Recents in Beach

PARTİYADAN QOVULMUŞ ŞƏXSİ AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ RƏHBƏRİ KİMİ TƏQDİM EDƏN RUSİYA KOMMUNİSTLƏRİ KOMMUNİST PARTİYASINA ETİRAZ EDİLMİŞDİR

25 oktyabr 2017-ci ildə Rusiya Kommunistləri Kommunist Partiyasının təşəbbüsü ilə Moskvada keçirilən beynəlxalq konfransda Azərbaycandan T.Nurullayev adlı birisinin respublika partiya təşkilatının birinci katibi kimi təqdim edilməsi Azərbaycan kommunistlərin haqlı narazılığına və hiddətinə səbəb olmuşdur. Rusiya kommunistləri Kommunist Partiyasının bu yalançı təqdimatı ilə bağlı Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Rusiya Kommunistləri Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri M.A.Suraykinə etiraz məktubu göndərmışdır. Həmin məktubu sizə təqdim edirik:

RUSİYA KOMMUNİSTLƏRİ KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN SƏDRİ MAKSİM ALEKSANDROVİÇ SURAYKİNƏ

Yoldaş Maksim Aleksandroviç!
25 oktyabr 2017-ci ildə Sizin partiyanın təşkilatçılığı ilə keçirilmiş Böyük Oktyabr Sosialist inqilabının 100 illiyinə həsr olunmuş beynəlxalq konfaransda bizə məlum olmayan səbəblərdən peyda olmuş T.Nurullayev adlı birisinin Azərbaycan kommunistləri adından yalan danışması bizi çox təəccübləndirdi.
T.Nurullayev təxribatçı əməllərinə görə Azərbaycan Kommunist Partiyasının 26 oktyabr 1996-cı il tarixli qurultayının qərarı ilə partiyadan qovulmuşdur. Bundan sonara o, hansı yollarlasa partiya biletləri əldə etmiş və kiçik bir qrup yaratmaqla Azərbaycan Kommunist Partiyasını nüfüzdan salan nalayiq əməllərlə məşğul olmuşdur.
Dövlət qeydiyyatından keçmədiyi halda rəhbərlik etdiyi qrupun ( partiya yox, qrup) guya Ədliyyə Nazirliyində partiya kimi qeydiyyatdan keçməsi barədə kommunistləri aldatdığına, müxtəlif fırıldaqçı, saxta əməllərinə və kommunist əxlaqı normalarına riayət etmədiyinə, nüfuz və etimadı tam itirdiyinə görə T.Nurullayev 16 iyul 2017-ci ildə uçotda durduğu Xətai rayon partiya təşkilatının ümumi ylğıncağının qərarı ilə ikinci dəfə partiyadan xaric edilmişdir. Qanunsuz fəaliyyəti ilə Azərbaycan Kommunist Partiyasının adını mənimsədiyi üçün hazırda məhkəməyə verilir.               
T.Nurullayev yerli burjuaziyanın və onların ideoloji daşıyıcılarının həyəcanına səbəb olmuş 20 sentyabr 2017-ci ildə Sovet Azərbaycanın inqilab tarixinin qəhrəmanlıq səhifəsi olan 26 Bakı komissarların məzarını ziyarət etmiş Azərbaycan kommunistlərin əlehinə gülünc bəyanat verməklə antikommunist müsavatçılarla həmrəy olmuş və onlara havadarlıq etməklə, dəstək verməklə kommunist ideallarına xəyanət etmişdir.                                                                                   
Partiyadan biabrcasına qovulmuş və kommunistlərin adından danışmaq səlahiyyəti olmayan bir adamın mötəbər konfransda iştirak etməsi və orada onun yalan danışmasına imkan verilməsi Azərbaycan kommunistlərinin haqlı narazılığına, hiddətinə, qəzəbinə və etirazına səbəb olmuşdur.                                                                       
Rusiya Kommunistləri Kommunist Partiyasının Azərbaycan kommunistlərin mənafeyinə toxunan və ikitərəfli münasibətlərə xələl gətirən bu cür qəbuledilməz əmələ gələcəkdə yol verməyəcəyinə ümid edirik.
Yoldaşlıq salamı ilə,
Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Bakı şəhəri, 3 noyabr 2017-ci il.

Отправить комментарий

0 Комментарии