Recents in Beach

Ölkəyə valyutanın gəlməsi üçün kənd təsərrüfatı məhsullarının xaricə çıxarılmasında yaranan maneələr aradan qaldırılmaldır!

Bu tezisin açılışı çox sadədir. Fərz edək ki, kəndli sərhəddən bir maşın alma və yaxud xurma keçirmək üçün gömrüyə pul verməyib, malını aparıb satır. O, ən azı 12-13 min manat qazanc əldə edir. Gəlin, bunun Azərbaycan iqtisadiyyatına nə verəcəyini təhlil edək. Kəndli bu pulları hara xərcləyəcək?
1.Azərbaycan kəndli mentalitetinə uyğun olaraq qonşusu iki mərtəbəli ev tikdiribsə, o, üç mərtəbəli tikəcək, yəni pullarının hamısını tikintiyə sərf edəcək. Tikinti üçün aldığı materialları istehsal edən müəssisələr bundan bəhrənəcəklər.

2.Başqa kəndlinin evi-eşiyi var. Qazandığı pulun bir hissəsini əkin sahəsini genişləndirməyə, gübrəyə sərf edir. Bu da kimya sənayesinin pulu.

3.O birisi kəndli qazancının bir hissəsini  şəhərdə oxuyan oğlunun təhsil haqqına yönəldəcək. Bu da təhsil nazirliyinin pulu.

4.Qızının, oğlunun toyuna pul ayıracaq. Bu da mebel sanyesinin pulu.

5.İki və üç dəfə məhsulunu xaricə çıxaran kəndlilərin yaşayış şəratiti daha da yüksələcək. Ən əsası xaricdən gətirdiyi pullar dövriyyədə olduğundan Azərbaycan büdcəsinə dörd qatına qayıdacaq.

Bu aksiomanı başa düşən sivil ölkələr kəndlinin məhsulunun xaricə çıxarılmasının qarşısını almır, üstəlik buna maneə yaradan məmurları cəzalandırırlar. Elə götürək qardaş Türkiyəni. İndiyə qədər heç görmüsünüzmü bir kəndlinin bir qram məhsulu batsın? Biz qarsaş Türkiyənin bu təcrübəsini Azərbaycana gətirməliyik.

Azərbaycanı Azərbaycan kəndi dolandıra bilər, əgər kəndin emal etdiyi məhsulların xaricə çıxarılmasına mane olan nə varsa aradan qaldırılsa. İndi söz cənab Prezidentindir.

                                                                                                                                Tahir Cəfərli

Отправить комментарий

0 Комментарии