Recents in Beach

HÖRMƏTLİ YOLDAŞLAR!

Böyük Oktyabr sosialist inqilabının 100-cü ildönümü münasibəti ilə BƏRABƏRLİK, QARDAŞLIQ, KOLLEKTİVÇİLİK tərəfdarı olan bütün insanları səmimi qəlbdən təbrik edirəm.
Bu inqilab kapitalistlərin və mülkədarların hakimiyyətini devirdi, proletar diktaturası qurdu, Rusiyada, o cümlədən Azərbaycanda kapitalizmi məhv etdi, insanın insan tərəfindən istismarını, ictimai və mülli zülmü aradan qaldırdı, sosializmə yol açdı.
Uzun illər qisasçılıq, intiqam hissi ilə yaşayan fırıldaqçı beynəlxalq imperialist dairələri, "demokratiya" hiyləsi və yerli  əlaltılarının dəstəyi ilə sovet dövlətinin bəxş etdiyi ictimai mülkiyyəti fəhlənin, kəndlinin, ziyalının əlindən aldılar. Bu iyrənc prosesdən bəhrələnən möhtəkirlər, kələkbazlar  sovet adamlarının mülkiyyətini - istehsal müəssisələrini ələ keçirməklə var - dövlət sahibi oldular. Həmin haramzadə cənablar halal zəhməti ilə yaşayan insanları öz xidmətçisinə çevirdilər və kapitalizmin uçurumuna atdılar.
Oktyabr inqilabının şəfəqləri yenə də nur saçacaq, sayı gündən - günə artan yoxsulları, kasıbları, işsizləri istismarçıların mənəviyyatsızlığından, zülmündən xilas edəcək.
Yaşasın Böyük Oktyabr sosialist inqilabı!
Bayramınız mübarək, əziz yoldaşlar!

Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Bakı şəhəri, 6 noyabr 2017-ci il

Отправить комментарий

0 Комментарии