Recents in Beach

BÖYÜK OKTYABRIN 100 İLLİYİ ŞƏRƏFİNƏ

                             Azərbaycan Kommunistlər Birliyinin təntənəli iclası

Tarixin elə unudulmaz hadisələri vardır ki, onlar bir ölkənin hüdudlarından, bir xalqın həyatından çox-çox kənarlara çıxır, sərhədlər aşır, ölkəıər gəzir. XX əsrin başlıca hadisəsi olan Böyük Oktyabrın qələbəsi tarixin belə hadisələrindəndir.Bütün bəşəriyyətin inkişafı gedişini kökündən dəyişdirən Oktyabrın qələbəsi nəticəsində dünyada ilk sosialist dövləti meydana gəldi, yeni dövr – bəşəriyyətin kapitalizmdən sosializmə keçid dövrü başlandı.
Oktyabr Azərbaycan xalqının müqəddaratında da tarixi dönüş oldu. Bütün Şərq aləmində Azərbaycan Oktyabrın qələbəsinə ilkin səs verdi, inqilab bayrağını uca qaldırdı. Oktyabr xalqımızı həqiqətən müstəqil inkişaf yoluna, tərəqqi və yüksəliş yoluna çıxartdı. Sovet xalqları ailəsində böyük müvəffəqiyyətlər qazanan Azərbaycan xalqı sosializm quruculuğunda yeni zirvələr fəth etmişdi. Xalqın xoş rifahı tam təmin edilmişdi. Bu, Oktyabrın xalqımıza verdiyi geniş iqtisadi, siyasi və mənəvi imkanların gözəl bəhrəsi, inqilabın ən başlıca və ən mürəkkəb şüarı olan quruculuq vəzifəsinin müvəffəqiyyətlə həyata keçirilməsi idi.
Noyabrın 6-da Azərbaycan Kommunistlər Birliyinin Böyük Oktyabr sosialist inqilabının 100-cü ildönümünə həsr edilmiş təntənəli iclası oldu.
Partiya, sovet, həmkarlar ittifaqı və komsomol işində çalışmış, Sovet Ordusu və Hərbi Dəniz Donanmasında xidmət etmiş şəxslər iclasın iştirakçıları arasında idilər.
Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov yoldaş Böyük Oktyabr sosialist inqilabının 100 illiyi haqqında geniş məruzə etdi. O, qeyd etdi ki, yüz il bundan əvvəl böyük Lenin başda olmaqla bolşeviklər partiyasının rəhbərliyi altında Rusiya proletariatı üsyan qaldıraraq bütün dünya tarixində ilk qalibiyyətli sosialist inqilabını həyata keçirdi. Böyük Oktyabr dünyanı inqilabi yolla yenidən qurulması dövrünü açdı. Bəşəriyyət tarixində birinci sosialist dövləti meydana gəldi. Marksizm – leninizm ideyaları, Oktyabr ideyaları yer kürəsinin bütün guşələrində yayılaraq milyon-milyon adamın şüuruna hakim kəsilmişdir və bütün planetdə zəfərlə addımlayır.  Oktyabr yubileyini Azərbaycan xalqı ilə birlikdə bütün tərəqqipərvər bəşəriyyət də ümumdünya – tarixi əhəmiyyəti olan körkəmli hadisə kimi bayram edir.
Ədalət Abdinov məruzəsində vurğuladı ki, Azərbaycan Sovet Sosialist Respublikası Böyük Oktyabrın yetirməsi idi. Azərbaycanın fəhlə sinfinin, zəhmətkeşlərinin bütün inqilabi mübarizə tarixi Rusiyada inqilabi hərəkatla ayrılmaz surətdə bağlı idi. Bakı proletariatı ölkənin ən iri sənaye mərkəzlərinin fəhlələri ilə bir sırada mütləqiyyət üzərinə hücuma keçmişdi. Onun çarizmə, kapitalistlərin və mülkədarların hakimiyyətinə qarşı çıxışları dəfələrlə Petroqradda və Moskvada, İvanovda və Riqada, Tiflisdə və Xarkovda, başqa şəhərlərdə həmrəyliyin əks-sədası doğurmuşdu. XXəsrin əvvəllərində Bakıda meydana gələn bolşevik təşkilatı marksizm-leninizm mövqelərində möhkəm dayandı.
Petroqradda Oktyabr silahlı üsyanının qələbəsində altı gün sonra Bakıda Sovet hakimiyyəti elan edilməsi tarixi fakta toxunan Ədalət Abdinov  belə bir izahat verdi ki, Bakı proletariatı, Azərbaycan zəhmətkeşləri Zaqafqaziyada birinci olaraq sosialist inqilabı bayrağını ucaltdılar. O günlərdə Bakı Soveti İcraiyyə Komitəsinin zəhmətkeşlərə müraciəti alovlu çağırış kimi səsləndi: “Xalqın yaxşı yaşamasını, didilmiş əzab şəkmiş ölkədə əmin-amanlığın və asayişin tezliklə bərpa olunmasını istəyənlər dərhal və qətiyyətlə yeni hökumətin, Lenin başda olmaqla xalq komissarları hökumətinin tərəfinə keçməlidirlər”.
Azərbaycanın fəhlə sinfi , bolşevikləri Sovet hakimiyyətini mıhkəmlətmək uğrunda qəhrəmancasına mübarizə aparmışlar. - Ədalət Abdinov dedi. - Bakı Xalq Komissarları Soveti ilk sosialist dəyişikləri keçirməyə başladı.  Məşədi Əzizbəyovun, Alyoşa Çaparidzenin, ivan Fioletovun və adları dillərdə dastan olan digər komissarların rəhbərliyi altında Bakı kommunnası daxili əksinqilaba və xarici silahlı müdaxiləyə qarşı misilsiz mərdliklə mübarizə apardılar. Lakin qüvvələr bərabər deyildi. 1918-ci ilin iyulunda Bakıda Sovet hakimiyyəti müvəqqəti süqut etdi. Düşmənlər tərəfindən güllələnən 26 Bakı komissarı, bu cəsur kommunizm mübarizləri özlərinin bütün həyatı, mübarizəsi və hətta ölümü ilə fəhlə işinin ölməzliyini təsdiq etdilər.
Ədalət Abdinov bildirdi ki, əmək adamlarının azadlığa çıxmaq əzmini heç nə qıra bilmədi. Üsyan edən fəhlə sinfi yoxsul kəndluilərlə ittifaq bağlayıb XI Qızıl Ordunun köməyi ilə 1920-ci il aprelin 28-də Bakı üzərində, Azərbaycan üzərində həmişəlik olaraq Sovet hakimiyyəti bayrağını qaldırdı. V.İ.Lenin bu qələbəni hərarətlə alqışladı. İnqilab alovları içərisində dünyaya gələn Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan xalqının çoxəsrlik tarixində yeni səhifə açdı. Sovet hakimiyyəti Azərbaycan zəhmətkeşlərinin parlaq gələcəyini müəyyən edən başlıca tarixi amil oldu.
Gənc leninçilər iclasın iştirakçılarını təbrik etdilər. Onlar Leninin, partiyanın, Oktyabrın işinə sadiq qalacaqlarına, babalarını ləyaqətlə əvəz edəcəklərinə and içdilər.
Təntənəli iclas bağlı elan olundu. İclasın iştirakçıları kommunist himni “İnternasional” oxudular. Salonda Lenin partiyası, müstəqil Azərbaycan kommunist təşkilatı şərəfinə, sosializmin qələbəsi şərəfinə şüarlar, “Ura!” nidaları ucaldı.


Отправить комментарий

0 Комментарии