
Tənzimləyici orqanın olmaması,
xüsusi alqoritmlər vasitəsilə xəbər çoxluğunun və kütləviliyinin təmin
edilməsi, informasiyanın geniş hədəf auditoriyalarına çıxarılması, saxta
profillərin yaradılmasının asanlığı internet medianı və sosial şəbəkələri
effektiv təbliğat, əks təbliğat, manipulyasiya və dezinformasiya platformasına
çevirmişdir. Bəzi “alternativ” informasiya mənbələri antikommunist təbliğatını
genişləndirirlər. Dəfələrlə qeyd etdiyim ki, hər rayon partiya təşkilatın rəsmi
Facebook səhifəsi yaradılmalıdır. Milyonlarla insan sosial şəbəkələrdən
istifadə edir.
Düzdür, MK-nın ideoloji işə cavadeh şəxsi kimi həmin səhifələrini idarə edən adminlər tərəfindən bu istiqamətdə işin düzgün qurulması məqsədilə onlarla maarifləndirici layihələr, seminarlar və təlimlər həyata keçirilmək mənim borcumdur. Ona görə də “Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, “Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, “sosial medianın əhəmiyyəti”, “TV və İnternet-Tv“, "Sosial Şəbəkələrdə aktivlik necə olmalıdır" mövzularında media sahəsində çalışan ekspertlərin iştirakı ilə maarifləndirici layihələr, seminarlar və təlimlərin həyata keçirilməsini nəzərdə tutmuşuq.
Gənclərdən ibarət təşviqat
qruplarının yaradılması da vacib məsələlərdən biridir.
Kommunist ideologiyasının təbliğinə həsr olunmuş konfrans, dəyirmi masa və digər tədbirlər də bu gün üçün çox aktualdır.
Rayon Partiya Komitələrin Rayon İcra Hakimiyyətləri, bələdiyələr və digər dövlət orqanları ilə əlaqələri çox zəifdir.
Digər partiyalarla fərdi qaydada görüşlərin keçirilməsinə də xüsusi diqqət yetirilməlidir.
Rayon partiya komitələrinin şəhid ailələri, müharibə iştirakçıları, veteranlarla görüşləri vətənpərvərlik tərbiyə işimizin tərkib hissəsidir.
Rayon partiya komitələrinin tanınmış şəxslər, millət vəkilləri, ictimai-siyasi xadimlərlə rəsmi və qeyri-rəsmi formatda görüşlərinin təşkilinə xüsusi önəm verilməlidir.
Keçirilmə tarixindən asılı
olmayaraq Prezident, parlament, bələdiyyə və referendum seçki təbliğatı rayon
partiya komitələrinin daimi işi olmalıdır.
* * *
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 may 2022-ci il tarixli plenumundan foto-reportaj
0 Комментарии