Recents in Beach

Müasir Azərbaycanda sol müxalifətin ideoloqu


Ədalət Abdinov  SSRİ-nin dağılmasından sonra müstəqil Azərbaycanda kommunist ideologiyasını yaşatmaq, yeni nəsillərə çatdırmaq və bu ideologiya ətrafında örgütlənmək uğrunda mübarizə aparan az sayda siyasi fiqurlardan biridir. Abdinov həm də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər katibi, Azərbaycan Kommunistlər Birliyinin sədri vəzifələrində  çalışmış, hazırda Azərbaycan Sosialist Hərəkətının Sədridir.

*    *    *

Ədalət Abdinov 2014-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. O, ilk növbədə “Azərbaycan kommunisti” qəzetinin davamlı nəşrini təmin etmiş və qəzetin baş redaktorluğu vəzifəsini öhdəsinə götürmüşdür. Qəzetin materiallarında  marksizm-leninizm təlimi, sosial ədalət, azadlıq, əmək adamlarının bərabərliyi və qardaşlığı uğrunda mübarizə öz əksini tapırdı. Sovet həyat tərzinin nailiyyətləri və üstünlükləri geniş təbliğ olunurdu.

İdeoloji məsələlərə cavabdeh şəxs kimi Ədalət Abdinov şəraitin yaratdığı imkanlar çərçivəsində partiyanın Lenin xəttinə ciddi əməl edirdi. Onun ideoloji işinin mahiyyəti ondan ibarət olmuşdur ki, partiyanın dəyərlərini, dünyagörüşünü və siyasi mövqelərini üzvlər arasında və cəmiyyətdə yaymaq, möhkəmləndirmək və həyata keçirmək üçün sistemli fəaliyyət göstərmişdir.

Ədalət Abdinov ideoloji sahəyə məsul katib kimi nəzəri-ideoloji hazırlıq işlərini yüksək səviyyədə təşkil etmişdi.O, Marksizm-Leninizm Universitetini, «Lenin cümə günlər»ni bərpa etmişdir. Onun katib olduğu dövrdə partiya proqramı və nizamnaməsinin dərindən öyrənilməsi, ideoloji seminarlar, məktəblər və kursların təşkili, siyasi ədəbiyyatın hazırlanması və yayılması, partiya tarixinin və ənənələrinin öyrədilməsi mühüm əhəmiyyət kəsb etmişdir.

Təbliğat — təşviqat işinin səmərəli qurulması üçün kütləvi informasiya vasitələri ilə (mətbuat, televiziya, onlayn media) əlaqə, sosial mediada aktiv məzmun siyasəti, ictimai tədbirlərin təşkili düzgün həyata keçirilmişdir.

Məhz Ədalət Abdinovun ciddi səyi nəticəsində ideoloji işi aparan könüllülərin seçilməsi və təlimi, gənc kommunistlər arasında natiqlik və debat bacarıqlarının inkişafı, gənclərin siyasi prosesə cəlb edilməsi ilə bu qanadın fəaliyyətinin gücləndirilməsi, yerli partiya təşkilat rəhbərləri ilə iş çox effektli olmuşdur.

*    *    *

Azərbaycan Kommunist Partiyasında yaranan qrupbazlıq, dəstəbazlıq və digər mənfi hallar səbəbindən Ədalət Abdinov daha səmərəli fəaliyyət göstərmək üçün Azərbaycan Kommunistlər Birliyini təsis etmişdir. Ədalət Abdinovun yaradıcısı olduğu və rəhbərlik etdiyi Azərbaycan Kommunistlər Birliyi kommunistlərin özünü idarə edən, dövlət orqanlarından, siyasi partiyalardan asılı olmayan, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və müvafiq beynəlxalq müqavilələr əsasında fəaliyyət göstərən azad, müstəqil, könüllü bir qurum olmuşdur.

Ədalət Abdinovun qeyd etdiyi kimi Azərbaycan Kommunistlər Birliyi müvafiq rəhbər orqanları olan, aşağı orqanları yuxarı orqanlarına tabe edilən təşkilatlar sistemi idi. V.İ.Leninin demokratik mərkəziyyət prinsipi rəhbər tutulur və bu birliyin məqsəd və vəzifələrinə uyğun gələn, onun bütün pillələrini səmərəli fəaliyyəti üçün şərait yaradan bir təşkilat tipini təmin edirdi.

Azərbaycan Kommunistlər Birliyinin əsas fəaliyyəti Proqram məqsədlərinin həyata keçirilməsindən ibarət idi: kommunist birliyi üzvlərinin, veteran kommunistlərin, onların ailə üzvlərinin qayğısına qalmaq; iş qabiliyyətli kommunistlərin işlə təmin etmək; birlik üzvlərinin, xüsusilə gənclərin materialist elmi dünyagörüşünə yiyələnmələrinin qayğısına qalmaq; onlara kommunist və fəhlə hərəkatının yaranması, inkişafı və hazırkı vəziyyəti barədə geniş məlumatlar vermək.

Ədalət Abdinov bu proqramın həm memarı, həm də icraçısı kimi fəaliyyət göstərir. Azərbaycan Kommunistlər Birliyinin təşkilat prinsipləri və formaları, eləcə də metodları onun öz qarşısında qoyduğu məqsəd və vəzifələrdən, istiqamətlərindən irəli gəlirdi.

Abdinov Azərbaycan Kommunistlər  Birliyinin quruluş fəlsəfəsini də açıqlamışdır: Birlik təsis olunduğu ilk gündən ərazi əlamətlərinə görə qurulur — bu cəhət Azərbaycan Kommunistlər  Birliyinin işgüzar fəaliyyəti üçün, onun üzvlərinin daha da fəallaşması üçün mühüm şərtdir. İlk təşkilatların ərazi əlamətlərinə görə qurulması Azərbaycan Kommunistlər  Birliyinin inkişafına təkan verir və cəmiyyətdə onun mövqeyinin daha da möhkəmlənməsi baxımından təkmilləşirdi.

Lakin yaranmış vəziyyət, mövcud istiqamət Azərbaycan Kommunistlər Birliyinin bazasında Azərbaycan Sosialist Hərəkatının yaranmasına gətirib çıxartdı və Ədalət Abdinov da bu real prosesə dəstək verdi.

      *    *    *

2022-cü il oktyabrın 16-da Ədalət Abdinovun rəhbərliyi ilə Azərbaycan Sosialist Hərəkatının təşəbbüs qrupu yaranmış, onlar zəruri təşkilati məsələləri həlli ilə məşğul olmuş və Hərəkatın Proqramını hazırlamışlar. Təşkilat qrupu onlara həvalə edilmiş tapşırıqları yerinə yetirdiklərinə görə Azərbaycan sosialist hərəkatının fəalları ilə birlikdə Azərbaycan Sosialist Hərəkatını təsis etmək məqsədilə 15 iyul 2023-cü ildə təsis yığıncağı keçirtdilər.

Ədalət Abdinov qeyd edir ki, Azərbaycan Sosialist Hərəkatı ölkədə kapitalizmə söykənən mövcud sosial və iqtisadi şərtlərə etiraz əlaməti olaraq meydana gəlib. Fərdlərdən daha çox cəmiyyətin gücünü qazanaraq həmin problemlərin həllini mümkün görən baxışa əsaslanan Azərbaycan Sosialist Hərəkatı sosializmin daha mülayim modeli olan Avropa modellərinə üstünlük verir.

Bolşevik modellərdə kollektivləşdirmə, liberal modellərdə isə fərd və cəmiyyət arasında konkret sərhəd əsas götürülürsə, bunların əksinə olaraq beynəlxalq sosialist modelində fərdin cəmiyyətdən ayrı olmadığına inanırlar.

Bərabərlik anlayışı sosialist ideologiyanı bir çox istiqamətdə fərqləndirir, siyasi dəyər kimi də liberlizm və mühafizəkarlıqdan tamamilə ayırır. Mühafizəkarlar ierarxiyaya inandıqlarına görə, sosial bərabərliyi mənasız hesab edirlər. Liberallar isə bərabərliyə inansalar da daha çox fürsət bərabərliyini müzakirə edirlər. Sosialistlər qeyri-bərabərliyi təbiətin onlara bəxş etməsindən daha çox cəmiyyət tərəfindən fərqli davranışların nəticəsi olduğuna inanırlar.

Ədalət Abdinovun rəhbərlik etdiyi Azərbaycan Sosialist Hərəkatı daha çox işçi sinifin hüquqlarını ön plana çıxarır və sinifsiz cəmiyyətin formalaşması üçün mübarizə aparır. Ona görə də sosialist cəmiyyətlər ya sinifsiz, ya da sinif adələtsizliklərinin əsasən olmadığı cəmiyyət kimi xarakterizə edilir.

İnsanları dostluğa, bərabərliyə, qardaşlığa, dünyada ən ədalətli cəmiyyət olan sosialist cəmiyyəti qurmaq uğrunda mübarizəyə səsləyib birləşməyə çağıran sosialistlər bərabərizliyin və rəqabətin kökünü xüsusi mülkdə görürlər. Burada xüsusi mülk deyiləndə günlük ehtiyaclar yox, sərvət və sərmayədən söhbət gedir.

Azərbaycan Sosialistlər Hərəkatının məqsədlərinin ümumi prinsiplərini, fəaliyyətinin və inkişaf istiqamətlərini müəyyən edən Proqrama uyğun onun respublikada və ondan kənarda beynəlxalq aləmdə daha geniş və səmərəli surətdə fəaliyyət göstərməsini təmin etmək üçün tədbirlər müəyyənləşdirildi.

Ədalət Abdinov çalışır ki, elə bir Hərəkat yaratsın ki, solçuluğa rəğbət bəsləyən bütün insanlar, xüsusən də gənc nəsil bu Hərəkatı özlərinin və gələcəkdə bütövlükdə azərbaycan xalqının xoşbəxt taleyini həll edə biləcək qüvvə kimi qəbul edə bilsinlər. O, inanır ki, sosialistlər əməli işi ilə buna nail olacaq.

                                                  *    *    *




Ədalət Abdinovun ictimai-siyasi fəaliyyətinin ən əhəmiyyətli qollarından biri nəzəri-ideoloji sahədədir. Azərbaycanın kommunist düşərgəsindəki ən ciddi problemlərdən biri kimi o, marksizm-leninizm nəzəriyyəsinin həyatla əlaqəsinin qırılmasını göstərir. Bunun əsas səbəbi isə bu təlim ilə bağlı nəzəri təhsilin olmamasıdır.

O, bu məsələdə Leninin öz kəlamlarına istinad edərək bildirir ki, nəzəriyyə ilə praktikanın ayrılması kapitalizm cəmiyyətindən qalmış ən böyük bəla kimi dəyərləndirilmişdir. Bu çərçivədə Ədalət Abdinov kommunistlərə çağırış edir: Kommunist şəraitin imkan verdiyi səviyyədə marksizm-leninizm nəzəriyyəsi ilə əməli fəaliyyətin qarşılıqlı əlaqəsini yaratmalıdır.

                                                                 *    *    *

Ədalət Abdinov həm də «Kommunist» adlı ictimai-siyasi internet nəşrinin yaradıcısı və rəhbəridir. Bu nəşr dünya ölkələrinin, həmçinin Azərbaycan kommunist və fəhlə partiyalarında baş verən hadisələri təqdim edir. Onlayn qəzetdə marksizm-leninizm nəzəriyyəsi, partiya quruculuğu, sosial-iqtisadi problemlər, həmkarlar ittifaqları mövzularında məqalələr yayımlanır. Saytın 2026-cı ilə qədər aktiv olması onun bu informasiya platformasını uzunmüddətli şəkildə yaşatdığını göstərir.

                                                              *    *    *

Azərbaycan Kommunist Partiyası müstəqillik illərində yarandığı gündən daxili parçalanmalar yaşadı və hər bir fraksiya özünün əsl Azərbaycan Kommunist Partiyası olduğunu iddia etdi. Abdinov da bu daxili çəkişmələrdən kənarda qalmamışdır. Partiyanın mərkəzi orqanlarından rəhbər vəzifələrdən azad edilmiş  Ədalət Abdinovun da qurultaya nümayəndə seçiləcəyindən ehtiyat edilərək bunun qarşısını almaq məqsədilə müəyyən addımlar atılmışdır. Bu fakt göstərir ki, Abdinov kommunist hərəkatının daxili siyasi mübarizəsinin fəal iştirakçısı olmuş, hakimiyyətdən kənarda qaldığı dövrdə belə mövqeyini itirməmişdir.

         *    *    *

Müasir Azərbaycanda kommunist hərəkatı son dərəcə mürəkkəb bir siyasi mühitdə fəaliyyət göstərir. Bir tərəfdən, hərəkatın rəhbərliyi beynəlxalq kommunist və fəhlə partiyaları ilə sıx əlaqələrə malikdir, lakin Azərbaycanın müstəqilliyinə qarşı deyildir. Digər tərəfdən, 4 may 2023-cü ildə partiyanın buraxıldığı ilə bağlı bəyanat yayılıb — bu isə rəsmi qeydiyyatlı kommunist strukturunun sona çatdığını göstərir.

Belə bir şəraitdə Ədalət Abdinov rəsmi partiya çərçivəsindən müstəqil olan Azərbaycan Sosialist Hərəkatı vasitəsilə fəaliyyətini davam etdirir. O, nəzəriyyəçi, təşkilatçı, nəşriyyatçı və müəllim rollarını bir şəxsdə birləşdirərək müasir Azərbaycanda sol ideoloji hərəkatın diri qalmasına çalışır. Onun fəaliyyəti, böyük siyasi nüfuzdan daha çox ideoloji davamlılıq və kiçik miqyaslı, lakin sistemli örgütlənmə üzərindədir.

Vüsal Həsənoğlu

Отправить комментарий

0 Комментарии