Recents in Beach

AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ TƏRKİBİNDƏ OLMUŞ, HAZIRDA İSƏ MÜSTƏQİL OLAN XƏTAİ RAYON PARTİYA TƏŞKİLATININ HƏMİN PARTİYANIN SUMQAYIT, LƏNKƏRAN, LERİK, ASTARA, MASALLI, BİLƏSUVAR VƏ XƏZƏR RAYON PARTİYA TƏŞKİLATLARINA



                                                                M Ü R A C İ Ə T İ

Hörmətli yoldaşlar!

Üzvü olduğunuz AKP MK-nın birinci katibi T.Nurullayev, MK katibləri R.Həsənov, B.Hacıyev və digərləri partiyanıın Plenumlarında, MK bürosunun və MK katibliyinin iclaslarında, eləcə də bölgə müşavirələrində, hesabat-seçki yığıncaqlarında, eləcə də Prezident, Milli Məclis və bələdiyyə orqanlarına seçkilər keçirilərkən partiyanın Ədliyyə Naziliyindən qeydiyyatdan keçən partiya olduğunu bildirmişlər. Lakin indiyə kimi onlar qeydə alınmış AKP Nizamnaməsini, Şəhadətnaməni və digər səndələri tanış olmaq üçün partiya üzvlərinə təqdim etməmiş, göstərməmişlər. Bu, Xətai rayon təşkilatının üzvlərinin son dərəcə narazılığına səbəb olmuş, bu təşkilatda qeydiyyatda olan AKP MK-ının birinci katibi T.Nurullayevin AKP Nizamnaməsinin 10-cü maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin "ilk partiya təşkilatının uşotunda olan seçkili orqan üzvlərinin hesabatını dinləyə bilər" müddəasına uyğun olaraq bu məsələni dəqiqləşdirmək, eləcə də  təşkilatın üzvü kimi təşkilatın ümüumi yığıncağında hesabat verməsi planlaşdırılmış, lakin o, təşkilatın 26.02.2017-ci ildən sonra 16.07.2017-ci il tarixədək keçirilmiş ümumi yığıncaqlardan biri istisna olmaqla qalan iclaslarda iştirak etmədiyinə görə bu və digər məsələlərin onunla aydınlaşdırmaq mümkün olmamışdır. Ona görə də təşkilatın ümumi yığıncağının tapşırığı ilə təşkilatın birinci katibinə bu məsələləri araşdırıb, bu barədə ümumi yığıncağa məlumat verməsi tapşırılmışdı.
30 aprel 2017-ci il tarixli AKP MK Plenumunun qərarının da təşkilatın ümumi yığıncağında müzakirə edilməsi üçün rayon partiya təşkilatına göndəriləcəyi və T.Nurullayevin iştirakı ilə bu və plenumun qərarını və təşkilat üzvlərini narahat edən digər məsələlərin də müzakirə ediləcəyi planlaşdırılsa da, nə qeyd edilən Plenumun, nə də sonra keçirilən qurultayın materialları, qərarları öyrənilməsi, müzakirə edilməsi və icra edilməsi üçün Xətai rayon partiya təşkilatına göndərilməsi təmin edilmədiyinə görə bu məsələni də araşdırıb dəqiqləşdirmək mümkün olmamışdır.
Ona görə də AKP Xətai rayon komitəsinin birinci katibi təşkilatın bu tapşırığını icra etmək üçün Ədliyyə Nazirliyinə rəsmi qaydada müraciətlər etmiş, sorğulara cavab alandan və nazirlikdə partiyanın sənədləri ilə tanış olandan sonra təşkilatın 16 iyul 2017-ci il tarixli ümumi yığıncağında müzakirə edilən faktlar barədə məlumat vermiş və bu faktları təsdiq edən sənədlərin böyuk əksəriyyətini tanış olmaq üçün yığıncaq iştirakçılarına təqdim etmişdir. Məlum oldu ki, AKP MK-nın birinci katibi T.Nurullayevin, MK katibləri R. Həsənov, B.Hacıyev və qeyrilərinin partiyanıın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi və partiyanın fəaliyyəti ilə bağlı başqa məsələlər barədə partiya üzvlərinə yalan məlumat vermiş, bunu uzun müddət partiya üzvlərindən gizli saxlamışlar.
Rayon təşkilatının ümumi yığıncağı isə müəyyən edilmiş faktlar barədə sizlərə məlumat vermək üçün bütün partiya təşkilatlarına müraciət göndərilməsi, bu faktları təsdiq edən sənədlər və AKP-nin bərpa olunandan sonra indiyə kimi keçdiyi fəaliyyəti və bununla bağlı təşkilatda görülən tədbirlər barədə məlumat verilməklə müraciət göndərilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də sizə müraciət edərək müəyyən edilən hallar və faktlar barədə sizlərə məlumat verməyi özümüzə borc hesab etdik.
Xətai rayon təşkilatına verilən məlumatlara və təqdim edilən sənədlərlə ümumi yığıncaqda müəyyən edildi ki, 1991-ci ilin sentyabr ayında fəaliyyəti dayandırılmış Azərbaycan Kommunist Partiyası (AKP) 1993-cü ildə keçirilmiş qurultayında fəaliyyətini bərpa etmiş, Ramiz Əhmədov partiyanın Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri seçilmiş, partiyanın Nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və ona R. Əhmədovun ev ünvanı olan Bakı şəhəri, X.Ruzbeh küçəsi 44/46 saylı ünvana 02 mart 1994-cü ildə 20 saylı Şəhadətnamə verilmişdir. Lakin Azərbaycan Kommunist Partiyası üzvlərinin bir qrupu partiya daxilində pozuculuq fəaliyyəti ilə məşgul olmuş, onlara xəbərdarlıq edilsə də onlar fəaliyyətlərindən əl çəkməmiş və AKP MİK sədri R. Əhmdovun Tbilisi şəhərinə beynəlxalq müşavirəyə getməsindən sui-istifadə edərək 26.10.1996-cı ildə AKP Nizamnaməsinin tələblərini pozaraq növbədənkənar qurultay çağırmış və R.Əhmədov AKP MİK sədri vəzifəsindən azad etmiş, Firudin Həsənovu partiyanın rəhbəri seşmişlər.
Hansı ki, 1993-cü ildə kommunist partiyası bərpa olunarkən qəbul edilmiş AKP Nizamnaməsinin 23-ci maddəsinə əsasən partiyanın MİK-nin öz təşəbbüsü, AKP MNTK-nın və ya partiya üzvlərinin ümumi sayının ən azı üçdən bir hissəsini birləşdirən partiya təşkilatlarının tələbi ilə növbədənkənar qurultay çağırmaq, onun gündəliyi, nümayəndəlik norması haqqında AKP MİK-nin qərarı qurultyadan ən azı 2 ay əvvəl elan edildiyi halda qanuni ola bilərdi. Lakin AKP-dən ayrılmış həmin qrup Nizamnamənin bu tələblərinin heç birinə əməl etmədən təcili qaydada növbədənkənar qurultay çağırmış, qurultay kvorum olmadığı halda keçirilmiş, bununla da AKP Nizamnaməsinin tələblərini kobud şəkildə pozulmuş, R.Əhmədovun AKP MİK sədri vəzifəsindən azad edilməsi və bərpa olunmuş AKP-dən ayrılması barədə qərarlar qəbul edilmişdir. Hətta ayrılmış AKP "Mərkəzi İcraiyyə Komitəsi" sözlərinin "Mərkəzi Komitə" sözləri ilə əvəz olunması barədə Nizamnamədə dəyişiklik edilmiş və bu dəyişiklik də 26.12.1996-cı ildə Ədliyyə Nazirliyində qeydə alınmışdır.
Bu qrupun çağırdığı qanunsuz qurultaydan sonra R.Əhmədovun MİK sədri olduğu AKP da qurultay çağırmış, qurultayda növbədəkənar qurultay qanunsuz hesab edilmiş və R.Əhmədov yenidən AKP MİK-nin sədri seçilmişdir.
Bundan sonra AKP MİK Rəyasət Heyətinin 28.10.1996-cı il tarixli qərarı ilə F.Həsənovun AKP MK-nın birinci katibi seçildiyi 26.10.1996-cı il tarixli qurultay AKP Nizamanməsinin tələblərinə əməl edilmədən keçirildiyi üçün, onun ən fəal təşkilatçıları olan F.H.Həsənov, R.H.Həsənov, G.V.Tretyakov, T.B. Nurullyaev, O.A. Savçenko AKP sıralarından xaric edilmişlər.
AKP MİK və AKP MNTK-nın 03 noyabr 1996-cı il tarixli birgə plenumunda isə onların AKP sıralarından xaric edilməsi barədə AKP MİK Rəyasət Heyətinin 28.10.1996-cı il tarixli qərarı təsdiq edilmişdir.                       Lakin 1996-cı ildən sonra müəyyən dairələrdən dəstəklənən bu antipartiya qrupu öz fəaliyyətlərini qanunsuz da olsa davam etdirmiş və hətta AKP Mərkəzi Komitəsinin (MK) birinci katibi F. Həsənov 1998-ci ildə keçirilmiş Prezident seçkilərində AKP-dən prezidentliyə namizəd kimi qeydə alınmış və o, seçkidə iştirak etmişdir. Həm də 1993-cü ildə AKP bərpa olunandan sonra qeydiyyatdan keçmiş AKP MİK sədri R. Əhmədovun ev ünvanı olan Bakı şəhəri, X.Ruzbeh küçəsi 44/46 saylı ünvana Ədliyyə Nazirliyi tərəfindən 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamə verildiyi halda, həmin nazirlik tərəfindən 20 oktayabr 1999-cu ildə eyni tarixli, eyni saylı Şəhadətnamə həm də F.Həsənovun yaşadığı Bakı şəhəri, M. Müşfiq küçəsi 14/4 saylı ünvana da verilmişdir.
Bununla razılaşmayan AKP MİK-nin sədri R.Əhmədov 15 iyul 2000-ci ildə Ədliyyə Nazirliyinə müraciət edərək F.Həsənovun AKP MK-nın birinci katibi seçildiyi 26.10.1996-ci il tarixli növbədənkənar qurultayın qeyri-qanuni olduğu üçün onun tanınmaması və həmin AKP-yə 20.10.1999-cü ildə Bakı şəhəri, M. Müşfiq küçəsi14/4 saylı ünvana 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamə verilməsi barədə Ədliyyə Nazirliyinin kollegiyasının həmin tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
Ədliyyə Nazirliyinin 17.08.2000-ci il tarixli kollegiyaının qərarı ilə AKP-nin 26.10.1996-cı il tarixdə keçirilmiş növbədənkənar qurultayının keçirilməsi barədə Ədliyyə Nazirliyinə yanlış məlumatlar verildiyi müəyyən edilmiş və bu əsasla da həmin qurultay qeyri-qanunu hesab edilmiş və R. Əhmədovun MİK sədri olduğu AKP-nin hüquqları bərpa edilmiş, kollegiyanın qərarına uyğun olaraq F.Həsənovun ev ünvanı olan Bakı şəhəri, M.Müşfiq küçəsi 14/4 saylı ünvana verilmiş 20.10.1999-cü il tarixli Şəhadətnamə etibarsız hesab edilmiş və 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamə 17 avqust 2000-ci il tarixdə yenidən R. Əhmədovun Bakı şəhəri, X.Ruzbeh küçəsi 44/46 saylı ünvanına qeydiyyatdan keçirilmişdir.
Bundan sonra qeyri-qanunu hesab edilmiş AKP-nin plenumunda MK-nın birinci katibi F.Həsənov vəzifəsindən azad edilmiş və AKP MK-nın birinci katibinin səlahiyyətlərinin icrası A.Baxşiyevə tapşırılmışdır. O, 26.10.1996-cı il tarixli növbədənkənar qurultayının qeyri-qanuni olması barədə Ədliyyə Naziliyinin kollegiyasının 17.08.2000-ci il tarixli qərarının ləğv olunması, həmin tarixdə Bakı şəhəri, X. Ruzbeh 44/46 saylı ünvanına (R.Əhmədovun ev ünvanı) verilmiş 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamənin etibarsız hesab edilməsi barədə Yasamal rayon məhkəməsində iddia qaldırmış, lakin iddiası məhkəmənin 14.02.2001-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməyərək rədd edilmiş, Ədliyyə Nazirliyinin kollegiyasının qərarı qüvvəsində saxlanılmışdır.
Məhkəmənin qətnaməsində göstərilir ki, Ədliyyə Nazirliyi tərəfindən F.Həsənova verilmiş 11.09. 2000-ci il tarixli arayışda F.Həsənovun Azərbaycan Kommunist Partiyasının qeydiyyat sənədlərini, qeydiyyat Şəhadətnaməsini, partiyanın möhürünü və digər sənədləri Ədliyyə Nazirliyinə təqdim etmiş, AKP-yə məxsus möhür isə F. Həsənovun Ədliyyə Naziriliyinə verdiyi ərizəsi əsasında 11.09.2000-ci il tarixli aktla məhv edilmişdir. 
Beləliklə, ilkin aparılmış araşdırmalara görə 26.10.1996-cı ildə keçirilmiş növbədənkənar qurultayın qeyri-qanuni hesab olunması və həmin qurultayda yaradılmış Azərbaycan Kommunist Partiyasına verilmiş 20 oktyabr 1999-cu il tarixli Şəhadətnamənin etibarsız hesab edilməsi, bu qurultayın fəaliyyətinin nəticələrinin də, yəni seçdiyi orqanların və bu orqanların qəbul etdikləri qərarların da qeyri-qanuni hesab olunmasına, onların da siyasi, hüquqi qüvvəsinin itirilməsinə səbəb olur. Belə bir halda Ramiz Əhmədovun MİK -nin sədri olduğu Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin F.H.Həsənov, R.H.Həsənov, G.V.Tretyakov,T.B.Nurullyaev, O.A. Savçenkonun Azərbaycan Kommunist Partiyası sıralarından xaric edilməsi barədə 28.10.1996-cı il tarixli qərarı və bu qərarın Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət -Təftiş Komissiyasının 03 noyabr 1996-cı il tarixli birgə plenumunda təsdiq edilmiş qərarı da hüquqi qüvvə almış olur. Belə ki, həmin tarixli qərarlarla Firudin Həsənov, Rəhim Həsənov, Gennadiy Tretyakov, Telman Nurullyaev və Oleq Savçenko həmin tarixdən Azərbaycan Kommunist Partiyası sıralarından xaric olunduqlarına görə, onlar 1993-ci ildə bərpa edilmiş AKP-nin üzvü hesab olunmurlar və yaratdıqları hər hansı kommunist partiyası da bərpa edilmiş kommunist partiyasının varisi ola bilməz. Əslində onlar partiyadan xaric ediləndən sonra kommunist partiyasına bərpa olunmalı idilər. Yalnız bundan sonra kommunist kimi rəsmi qaydada siyasi partiyaların üzvü ola bilərdilər. Proqram və Nizamnamələrinin məqsəd və prinsipləri, məzmun və mahiyyətləri eyni olan bir kommunust partiyası üzvlüyündən xaric edilməsi başqa kommunist partiyasına üzv olmağa və ya yeni kommunist partiyası yaratmağa hüquq vermir. Belə halda şəxs Kommunist Partiyasının Proqramında nəzərdə tutulan partiyanın məqsəd və prinsiplərinin yerinə yetirmək üçün fəaliyyətini nizamlayan partiyanın Nizamnaməsini, kommunistlərin əsas qanunu pozmuş olur. Bu qanununun tələblərinin hansı partiyada pozulmasının əhəmiyyəti yoxdur. Bir şərtlə ki, partiya üzvlüyündən xaric edən orqanın buna səlahiyyəti olsun, partiyadan xaric edilən şəxs isə həmin partiyanın üzvü olsun və partiya üzvü Nizamnamə tələblərini həqiqətən də pozmuş olsun. Bu tələblərə əməl edilmədən partiya üzvlüyündən xaric edilmənin də hüquqi qüvvəsi yoxdur. Lakin T.Nurullayev, R.Həsənov və qeyriləri AKP 17.08.2000-ci ildə Ədliyyə Nazirliyinin kollegiyası qərarı ilə 1993-cü ildə bərpa olunmuş AKP statusunu bərpa etdiyinə və 26.10.1996-cı il tarixli növbədənkənar qurultay qeyri-qanuni hesab edildiyi üçün onların partiyadan xaric edilməsi barədə R.Əhmədovun MİK sədri olduğu AKP MİK RH-nin 28.10.1996-cı il tarixli qərarı və bu qərarı təsdiq edən AKP MİK-lə AKP MNTK-nın 03.11.1996-cı il tarixli birgə Plenumunun qərarı da qanuni qüvvə alır. O vaxtdan indiyə kimi T.Nurullayev, R. Həsənov və qeyriləri kommunist partiyasından xaric olunduqlarına və həmin partiyaya bərpa olunmadıqlarına görə kommunist hesab olunmurlar.
Bundan sonra ləğv edilmiş növbədənkənar qurultayda yaradılmış partiyanın rəhbərlərindən olan T. Nurullayev, R.Həsənov və qeyriləri Ədliyyə Nazirliyinin kollegiyasının 17 avqust 2000-ci il tarixli qərarı ilə 26.10.1996-cı il tarixli növbədənkənar qurultayının qeyri-qanuni hesab edildiyini, F. Həsənovun ev ünvanına verilmiş 20.10.1999-cü il tarixli Şəhadətnamənin etibarsız hesab edildiyini, 1993-cü ildə kommunist partiyası bərpa ediləndən sonra AKP MİK sədri R. Əhmədovun ev ünvanına verilmiş 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamənin yenidən onun ev ünvanına qeydə alındığını, 26.10.1996-cı il tarixli növbədənkənar qurultayda yaradılmış AKP-nin artıq mövcud olmadığını görüb, Ədliyyə Nazirliyinin kollegiyasının 02 mart 19914-cü il və 17.08.2000-ci il tarixli qərarları ilə və həmin tarixlərdə verilmiş Şəhadətnamələrlə qanuni hesab olunmuş 1993-cü ildə bərpa edilmiş R.Əhmədovun rəhbərlik etdiyi Kommunist Partiyasından xaric edildikləri halda, həmin partiyaya bərpa olunmadan 14.01.2001-ci ildə I təsis qurultayı çağırmış və həmin qurultayda yeni siyasi partiya - marksizm-leninizm platformasında Azərbaycan Kommunist Partiyasını, qısaca AKP(M-L p) təsis etmişlər.
Halbuki, 1993-cü ildə bərpa edilmiş AKP Nizamnaməsinin tələblərini pozduqlarına görə kommunist partiyasından xaric edilmiş sabiq kommunistlər kommunist partiyasına, nəinki yeni kommunist partiyası yarada bilməzdilər, hətta yaranmış digər kommunist partiyalara üzv də ola bilməzdilər. 26.10.1996-cı il tarixli növbədəkənar qurultay Ədliyyə Naziliyinin kollegiyasının qərarı və məhkəmənin qətnaməsi ilə qeyri-qanuni hesab olunduğuna görə həmin partiyanın siyasi fəaliyyəti də, qəbul etdiyi qərarları da qanunsuz hesab edilir. Ona görə də bu partiyanın siyası rəhbərlərindan olan T.Nurullayev, R.Həsənov və qeyrilərinin bu partiya ilə bağlı siyasi fəaliyyətləri də qanunsuz fəaliyyət hesab olunmaqla partiya staşına daxil edilmir. 
Belə bir halda 17.08.2000-ci ildə Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə, sonra da Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə qanuni partiya hesab edilmiş və vaxtı ilə üzvü olduqları partiyanın, yəni AKP MİK-nin Rəyasət Heyətinin onların partiya üzvlüyündən xaric edilməsi barədə 28 oktyabr 1996-cı il tarixli qərarı və AKP MİK-in AKP MNTK-nın birgə plenumunda həmin qərarın təsdiq edilməsi barədə 03 noyabr 1996-cı il tarixli qərarı da hüquqi qüvvəyə minmişdir, yəni onlar partiyadan xaric edilmiş hesab olunurlar.
Beləliklə, indiyə kimi AKP rəhbərlərinin AKP üzrə Ədliyyə Nazirliyi tərəfindən verilmiş iki şəhadətnamənin üzdə olması barədə verdikləri məlumatlar partiya üzvləri arasında çaşqınlıq yaratdığı halda, bu partiyanın rəhbərləri F.Həsənovun AKP MK-nın birinci katibi olduğu dövrdə həmin partiyanın rəhbərliyində təmsil olunduqları halda, F.Həsənovun ev ünvanına verilmiş 20.10.1999-cü il tarixli Şəhadətnamənin Ədliyyə Nazirliyinin kollegiyasının 17 avqust 2000-ci il tarixli qərarı ilə etibarsız hesab edildiyini, AKP MİK sədri R. Əhmədovun ev ünvanına verilmiş 02 mart 1994-cü il tarixli 20 saylı Şəhadətnamənin yenidən onun ev ünvanına qeydə alındığını bildikləri halda və 26.10.1996-cı il tarixli növbədənkənar qurultayda yaradılmış AKP-nin artıq mövcud olmadığını bildikləri üçün 14.01.2001-ci ildə ilə həmin partiyanın sabiq üzvlərinin bir qrupu, o cümlədən də T. Nurullayev, R.Həsənov və indiki Azərbaycan Kommunist Partiyasıda təmsil olunan digər rəhbərləri və üzvləri çağırdıqları I qurultayda yeni siyasi partiya - AKP (marksizm-lenininzm platformasında) təsis etmiş, lakin bu hadisələrdən məlumatı olmayan, sonradan partiya üzvlüyünə qəbul və bərpa olunan partiya üzvlərinə doğru məlumat verməmiş, əksinə, özlərinin AKP Nizamnaməsinin tələblərini pozmaqala çağırdıqları, sonradan qeyri-qanun hesab edilmiş 26 oktyabr 1996-cı il tarixli növbədəkənar qurultayının Nizamnaməsində etdiyi "Mərkəzi İcraiyyə Komitəsi" sözlərinin "Mərkəzi Komitə" sözləri ilə əvəz edilməsi barədə AR Ədliyyə Nazirliyi tərəfindən 26 dekabr 1996-cı il tarixdə qeydə alınmış və həmin qurultayın qeyri-qanuni hesab edildiyi 17 abqust 2000-ci il tarixdən etibarən hüquqi qüvvəsini itirdiyi halda, həmin sənədin surətlərini partiya üzvlərinə təqdim etməklə, bu dəyişikliklə əlaqədar 1993-cü ildə bərpa edilmiş və Ramiz Əhmdovun MİK-nun sədri olduğu Azərbaycan Kommunist Partiyası adında kommunist partiyasının qeydiyyatdan keçən partiya olmadığını, Nizamnamədə olan bu dəyişikliyə görə Mərkəzi Komitəsi olan AKP-nin qeydiyyatdan keçdiyini, rəhbərlik etdikləri bu partiyanın da qeydiyyatdan keçən həmin Mərkəzi Komitəsi olan AKP olduğunu bildirməklə partiya üzvlərini aldatmışlar.
Ədliyyə Nazirliyinin kollegiyasının 17.08.2000-ci il tarixli qərarı əsasında verilmiş 17.08.2000-ci il tarixli Şəhadətnamə əsasında Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə MİK-nin sədri R. Əhmədov və onun müavini R.Qurbanovla iştirak etməsi və həmin AKP-dən Milli Məclisə deputat seçilmələri faktı da artıq Ədliyyə Nazirliyinin kollegiyasının həmin tarixli qərarının qüvvəyə mindiyini və dövlət hakimiyyət orqanları tərəfindən qəbul edidlyini təsdiq edir.
Daha sonra 14.01.2001-ci ildə I qurultayda təsis edilmiş və T. Nurullayevin MK-nin birinci katibi seçildiyi marksizm-leninizm platformasında olan qeydə alınmamış Azərbaycan Kommunist Partiyası (qısaca AKP (M-L p) 30.10.2011-ci il tarixli birləşdirici qurultayda Ə.Xəlilovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasına birləşmiş və həmin qurultayın qərarı ilə birləşmiş bu partiyalar vahid bir siyasi partiya kimi Azərbaycan Kommunist Partiyası adlandırılmışdır. Belə ki, ona birləşən AKP(m-l) hüququ şəxs olmadığı üçün qanuni olmasa da faktiki fəaliyyət göstərən partiya kimi həmin qərar qəbul edilən andan faktiki fəaliyyət göstərmiş müstəqil siyasi partiya statusunu itirmişdir.
 Bu partiyalar birləşəndən sonra Proqramları biləşdirilərək vahid bir AKP proqramı tərtib edilərək qəbul edilmiş, həm də hər iki partiyanın nizamnamələri birləşdirilərək bir Nizamnamə tərtib edilmiş, ona əlavə və dəyişikliklər edilərək qəbul edilmişdir.
Bu iki partiyanın birləşməsi faktının qeydə alınması üçün yeni yaranmış bu AKP MK-nın birinci katubi seçilmiş T.Nurullayev tərəfindən sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, lakin Ədliyyə Nazirliyinin T.B. Nurullayevə verilmiş 27 mart və 25 iyun 2012-ci il tarixli cavab məktublarında göstərilmişdir ki, "Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən "birləşmə" hüquqi şəxsin yenidən təşkili zamanı onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə isə hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
Məcəllənin həmin maddələrinin məzmunundan göründüyü kimi "birləşmə" hüquqi şəxslərə aid edilmişdir. Eyni zamanda "Siyası partiyalar haqqında" AR Qanunun 14-cü maddəsinin 4-cü maddəsinin 4-cü bəndinə əsasən siyasi partiya dövlət qeydiyyatına alındığı gündən AR qanunvericiliyənə uyğun olaraq hüquqi şəxs sayılır. Qeyd olunanlara əsasən AKP-dan ayrılmış üzvləri tərəfindən təsis edilmiş AKP (marksizm-leninizm platformasında) dövlət qeydiyyatına alınmadığından həmin partiyaların birləşməsi faktı qeydə alına bilməz".
Beləliklə, AKP(M-L p) təsis olunduğu 14.01.2001-ci il tarixli I qurultaydan 30.10.2011-ci ilə kimi qeydiyyatdan keçmədiyinə görə müstəqil partiya kimi hüquqi şəxs olmadığı üçün həmin tarixdə AKP-yə qoşulandan sonra da hüquqi şəxs kimi birləşmədiyi üçün bu fakt, yəni birləşmiş AKP da qeydə alınmamışdır. Lakin bu cavab məktublar, onları məzmunları barədə partiya üzvlərinə məlumat verilməmiş, onlardan gizlədilmişdir. Ancaq bu birləşmə uzun müddət davam etməmiş, AKP MK-nın 29.09.2013-cü il tarixli plenumunda həmin qruplar əvvəlki tərkibdə yenidən ayrılmış, lakin ayrılma faktını təsdiq etmək üçün qurultay keşirilməmiş, qurultayın qərarı ilə faktiki olaraq AKP bir siyası partiya olmasına baxmayaraq, ondan əvvəlki tərkibdə ayrılmış iki qrup birləşdirişi qurultayın qəbul etdiyi bu qərarın və Azərbaycan Kommunist Partiyasının Nizamnaməsinin tələblərini pozaraq hər biri özünü AKP adlandırmış və bu adla indiyə kimi fəaliyyət göstərirlər. Lakin 30.10.2011-ci ildə AKP-yə AKP(M-L p) kimi birləşmiş bu partiya 29.09.2013-cü ildə AKP-dən ayrılandan sonra bu partiyaya birləşənə qədər təsis olunduğu AKP(M-L p) kimi deyil, birləşdiyi AKP-nin adı ilə onun adını mənimsəyərək qeyri-qanuni fəaliyyət göstərmiş və birləşmə vaxtı həqiqi AKP olan partiya da bu partiyadan onun adınan istifadə etməsini ona irad tutmamışdır.
Azərbaycan Kommunist Partiyasının Nizamnaməsinə əsasən qurultay kommunistlərin ali orqanı olduğuna görə onun qərarları həmin partiyanın üzvləri üçün məcburi xarakter daşıyır. Lakin iki partiya birləşəndən sonra qurultayın birləşməsi barədə qərarının tələblərini pozaraq ayrılmış, MK, MK bürosu, MK katibliyi, MİK, MİK Rəyasət Heyəti kimi mərkəzi təşkilatları vasitəsi ilə fəaliyyət göstərmişlər. Lakin onların bu orqanlarının qəbul etdikləri qərarlar birləşdirici qurultayda təsdiq edilərək əlavə və dəyişikliklər edilmiş vahid bir siyasi partiyanın Nizamnaməsinin və qəbul etdiyi qərarının tələblərinə zidd olduğu üçün onların siyasi və hüquqi qüvvəsi yoxdur.

Xətai rayon partiya təşkilatı tərəfindən Ədliyyə Nazirliyinə göndərilmiş sorğulara verilmiş cavablardan aydın olmuşdur ki, 2004-cü ildən başlayaraq, Telman Nurullayev də AKP-nin digər  rəhbərləri kimi ayrı-ayrı vaxtlarda partiyanın qeydə alınması ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciətlər etmiş, lakin bunların heç biri qeydə alınmamışdır. Nazirlikdən verilən cavablarda 1993-cü ildə bərpa edilmiş partiya sədrinin R. Əhmədov olması, bu partiyaya 02 mart 1994-cü ildə 20 saylı Şəhadətnamə verildiyi, 17.08.2000-ci ildə həmin partiyanın yenidən qeydiyyatdan keçməsi və həmin ünvana həmin tarixli yeni Şəhadərtnamə verildiyi bildirilmişdir. Lakin hazırda bu 4 partiyadan hansının həmin partiyanın varisi olması bildirilmədiyi üçün, həmin partiyanın hansı olması barədə Ədliyyə Nazirliyinə yenidən sorğu göndərilmişdir.
Əslində isə bu cavablardan sonra hazırda respublikada faktiki mövcud olan 4 AKP-dən yalnız birinin - 1993-cü ildə bərpa edilmiş və qeydiyyatdan keçən partiya olması məlum olur. Belə ki, 1994-cu ildə mərhum R.Əhmədovun yaşadığı ev ünvanı olan Bakı şəhəri, X.Ruzbeh küçəsi 44/46 saylı ünvana 02 mart 1994-cü ildə verilmiş 20 saylı Şəhadətnamə Ədliyyə Nazirliyinin kollegiyasının 17.08.2000-ci il tarixli qərarı ilə yenidən qeydiyyatdan keçirilmiş AKP-dir. Lakin həmin partiya ondan sonra AKP Nizamnaməsinin tələblərinə uyğun qurultay keçirmədiyinə görə Şəhadətnaməsi yenidən qeydiyyata alınmamış və partiyanın rəhbəri dövlət reyesterindən keçməmişdir.
1993-cü ildə qeydiyyatdan keşmiş və 02 mart 1994-cü il tarixli 20 saylı Şəhatənamə verilmiş, sonradan 17.08.2000-ci ildə yenidən həmin tarixli və saylı Şəhatdətnaməsi qeydiyyata alınmış partiyanın Nizamnaməsi hazırda AKP MİK-nin sədri H. Hacıyevdədir.
Ümumi yığıncaq iştirakçıları çıxışlarında partiya rəhbərlərinin, xüsusən də AKP MK-nın birinci katibi T. Nurullayevin onlara və partiyanın digər üzvlərinə partiyanın qeydiyyatdan keçməsi barədə yalan məlumat verməsini, "Siyası partiyalar haqqında" Qanununun, AKP Nizamnaməsinin, "AKP -nin rəhbər orqanlarının iş reqlamenti"nin tələblərinin ciddi şəkildə mütəmadi olaraq pozulmasını kommunistə, partiya rəhbərinə  yaraşmayan hərəkət kimi qiymətləndirmiş, təşkilatın qəbul etdiyi qərarların onun və təşkilatın digər üzvləri tərəfindən pozulmasına, eləcə də 40-cı qurultaya münasibət  bildirilməsini tələb etmiçlər.
Yoldaşlar!
     Partiyaya qəbul və bərpa olunma vaxtları kommunist partiyasına ərizə ilə müraciət edəndə hər birimiz hər şeydən əvvəl partiyanın Ədliyyə Nazirliyindən qeydiyyadan keçib-keçmədiyi, partiya üzvlərinin sayı və qərargahın olub-olmaması ilə maraqlanmışıq. 2014-cü ilin əvvəllərində AKP MK-nın birinci katibi T.Nurullayev partiyada 5000 nəfərdən çox üzvü olduğunu, bunun 1000 nəfərdən çoxunun yalnız Lənkəran rayon təşkilatında olduğunu, partiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini bildirmiş, bunu MK katibləri R. Həsənov və B.Hacıyev də bunu təsdiq etmişlər. Lakin partiyanın qeydiyyatdan keçməsi ilə bağlı partiya rəhbərlərinin verdikləri məlumatlar, o cümlədən də partiya üzvlərinin sayının 5000 nəfərdən çox olması, yalnz Lənkəran partiya təşkilatında 1000 nəfərdən çox kommunistin olması barədə verdikləri məlumatların həqiqətə uyğun olmadığı, bu qədər partiya üzvündən üzvlük haqqı yığılmadığını, partiyada nəinki 5000, heç 500 nəfər də olmadığı məlum olmuşdur.
     Belə ki, Lənkəran RPK-nin birinci katibi R.Cəfərovun 06.11.2016-cı ildə AKP MK fəalları yığıncağında verdiyi məlumata və AKP MNTK-na təqdim etdiyi arayışa əsasən RPK-nin təşkilatlarında cəmi 123 nəfər, Masallı RPK-nin birinci katibi N.Fətullayevin bu iclasdan əvvəl verdiyi arayışada 61 nəfər,  iclasda verdiyi məlumat və verdiyi arayışda isə 11 nəfər, Astarada 16 nəfər, Lerikdə 15 nəfər, Sumqayıt şəhər təşkilatında 13 nəfər, Xəzər və Biləsuvar rayonlarında da çox az sayda partiya üzvü olduğu məlum oldu. Hansı ki, həmin rayonlarda 2016-cı ilin iyul-avqust aylarında keçirilmiş hesabat-seçki yığıncaqları da kommunistlərin real sayı əsasında deyil, şişirdilmiş saylar əsasında aparılmışdır. Məsələn, 14.08.2016-cı il tarixdə Masallı rayon partiya partiya təşkilatında AKP MK-nın birinci katibi T.Nurullayevin iştirakı ilə hesabat-seçki yığıncağı keçirilərkən verilən arayışa görə 61 nəfər partiya üzvünün yarısından çoxu, yəni 32 nəfər, Lənkəran rayon təşkilatında 123 nəfərdən ən azı 62-63 nəfəri iştirak etməli olduğu halda səlahiyyətli hesab olunurdu. Lakin 06.11.2016-ci ildə Masallı RPK-nn birinci katibinin verdiyi məlumat və arayışda təşkilatın qeydiyyatında 61 nəfər deyil, 11 nəfər kommunist olduğu göstərilmişdir. Belə halda 50 nəfər kommunistin bir ay yarım ərzində qeydiyyadan çıxması sübut edilməli idi. Əks halda 11 nəfərin olduğu partiya təşkilatında 61 nəfər partiya üzvünün olması hesabı ilə hesabat-seçki yığıncağının keçirilməsi AKP Nizamnaməsinin 11-ci maddəsinə əsasən qeydiyyatda olan partiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə ümumi yığıncağının səlahiyyətli hesab olunması barədə tələbi pozulmuşdur. Kvorum olmayan belə yığıncaqlarda qurultaya seçilmiş nümayəndələrin da səlahiyyəti olmadığını sübut etməyə ehtiyac yoxdur. Lənkəran rayonunda da 123 nəfərin əksəriyyətinin, yəni ən azından 62-63 nəfər üzvünün iştirak etməli olduğu hesabat-seşki yığıncağının bu təşkilatın həmişə yığışdığı məlum çayxanada keçirldiyi də heç cür inandırıcı deyil (yığıncaqda 16-17 nəfərin iştirak etdiyi məlumdur).
Belə halda 2016-cı ilin iyul ayında Lənkəran,14.08.2016-cı ildə Masallı və həmin aylarda digər rayon partiya təşkitlarında keçirilmiş hesabat-seçki yığıncaqları AKP Nizamnaməsinin 11-ci maddəsinin tələbinə zidd keçirilib kvorum olmadığına görə bu yığıncaqların qəbul etdiyi qərarların da siyasi, hüquqi əhəmiyyət kəsb etməyən, hüquqi nəticə doğurmayan  qərarlar olduğunu bizdən də yaxşı bilirsiniz.
     Bilirsiniz ki, partiyanın növbəti qurultayı 2016-cı ilin oktyabr ayına planlaşdırılmışdı. Lakin qurultay Xətai rayon təşkilatının hesabat-seçki yığıncağının gec keçirməsi səbəbindən deyil, Sumqayıt şəhər təşkilatının ümumi yığıncağında AKP MK-nın birinci katibinin hazırladığı hesabat məruzəsinin məqbul hesab edilməməsi və bu vəziyyətdə partiya qurultayına gedilməsinin mümkün olmadığı üçün qurultayın 2017-ci ildə keçirilməsi qərara alınmışdır. Halbuki, belə bir qərar qəbul etməyə yalnız AKP MK plenumunun səlahiyyəti var idi.

Qurultaya hazırlıq dövründə AKP MK katibi, Xətai RPK-nin birinci katibi 06.12.2016-cı ildə cənub rayonlar üzrə partiya təşkilatlarına kurator təyin edilməsi ilə bağlı vəzifəsini icra etmək üçün T.Nurullayevin tapşırığı ilə Lənkəran rayonuna gedib 07.12.2016-cı ildə müşavirə keçirmiş sənədlərdə olan nöqsanları düzəltmək məqsədi ilə onlarla tanış olmaq istədiyini bildirmiş, lakin T.Nurullayev Lənkəran, Masallı və Biləsuvar rayon partiya təşkilatlarının birinci katibləri R.Cəfərov, N. Fətullayev və M.Hüseynova sənədləri ona təqdim edilməməsi barədə verdiyi tapşırığına və sonra da həmin rayonlardakı vəziyyət barədə hesabat verməyə imkan vermədiyinə, o isə hesabat verəcəyini təkid edəndən sonra T. Nurullayev belə olacağı təqdirdə, onun haqqında şikayət olduğunu və hesabat verməyəcəyi təqdirdə şikayətin də büroya qoyulmayacağını bildirmiş, əks halda, Lənkəranda olarkən dedi-qodu yaratdığına görə onun haqqında məsələnin büroya qoyulub müzakirə olunacağımı bildirmişdir. Kurator Ə. Şirvanov da qanuna və AKP Nizamnaməsinə zidd heç bir hərəkətə yol vermədiyini, hesabat verəcəyini bildirəndən sonra, T.Nurullayev qeyd edilən partiya təşkilatlarında acınacaqlı vəziyyətin aşkar olunacağından çəkinərək, ona qarşı böhtan, şantaj kompaniyasına start vermişdir.
     T.Nurullayev tərəfindən dəfələrlə edilən şifahi və rəsmi müraciətlərdən sonra Xətai rayon təşkilatının qeydiyyatında olan kommunistlərin onda olan sənədlərinin bir qisminin iki ildən sonra təşkilata verməsi, digər qisminin verməməsi səbəbindən hesabat-seçki yığıncağının vaxtında kecirilməsi mümkün olmamışdır. Bunun da əsas səbəbkarı təşkilatda qeydiyyatda olan bu rayonun əvvəlki birinci katiblərini formal seçdirən, lakin onların vəzifələrini özü icra etdiyinə görə, təşkilatın bütün sənədləri də T.Nurullayevdə olduğuna və bu sənədləri vermədiyi üçün, yığıncağın keçirilməməsində də özü təqsirli olduğu halda, buna baxmayaraq AKP MK-nın 12.02.2017-ci il tarixli plenumunda plenumun da səlahiyyəti olmadığı halda, hesabat-seçki yığıncağının gec keçirilməsini əsas gətirərək ona "xəbərdarlıq" növündə partiya cəzası elan olunması barədə qərar qəbul etdirmişdir. Ə.Şirvanovun 22.03.2017-ci ildə həmin qərardan AKP MNTK-na verdiyi şikayəti AKP Nizamnaməsinin 6-cı maddəsinə əsasən 2 ay müddətində baxılmalı halda. T.Nurullayevin komissiyanın sədr əvəzi Ş.Rzayevə təzyiq göstərməsi və sonuncunun da prinsipsiz mövqeyi nəticəsində şikayətə indiyə kimi baxılmamış, cavab verilməmiş, bununla da həmin maddənin tələbi pozulmuşdur.
     Bundan sonra sənədlərin qalan hissəsini yenə də vermədiyi üçün, hesabat vermək və qurultaya nümayəndələr seçilməsinin vacib olması nəzərə alınaraq, təşkilatda olan növcud sənədlərə əsasən 26.02.2017-ci il tarixdə təşkilatın hesabat yığıncağı keçirilməli ildi. Lakin T.Nurullayev iştirak edə bilmədiyini bildirib, hesabat-seçki yığıncağının başqa vaxta keçirilməsini xahiş etdiyi üçün yığıncaqda başqa məsələlər müzakirə edilimişdir. Yığıncaqda təqdim olunmuş sənədlərə əsasən təşkilatda 332 nəfərin qeydiyyatda olması, onlardan 1 nəfəri 10 ildən artıq bu partiyadan çıxıb başqa kommunist partiyasına getməsi və hazırda partiya rəhbəri olduğu, Ə. Babayevin isə çoxdandır ki, Xəzər rayon PK-nin birinci katibi olduğu, G. Tretyakovun isə yaşadığı ərazi üzrə başqa təşkilata getməsi, bir nəfərin vəfat etməsi müəyyən edildiyi üçün qeydiyyatdan çıxarılmış, 296 nəfərin isə 3 ildən 23 ilə kimi üzvlük haqqı vermədiyi, partiya təşkilatı ilə faktiki əlaqəni tam kəsdikləri müəyyən edilmiş və onlar AKP Nizamnaməsinin 5-ci maddəsinə əsasən ümumi yığıncağın qərarı ilə partiyadan xaric edilmişlər. Onların sırasında K.İbrahimovanın da olması və partiya üzvlərinin sayının birdən birə 300 nəfər azalması T. Nurullayevi olduqca hiddədtləndirmişdir. Onun ƏşŞirvanovun partiyada "pozuculuq" işi aparıb partiyanı dağıtmaqla bağlı  ünvanına deyilənlər bəhanədir, əslində isə bu 300 nəfər barədə qərar qəbul edilməsi faktıdır.
     Yodaşlar! Bir qisminiz AKP Niamnaməsinin tələblərinə əməl edilməklə AKP-nin 40-cı adlanan qurultayına nümayəndə seçilmiş və onun işində iştirak etmisiniz. Bir kommunist kimi partiyanın ali yığıncağı olan qurultayın keçirilməsinin əleyhinə deyilik. Kommunistlərin alı yığıncağı Azərbaycan Respublikasının qanunlarının, AKP Nizamnaməsinin və "AKP rəhbər orqanlarının iş reqlamenti"nin tələblərinə ciddi əməl edilməklə hazırlanmalı və keçirilməlidir. Lakin həmin qurultay hazırlanarkən və keçiriləkən qeyd edilən qanunların, Nizamnamə və reqlamentin tələbləri ciddi şəkildə pozulmaqla hazırlanmış və keçirilmişdir.
Belə ki, Xətai rayon partiya təşkilatının 12 mart 2017-ci ildə hesabat-seçki yığıncağında qurultaya 10 yer ayrılması barədə MK bürosunun 25.06.2017-ci il tarixli qərarının guya MK bürosunun sonrakı iclaslardaa dəyişiklik edilərək 5 yerə endirilməsi barədə T.Nurullayevi verdiyi məlumat partiya üzvlərinin narazılığına, hiddətinə səbəb olmuş, həmin qərarın verilməsini tələb etmiş, o qərarı sonra verəcəyini vəd etmiş və ağsaqqal bir partiya üzvünün xahişi ilə 5 nəfərin seçilməsi razılaşdırılmışdır. Lakin T.Nurullayevin özü də daxil olmaqla 5 nəfər namizədlərin də yalnız onun tərəfindən irəli sürməsi də narazılıq doğurmuş, lakin son nəticədə T. Nurullayev, Ə. Şirvanov, A..Heydərov, F.Şükürov və H.Həsənov qurultaya nümayəndə seçilmişlər.
Yığıncaqdan sonra T.Nurullyaev təşkilat üçün qurultaya 10 yer ayrılması barədə MK bürosunun 25.06. 2017-ci il tarixli qərarında MK bürosunda dəyişiklik edilərək 5 yerə endirilməsi barədə 12.12.2016-cı il tarixli işclasda qərar qəbul edilməsi barədə protokoldan çıxarışı təşkilata təqdim etmişdir.         
 Həmin protokol öyrənilərkən müəyyən edilmişdir ki, 25 iyun 2016-cı il tarixli MK bürosunun qərarı ilə partiya təşkilatı üçün ayrılmış 10 nümayəndə yerinin heç bir əsas və səbəb olmadan 5 yerə endirilməsi barədə 12. 12.2016-cı il tarixli AKP MK bürosunun iclas protokolu saxtadır. Belə ki, həmin tarixdə büro iclası keçirilməmiş, həmin iclasda Xətai rayon təşkilatının üzvləri olan İ. Qurbanov və H. Həsənov MK bürosunun üzvü olmadıqları halda, kvorum xatirinə onların da büro üzvü kimi iclasda iştirak etməsi və hətta H. Həsənovun çıxş etməsi barədə protokola qeydlər edilmişdir. Onlar isə həmin iclasda iştirak etmədiklərini, həmin ildə MK bürosunun üzvü olmadıqlarını, H.Həsənov isə belə bir iclasda iştirak etmədiyi üçün qurultaya 10 nəfər nümayəndənin 5 nəfərə endirilməsi barədə də çıxış etmədiyini bildirmişdir. Həm də "AKP rəhbər orqanlarının iş reqlamenti"nə görə büro iclasları həftənin şənbə günləri keçirildiyi halda, bu protokol həftənin birinci iş günündə tərtib edildiyinə, Xətai rayon təşkilatı ilə bağlı məsələ gündəlikdə olduğu halda, AKP MK bürosü üzvü olan Xətai RK-nin birinci katibinin iclasa dəvət edilmədən bu məsələnin müzakirə edilməsi və 3 il mddətində bir dəfə də olsa MK bürosunun iclaslarında protokol tərtib edilməməsi, iş günüdə Neft Şirkətində işləyən MK bürosunun üzvü Q. Qəhrəmanovun, Ş.Rzayevin isə Sumqayıt şəhərindən yalnz adi məsələnin müzakirəsi üçün büroya gəlməsinin göstərilməsi də bu protokolun saxta tərtib edldiyini təsdiq etdiyi üçün təşkilatın ümumi yığıncağının 09.04.2017-ci il tarixli qərarı ilə 12 mart 2017-ci il tarixli qərarı ilə qurultaya T. Nurullayevin, Ə.Şirvanovun, A..Heydərovun, F.Şükürovun və H. Həsənovun nümayəndə seçilməsi barədə qararı ləğv edilmiş və bu barədə T.Nurullayevə və AKP MNTK-nın sədr əvəsi Ş. Rzayevə həm telefonla, sonra da bu barədə olan ümumi yığıncağın qərarı onların elektron poçtlarına, sonra isə təsdiq edilmiş halda imza etdirilməklə onlara təqdim edilmişdir.
Bu məsələni araşdırmaq barədə yığıcağın qərarı əsasında materiallar AKP MNTK sədr əvəzi Ş.Rzayevə tədim edilmiş və qısa müddət ərzində qurultaya qədər bu məsələnin araşdırması xahiş edilmişdir. Lakin Ş.Rzayev işinin isə çox olduğunu, işin öhdəsindən gələ bilmədiyini bildirməklə araşdırmadığına görə və qurultay da daha tez bir tarixə təyin edildiyi üçün, ikinci dəfə qurultaya nümayəndə seçmək mümkün olmamışdır. T.Nurullayev partiyanın mərkəzi orqanlarından rəhbər vəzifələrdən azad edilmiş M.Əyyubovla Ə.Abdinovun da qurultaya nümayəndə seçiləcəyindən ehtiyat edərək bunun qarşısını almaq üçün 10 yerin 5 yerə endirməsini sonradan özü də etiraf etmişdir.
Buna baxmayaraq T.Nurullayev, H.Həsənov və hətta ləğv edilmiş qərarla da olsa nümayəndə seçilməmiş MK üzvü İ.Qurbanov qurultayda qanunsuz mandatla təmin edilmiş, T. Nurullayev AKP MK-nın birinci katibi, MK bürosunun üzvü, İ.Qurbanovla H.Həsənov isə MK üzvü, həm də MK bürosunun üzvü seçilmişlər. Onların və AKP MNTK-nın sədr əvəzi Ş.Rzayev K.İbarahimovanın partiya sıralarında xaric edildiklərini bildikləri halda, onun qurultayın Fəxri Rəyasət Heyətinə, MK üzvü,  MK bürosunun üzvü və MK katibi seçilməsinə etiraz etməmiş, əksinə, səsvermə zamanı ona səs vermişlər. 
Həmin qurultayın yalnız Xətai rayon partiya təşkilatı tərəfindən nümayəndə seçilməmiş 3 nəfər, başda AKP Nizamnaməsinin tələblərinə əməl edilməsinə məsuliyyət daşıyan AKP MK-nın birnci katibi T.Nurullayev olmaqla MK-nın 2 üzvü və hətta partiya sıralarından xaric edilmiş K. İbrahimovanın da nümayəndə kimi iştirak etməsi, onun da nümayəndə seçilməmiş T.Nurullayev, H. Həsənov və İ.Qurbanov kimi AKP-nin rəhbər seçkili orqanlarına seçilməsi Xətai rayon təşkilat üzvlərinin ümumi iclasında qəbul edilmiş qərarlarının T.Nurullayev, İ. Qurbanov, H. Həsənov və həmişə düzgünlükdən, Nizamnamə tələblərinə əməl edilməsinin tərəfdarı kimi çıxış edən AKP MK katibi, mandat komissiyasının sədri R.Həsənovun onların nümayəndə seçilmələri barədə iclas protokolunun təsdiq edilmiş surətini və digər sənədləri tələb etmədən onlara mandat verməsi, nümayəndə seşilməmiş və hətta partiyadan xaric edilmiş şəxsi nümayəndə qismində qurultayda iştirak etməyə buraxması, partiyanın rəhbər orqanlarının yardılmasında və onlara üzv seçilməsinə imkan yaradılması rayon təşkilatının üzvlərinin dərin narazılığına, etiraz və hiddətinə səbəb olmuşdur. Lakin bu faktlar və AKP Nizamnməsinin tələblərinin digər şəkildə pozulması halları MNTK tərəfindən araşdırılmamış, T.Nurullayev tərəfindən nəzərə alınmamışdır.
Bu qurultay həm də "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə zidd olaraq keçirilmişdir. Bu qanunun "Siyasi partiyaların yaradılması və fəaliyyət prinsipləri" adlanan bölməsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.
Lakin Xətai rayon təşkilatının 5 nəfər üzvünün qurultaya nümayəndə seşilməsi barədə qanunsuz qərar ləğv edildiyi halda, partiyanın rəhbəri və AKP MK-nın 2 üzvü tərəfindən təşkilat üzvlərinin iradəsinin ziddinə olaraq həmin qərarın tələblərinə əməl edilməmiş, qurultaya nümayəndə seçilmədikləri halda qurultayda partiya təşkilatını onun nümayəndələri kimi qanunsuz təmsil etmiş, bununla da rayon təşkilatının qeydiyyatında olan partiya üzvlərinin daxil oduqları siyasi partiyada partiya orqanlarına öz iradəsini ifadə etməklə nümayəndə seçmək hüquqları nəinki məhdudlaşdırılmışdır, hətta ləğv edilmişdir.
Sumqayıt şəhər və Bakı şəhəri Xətai rayon partiya təşkilatları istisna olmaqla, başqa təşkilatlarda kvorum olmadığı halda hesabat-seçki yığıncaqları keşirilmiş və bu yığıncaqlarda qurultaya nümayəndələr seçilmiş, bu barədə saxta protokollar tərtib edilmiş və bu səlahiyyətsiz yşğıncaqların qəbul etdiyi qərarlar əsasında seçilmiş nümayəndələrə mandat verilmiş və onların iştirakları ilə qeyd edilən qurultay keçirilmişdir.
Belə ki, "Siyasi partiyalar haqqında" Qanunun Qanunun 4-cü maddəsinin 3-cü hissəsinin "Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır" kimi imperativ (məcburu) tələbi kobud surətdə pozularaq T.Nurullayevin qurultay adlanan keçirtdiyi yığıncağında 300 nəfər üzvü olmayan partiya təşkilatları olan bir qurumun "seçdiyi" nümayəndələrdən ibarət keçirildiyi üçün, eləcə də Nizamnamənin 21-ci maddəsinin tələbinə əməl edilmədiyindən, seçilməmiş nümayəndələrə qanunsuz mandat verilməklə keçirildiyindən, buna görə də kvorum olmadığından, dəvət edilmiş qonaqlar hesabına iclas salonunda adamların çox görünməsi üçün görüntü yaradıldığına görə keçirilmiş qurultay, onun təşkil etdiyi orqanlar burada qeyd edilən və digər səbəblərə görə də leğitim hesab edilə bilməz və qəbul etdikləri qərarların isə siyasi və hüquqi qüvvəsi ola bilməz.
Bundan əlavə 30.10.2011-ci ildə AKP(M-L p) AKP ilə vahid bir partiyada birləşəndən sonra AKP (M-L p) qeydiyyatdan keçmədiyi və hüquqi şəxs olmadığı üçün birləşmiş AKP da məhz bu səbəbdən qeydiyyada alınmamışdır.
Buna baxmayaraq, qurultayın qərarı ilə həmin AKP MK-nın birinci katibi seşilmiş T. Nurullayev vahid bir partiyanın ayrı-ayrı qanadlarından birini təşkil edən H. Hacıyevin (Ə.Xəlilovun) rəhbərlik etdiyi qrupda olan kommunistlərin iştirakı olmadan özünün 300 nəfərdən çox üzvü omayan qrupun təşkilatlarında görüntü yaratmaqla hesabat-seçki yığıncaqları keçirmişdir. Halbuki birləşmiş qurutayın qərarı ilə eyni bir partiyanı təşkil edən bu qrupların heç biri ayrılıqda hesabat-seçki yığıncaqları keçirib qurultay çağıra, keçirə bilməzlər. Qurultayın birləşmək barədə qərarını yalnız həmin partiyaların bir yerdə keçirilən qurultayın qərarı ilə ayrılma faktı təsdiq oluna bilərdi. Lakin T.Nurullayev birləşdirici qurultayın bu qərarını pozaraq həmin qurultayda hər iki partiyada hesabat-seçki yığıncaqları keçirib qurultayda ayrılma faktın təsdiq olunmasını təmin etmədən yalnız ayrılandan sonra özünün faktiki rəhbərlik etdiyi qrupun partiya təşkilatlarının əksəriyyətində qeydiyyatda olan partiya üzvlərinin yarıdan çoxu iştirak etmədiyi halda, hesabat-seşki yığıncaqları keçirilib qurultaya nümayəndələr seçilməsini təşkil etmişdir.
14.01.2001-ci ildə I qurultayında təsis edilmiş və 30.10.2011-ci ildə birləşdirişi XXXVIII (VII) qurultayda AKP-yə birləşənə kimi fəaliyyət göstərən T.Nurullayevin həmin vaxta kimi rəhbərlik etdiyi AKP (M-P p) deyil, 2011-ci ildə birləşən vaxtı Ə.Xəlilovun, hazırda isə H.Haciyevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının adından istifadə etdiyinə görə bu partiyanın fəaliyyəti və onun keçirdiyi qurultay da qanunsuzdur. T.Nurullayev partiya qurultayının çağrılması qaydalarını nəzərdə tutan AKP Nizamnaməsinin tələblərini pozmuş, 30.10.2011-ci ldə XXXVIII (VII) birləşdirici qurultaydan sonra XXXIX (VIII) qurultay çağrılmadığı halda, AKP-nin 40-cı qurultayının keçirilməsini təşkil etmişdir.
Belə ki, birıləşdirici qurultay 2011-ci ildə keçirilmiş, 2013-cü ildə yenidən ayrılmış, ondan sonra bu ilə kimi qurultay şağrılmadığı halda qurultayin 40-cı olması da qanunsuzdur. Həm də T.Nurullayevin rəhbəlik etdiyi AKP(M-L p) 14.01.2001-ci ildə özünün I qurultayında təsis edildiyi halda, bu qurultay heç bir halda 2017-ci ildə 40-cı qurultay ola bilməzdi.
Qeyd olunan qurultay bu və digər səbəblərdən Azərbaycan Kommunist Partiyasının Nizamnaməsinin və "Siyasi partiyalar haqqında" Qanunun və digər qanunlarının pozulması ilə keçirildiyinə görə onun və təşkil etdiyi orqanların və onların qəbul etdikləri qərarlarının da siyasi və hüquqi qüvvəsi ola bilməz.
Yığıncaqda "Siyasi partiyalar haqqında" qanununun 4-cü maddəsinin siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olması barədə imperativ (məcburu) tələbinin kobud surətdə pozularaq 300 nəfər üzvü olmayan partiya təşkilatları olan bir qurumun "seçdiyi" nümayəndələrdən ibarət 21.05.2017-ci il tarixdə keçirilmiş quurultayın, eləcə də nümayəndəlik norması, qurultayın gündəliyi MK Plenumunun qərarından sonra ən azı üç ay sonra çağrılmalı olması barədə Nizamnamənin 21-ci maddəsinin tələbləri kobud surətdə pozulmaqla qurultayın gündəliyi 30.04.2017-ci il tarixdə elan edilib təsdiq ediliyi və qurultay da ondan 3 ay sonraya deyil, 20 gün sonraya təyin edilib keçirildiyinə görə, qeydiyyatda olduqları Xətai rayon təşkilatından nümayəndə seçilmədikləri halda, T.Nurullayev, H.Həsənov və İ.Qurbanov bu təşkilatdan seçilmiş nümayəndələr kimi, eləcə də partiya sıralarından xaric edilmiş K.İbrahimova partiya üzvü olmadığı halda, qanunsuz mandatla səsvermə hüququ ilə iştirak etdiklərinə, onun mərkəzi orqanlarının seçilməsində iştirak edib səs verdiklərinə, özlərinin həmin orqanlara üzv seçilməsinı razılıq verib etiraz etmədiklərinə görə və partiyanın mərkəzi orqanlarına seçilməsi də qurultayda nümayəndə seçilməmiş belə şəxslərə mandat verilməklə kvorum olmadığı halda bu qaydada formalaşdırıldığına görə, qurultay, onun təşkill etdiyi orqanlar və onların qəbul etdikləri qərarların qanunsuz olması barədə qərar qəbul edilmiş və həm də bu qurultayın "Siyasi partiyalar haqqında" qanununun, AKP Nizamnaməsinin və "AKP-nin rəhbər orqanlarının iş reqlamenti"nin tələblərinin ciddi şəkildə pozulmaqla keçirilməsi barədə Ədliyyə Nazirliyinə məlumat verilməsi qərara alınmışdır.
Rayon partiya təşkilatının ümumi yığıncağı onun qeydiyyatında olub partiyanın rəhbər orqanlarında (AKP MK üzvü, MK bürosunun üzvü, MK katibi, MNTK-nın üzvü) olan partiya üzvlərinin partiyadan xaric etmək səlahiyyəti yoxdur. Həmin vəzifələri tutmuş şəxslər tutduqları vəzifələrdən səlahiyyətli orqan tərəfindən azad edildikdən sonra ilk partiya təşkilatında onun məsuiyyətə cəlb olunması məsələsinə baxa bilər. Lakin ümumi yığıncaq AKP MK-nın birinci katibi olmuş T.Nurullayevin 30.10.2011-ci ildə iki partiyanın qəbul etdiyi nizamnaməyə uyğun seçilmiş Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi, MK üzvü, MK bürosunun üzvü kimi partiyanın mərkəzi orqanlarında tutduğu yüksək statusuna 21.05.2017-ci ildə qanunsuz keçirdiyi qurultayın qərarı ilə xitam verildiyinə görə və sonuncu qurultay da Nizamnamənin tələblərinə zidd keçirildiyi üçün bu yığıncağın qərarı ilə qeyri-qanuni hesab edildiyinə görə, beləliklə də T. Nurullayev AKP-nin rəhbər orqanlarının üzvü hesab edilmədiyindən, yalnız Xətai rayon partiya təşkilatının üzvü olduğuna görə onun rayon partiya təşkilatının ümumi yığıncağı tərəfindən partiya məsuliyyətinə cəlb edilməsini  mümkün hesab etmişdir.
Telman Baba oğlu Nurullayev "Siyasi partiyalar haqqında" Qanununun siyasi partiyanın ən azından 1000 nəfər olduqlda qeydiyyata alına bilinməsi barədə tələbini, AKP Nizamnaməsinin 21-ci maddəsinin partiya qurultayını çağırmaq, onun gündəliyi, nümayəndəlik norması haqqında partiyanın Mərkəzi Komitəsinin qərarının qurultaya ən azı üç ay qalmış elan olunması barədə tələbini pozaraq, qurultayın gündəliyini 30.04. 2017-ci ildə keçirilən AKP MK plenumunda elan və təsdiq edilməsini və qurultayı ondan sonra ən azı üç ay sonrakı tarixə deyil, cəmi 20 gün sonra, 21 may 2017-ci il tarixə təyin edilib həmin tarixdə də kvorum olmadan keçirtdiyi hesabat-seçki yığıncaqlarında formal seçilmiş nümayəndələrin iştirakı ilə, deməli, kvorum olmadan keçirilməsini təşkil etdiyinə görə, həm də onun özünün, Ə.Şirvanovun, F.Şükürovun, A. Heydərovun, və H. Həsənovun qurultaya nümayəndə seçilməsi barədə rayon təşkilatının ümumi yığıncağının 12 mart 2017-ci il tarixli qərarının ləğv edildiyini, İ.Qurbanovun isə ləğv edilmiş qərarla da olsa nümayəndə seçilmədiyini, K. İbrahimova isə ən azından 2014-cü ilin mart ayından sonra üzvlük haqqı ödəmədiyi, partiya təşkilatı ilə əlaqə saxlamadığı üçün AKP Nizamnaməsinin 5-ci maddəsinə əsasən təşkilatın ümumi yığıncağının 26.02.2017-ci il tarixli qərarı ilə 300 nəfərlə birlikdə partiyadan xaric edildiyini yaxşı bildiyi halda, Xətai rayon partiya təşkilatının bu qərarlarına əməl etmədən, eləcə də 25.06.2016-cı il tarixli MK bürosunun qərarı ilə təşkilat üçün ayrılmış 10 nümayəndə yerinin heç bir əsas və səbəb olmadan 5 yerə endirilməsi barədə 12.12.2016-cı il tarixdə AKP MK bürosunun iclası keçirilmədiyi halda, belə bir iclasın keçirilməsi, həmin iclasda Xətai rayon təşkilatının üzvləri İ. Qurbanov və H. Həsənov büro üzvü olmadıqları halda, kvorum xatirinə onların da büro üzvü kimi iclasda iştirak etməsi və hətta H.Həsənovun çıxış etməsi barədə protokola qeydlər etdiyinə, onlar isə həmin iclasda iştirak etmədiklərini, həmin ildə MK bürosunun üzvü olmadıqlarını, H.Həsənov isə belə bir iclasda iştirak etmədiyi üçün qurultaya 10 nəfər nümayəndənin 5 nəfərə endirilməsi barədə də çıxış etmədiyini bildirdiyi halda, həm də "AKP rəhbər orqanlarının iş reqlamenti"nə görə büro iclasları həftənin şənbə günləri keçirildiyi halda, bu protokol həftənin birinci iş günündə tərtib edildiyinə, Xətai rayon təşkilatı ilə bağlı məsələ gündəlikdə olduğu halda, AKP MK bürosü üzvü olan Xətai RK-nin birinci katibinin iclasa dəvət edilmədən bu məsələnin müzakirə edilməsi və 3 il mddətində bir dəfə də olsa MK bürosunun iclaslarında protokol tərtib edilməməsi də bu protokolun saxta tərtib edib təşkilata təqdim etdiyinə, təşkilatın iclaslarında iştirak etmədiyinə, rəhbərlik etdiyi partiya qeydiyyatdan keçmədiyi halda, partiya üzvlərinə uzun müddət qeydiyyatdan keçməsi barədə yalan məlumatlar verməklə partiya üzvlərini aldtadığına, qulluq mövqeyindən və rəhbəri olduğu partiyanın partiya təşkilatlarının və partiya üzvlərinin ona olan etibarından sui-istifadə edərək 2007-ci ildə təsis etdiyi özünə məxsus olan "Azərbaycan kommunisti" qəzetinin ilk səhifələrində "Azərbaycan Kommunist Partiyasınin rəsmi orqanı", "Azərbaycan Kommunist Partiyasınin qəzeti" kimi  qeydlər yazaraq, həmin qəzetin AKP orqanı olması barədə kommunistlərə yalan məlumat verib aldatdığına, 10 il müddətində bu qəzetin satışını partiya təşkilat katibləri vasitəsi ilə reallaşdırdığına, qəzet pulunu da əsasən partiya təşkliat katiblərinin öz şəxsi vəsaitləri hesabına ödədiklərini çox yaxşı bildiyi halda, qəzetin satış pulunun partiyaya aid edilmədiyi halda, həm də partiyanın orqanı olmayan qəzetlə bağlı məsələləri AKP MK plenumunun, MK bürosunun gündəliyinə daxil edib müzakirələr apardığına, qəzetin satış pulunu vaxtında ödəyə bilməyən partiya təşkilat katiblərinə AKP MK plenumlarında, MK-nın büro iclaslarında irad tutduğuna, partiya üzvlərinin sayı barədə, onalardan nə qədər üzvlük haqqı yığılması və nəyə xərclənməsi barədə ( MK plenumlarında, MK bürosunda da), qeydiyyatda olduğu Xətai rayon partiya təşkilatına hesabat vermədiyinə, təşkilatın onda olan sənədlərini, arxivini təşkilata təhvil vermədiyinə görə və yol verdiyi yüzlərlə digər nöqsanlara  görə partiya sıralarından xaric edilmişdir. 
H.Həsənov, İ.Qurbanov Xətai rayon partiya təşkilatından qurultaya nümayəndə seçilmədikləri halda, hətta İ. Qurbanov 5 nəfərin qurultaya nümayəndə seçilməsi barədə təşkilatın ümumi yığıncağının 12 mart tarixli qərarın ləğv edilməsi barədə 09.04.2017-ci il tarixli qərarın qəbul edilməsinin lehinə səs verdiyi halda, həmin qərara da əməl etməmiş, Azərbaycan Kommunist Partiyasının MK-nın birinci katibi T. Nurullayev onları qurultaya nümayəndə kimi dəvət edilmiş, onları qanunsuz olaraq mandatla təmin edilmiş, onlar da həmin qanunsuz mandatla qurultayın işində səs vermə hüququ ilə iştirak etmiş,  K. İbrahimovanın da Xətai rayon təşkilatının qərarı ilə partiyadan xaric edilməsinə səs verdikləri və bunu yaxşı bildkləri halda, onun qurultayın Rəyasət Heyətinə, Azərbaycan Kommunist Partiyası MK üzvlüyünə, Azərbaycan Kommunist Partiyası MK bürosunun üzvü və AKP MK katibi seçilməsinə etiraz etməmiş, əksinə, ona səs vermiş, hətta özləri də partiyanın mərkəzi orqanlarına qanunsuz üzv seçilmiş, sonra da onların işində iştirak etməklə Azərbaycan Kommunist Partiyası Nizamnamənin tələblərini pozmuşlar. Ona görə də onlar da partiyadan xaric edilmişlər. Bundan əlavə Azərbaycan Kommunist Partiyası Nizamnaməsinin 21-ci maddəsinə əsasən qurultay çağırmaq, onun gündəliyi, nümayəndəlik norması haqqında partiyanın Mərkəzi Komitəsinin qərarı ilə qurultaydan ən azı üç ay qabaq elan olunur. Lakin T. Nurullayev AKP- nin 40-cı qurultayı adlandırdığı qurultayın gündəliyini  30 aprel 2017-ci il tarixdə keçirilmiş  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi  Plenumunun gündəliyinə daxil edərək, onu təsdiq edərək elan etmiş və qurultayı ən azı üç ay sonraya deyil, bundan cəmi 20 gün sonrakı tarixə, yəni 21 may 2017-ci il tarixə təyin etmiş və həmin tarixdə də qurultay adlandırdıqları həmin qanunsuz yığıncağı keçirmişlər. Bununla da AKP Nizamnaməsinin qurultayın gündəyinin qurultaydan ən azı üç ay əvvəl edilməsi ilə bağlı 21-ci maddəsinin tələbini kobud surətdə pozmuşdur. Bu fakt onun təsis etdiyi "Azərbaycan kommunisti" qəzetinin may və may-iyun buraxılışları ilə də təsdiq olunur.
AKP Nizamnaməsinin bu maddəsinin tələbi pozulduğuna görə həmin tarxli qurultay və onun təşkil etdiyi MK, MK bürosu, MK katibliyi və digər orqanları, eləcə də onların qəbul etdikləri qərarları da qanuni deyil. Çünki 26.10.1996-cı il tarixdə T.Nurullayev, R.Həsənov və qeyrilərinin növbədənkənar keçirtdikləri qurultay da məhz AKP Nizamnaməsinin 21-ci (o vaxtkı 23-cü) maddəsinin bu tələbləri pozulduğuna görə Ədliyyə Nazirliyinin 17.08.2000-ci il tarixli kollegiyasının qərarı ilə qeyri-qanuni hesab edilmiş, onun nəticələri tanınmamış və bu məhkəmə qətnaməsi ilə də qanuni qüvvə almışdır.
Beləliklə, Ədliyyə Nazirliyindən cavab alınmadan da üzvü olduğunuz partiyanın 1993-cü ildə bərpa edilmiş və 02 mart 1994-cü ildə 20 saylı Şəhadətnamə ilə qeydə alınmış və indi T.Nurullayevin AKP MK-nın birinci katibi olduğu partiya olmadığı, T.Nurullayevin və partiyanın digər rəhbərlərinin partiyanın qeydiyyatdan keçməsi barədə uzun illər ərzində partiyanın bütün şəhər-rayon partiya komitələrinə və ilk təşkilatlarına, bütün kommunistlərə yalan məlumat verdikləri müəyyən edilmişdir. Ona görə də bu məsələ Xətai rayon partiya təşkilatının ümumi yığıncaqda geniş müzakirə edilmiş və qeydiyyatdan keçməmiş patiyada siyasi mübarizə aparılmasının mümkün olmadığı qənaətinə gəlinmişdir.
Xətai rayon partiya təşkilatının ümumi yığıncağının iştirakşıları qeydiyyatdan keçməmiş T.Nurullayevin rəhbərlik etdiyi AKP-nin tərkibində qalıb fəaliyyət göstərilməsinin əhəmiyyətsiz olmasını nəzərə alaraq, həmin AKP-nin tərkibindən çıxıb 1993-cü ildə bərpa edilmiş və qeydiyyatdan keçmiş kommunist partiyasının hansı kommunist partiya olması dəqiq müəyyən edilənədək heç bir AKP-yə daxil və tabe olmadan müstəqil partiya təşkilatı kimi fəaliyyət göstərəcəyi barədə qərar qəbul edilmişdir.
AKP-nin Xətai rayon partiya təşkilatı tərəfindən seçilməmiş T.Nurullayev, H.Həsənov,İ.Qurbanov qurultaya nümayəndə seçilmədikləri halda onlara, habelə partiya təşkilatının 26.02.2017-ci il tarixli qərarı ilə partiyadan xaric edilmiş, partiyaya bərpa olunmamış K.İbrahimovaya AKP Nizamnaməsinin tələblərinə zidd olaraq ilk partiya təşkilatları tərəfindən seçilmiş nümayəndələr kimi mandat verilməklə, çoxlu qanun pozuntularına yol verilib, Nizamnamə tələbləri pozulmaqla, kvorum olmadan keçirilmiş 40-cı adlanan qurultayda təşkil olunmuş, nümayəndə seçilməmiş T.Nurullayevin, H.Həsənovun, İ.Qurbanovun və K.İbrahimovanın da seçildiyi, tərkibində olduğu AKP MK bürosunun qərarı ilə Ə. Şirvanovun Xətai rayon partiya təşkilatının katibi vəzifəsindən azad edilməsi barədə 11.07.2017-ci il tarixli qərarı müzakirə edilmiş və "Siyası partiyalar haqqında" Qanununa, AKP Nizamnaməsinə və "AKP-nin rəhbər orqanlarının iş reqlamenti"nə zidd olduğu üçün qanunsuz hesab edilmişdir. Belə ki, qurultaya nümayəndə seçilməmiş T.B.Nurullayevin, H. Həsənovun, İ.Qurbanovun və partiya sıralarından xaric edilmiş, partiya üzvü, kommunist olmayan K.İbrahimovanın, eləcə də heç bir ilk partiya təşkilatında qeydiyyatda durmayan və nümayəndə seçilməmiş, lakin qurultayda mandatla təmin edilmiş B.Hacıyevin də seçildiyi, tərkibində olduğu MK bürosunun qanunsuz yaradılmasının sübuta ehtiyacı yoxdur. Yəni qanunsuz keçirilmiş qurultayda qanunsuz yaradılmış MK bürosunun qəbul etdiyi qərarlar da qnunsuzdur. Bunu sübut etməyə ehtiyac qalmır.
Bundan əlavə MK bürosü qanuni əsaslarla yaradılmış olsaydı belə, Nizamnamənin 12-ci maddəsinə əsasən ilk partiya təşkilat katibini təşkilatın ümumi yığıncağında seçildiyi üçün yenə də onun ilk partiya təşkilat katibini vəzifədən azad etmək barədə qərar qəbul etməyə salhiyyəti yox idi. Nizamnamənin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən bütün səviyyələrdə olan seçkili orqan üzvlərinin lazım gəldikdə partiya məsuliyyətinə cəlb edilməsi ilk partiya təşkilatlarında müzakirə edilir və onların cəzalandırılması haqqında qərar adi qaydada qəbul olunur.Lakin MK burosu Nizamnamənin və həm də 10-12-ci, 14-cü, 15-ci maddələrinin, 17-ci maddəsinin 2-ci hissəsinin tələblərini də pozmuş, ilk partiya təşkilatının səlahiyyətinə aid olan məsələyə dair qərar qəbul etmişdir. MK bürosu bu barədə ilk təşkilata tövsiyyə edə bilərdi. Bununla da qanunsuz seçilmiş MK bürosu natamam və son dərəcə qeyri-obyektiv, qərəzli tərtib edilmiş yoxlama aktı ilə nəyin bahasına olursa-olsun ilk partiya təşkilat katibinin cəzalandırıb vəzifədən kənarlaşdırmaq məqsədi güdülmüşdür. Ona görə də yığıncaq aparılan yoxlamanın natamam və qərəzli olduğunu qeyd edib həmin məsələnin təşkilatın NTK tərəfindən yoxlanılıb müzakirə edilməsi və nəticəsinin ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə edilən təkliflər əsasında Ə. Şirvanovun yenidən etimad göstərilmiş və o, ümumi yığıncağın qərarı ilə yekdilliklə Xətai rayon partiya təşkilatının katibi seşilmişdir.
Yoldaşlar! AKP-nin Nizamnaməsinin qeydə alınmaması ilə bağı AKP-nin yarandığı vaxtdan indiyə kimi keçdiyi fəaliyyəti barədə Xətai rayon partiya təşkilatında və Ədliyyə Nazirliyində mötəbər sənədlər olduğunu nəzərə alaraq, ümumi yığıncaq T.Nurullayevin rəhbərlik etdiyi AKP-nin bütün şəhər və rayon partiya təşkilatlarına onun partiyanın qeydə keçməsi barədə partiya üzvlərini yalan məlumat verməsi və Nizamnamə tələblərinin mütəmadi olaraq pozması halları ilə bağlı Xətai rayon partiya təşkilatında qəbul edilmiş qərarlar barədə Sumqayıt şəhər, Bakı şəhərinin Xəzər rayon, Lerik, Lənkəran, Astara, Masallı və Biləsuvar rayon partiya təşkilatlarına məlumat verilməsi üçün müraciət göndərilməsi barədə qərar qəbul etmiş və bu məsələlərə münasibət bildirilməsi tövsiyyə edilmişdir. Ona görə də bu müraciət sizə göndərilir.


 Müraciət Xətai rayon partiya təşkilatının 16 iyul 2017-ci il tarixli ümumi yığıncağında qəbul edilmişdir. 

Отправить комментарий

0 Комментарии