Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri

“Böyük Oktyabr Sosialist inqilabı: kommunist hərəkatının idealı, imperialist müharibəsinə qarşı canlanma, sülh, sosializm uğrunda” devizi ilə 2-3 noyabr 2017-ci ildə Sankt – Peterburq şəhərində beynəlxalq kommunist və fəhlə partiyaların 19-cu müşavirəsi keçirilmişdir. Dünyanın 103 ölkəsinin, o cümlədən Rusiya Federasiyasının 85 subyektinin kommunist və fəhlə partiyaların rəhbər təmsilçilərin iştirak etdiyi tədbirdə Azərbaycan Kommunist Partiyası təəccüb obyektinə çevrilmişdir.
Beynəlxalq müşavirənin tribunasına çıxış etmək üçün iki nəfər – Rauf Qurbanov və Telman Nurullayev çıxıb və özlərini Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi təqdim ediblər. Bizim dillə desək, qızın iki adaxlısı peyda olub. Belə deyək, ümumi qaydadan kənar vəziyyət yaranıb. Yəni iki nəfərin bir partiyanın sədri kimi dəvəti özü də anormal haldır, hərgah ki, biz buna inanmaq istəməzdik. Tribunada Azərbaycanda kommunist hərəkatı ilə bağlı eyni fikri təkrar edən bu kəslərin hansı yollarlasa beynəlxalq tədbirin qapısından içəri keçməsi bizə məlum deyil. Ancaq respublikanın bir kommunist partiyasının başçısı qismində iki adamın təqdimatı müşavirə iştirakçıları üçün gözlənilməz, qəribə və anlaşılmaz olub, hətta bəzi əcnəbi nümayəndələrin rişxəndi də istisna olunmur. BIR Kommunist Partiyasının İKİ sədrindən hansının vəzifə səlahiyyətinin saxta olması beynəlxalq müşavirə iştirakçıların nəzərindən yayınmayıb.
Beynəlxalq müşavirədə Azərbaycan Kommunist Partiyasının nüfuzu baxımından siyasəti vəziyyətlə əlaqləndirmək zəruriyyətinə əhəmiyyət verməyən hər iki səlahiyyətsiz şəxsin mötəbər tribunada rəhbər iddiasında bulunması ölkə kommunistlərin maraqlarına ziddir. Bu, həm də beynəlxalq kommunist və fəhlə hərakatın tərkib hissəsi kimi Azərbaycan Kommunist Partiyasının mütərəqqi qüvvələrinin son vaxtlar bütövlük və vəhdətlik istiqamətindəki çalışmalarına növbəti zərbədir.
Beynəlxalq siyasi səhnədə "kommunistlərimizin" bu məzhəkəsi bağışlanmazdır, Azərbaycan Kommunist Partiyasının nüfuzuna xələl gətirdiyi üçün cavabdehlik məsuliyyəti yaradır.
0 Комментарии