Recents in Beach

TARİXDƏ TARİXİ YARADAN ƏBƏDİDİR!

21 DEKABR - İOSİF VİSSARİONOVİÇ STALİNİN DÖĞUM GÜNÜDÜR. 

Sosializm böyük cənnətdir, kapitalizm isə böyük cəhənnəmdir. 
Rəhbər Stalin  fəhlə və kəndlilər üçün, zəhmətkeşlər üçün, o cənnəti yaratmağı bacardı.
Stalin istismarçı ağaların çürük inamına, idrakına, əxlaqına, iradəsinə qarşıydı.  
Buna görə də onlar  Stalinin qətiyyətindən, yenilməzliyindən dəhşətli dərəcədə qorxurdular. 
Stalin əməli, sadəliyi, halallığı, düzgünlüyü ilə sovet xalqın müqəddəs mənliyini, vüqarını, ləyaqətini qorumağı bacarırdı.
Kommunistlik Stalinin qəlbində, ağlında,  ruhunda yaşayırdı. Bu da onda dünyanı əyənlərə əyilməmək inadı yaradırdı.
Stalin kommunist olaraq yağılarla açıq döyüşürdü, kapitalistlər isə yağı olaraq gizli.
Stalin - kapitalizm təzadı əbədidir.
Misilsiz böhtanlara məruz qalıb Stalin.
Müqəddəs mübarizəsini  qatillik, qəddarlıq,  quldurluq kimi təqdim ediblər.
Çünki oğrular, ataları, babaları satqınlar, xalq malını talayanlar Stalindən qorxublar, qorxurlar və qorxacaqlar.
Əvvəl özündən, sonra xatirəsindən, indi də ruhundan qorxurlar.
Və sonda,  böyük şairimiz Səməd Vurğunun 1936-cı ilin yanvar ayında yazdığı, həmin ildə Moskvada, Kreml sarayında Sovet Azərbaycanı nümayəndələrinin partiya və hökumət rəhbərləri tərəfindən qəbulunda şairin özü tərəfindən oxunmuş  "Rəhbərə salam" şerini qədirbilən oxuculara təqdim edirəm.

                                                                                                                                       ƏDALƏT ABDİNOV



         Rəhbərə salam

Bakının sayrışan ulduzlarından,
Çadrasız, boyasız el qızlarından,
Uçan durnaların xoş avazından,
Bizim aşıqların simli sazından,
Şərqin qapısında yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinələrdən!..

Sənsən ustadına hörmət bəsləyən,
Həyatı bir yeni günə səsləyən,
Hər sözün başında bir tarix yazan,
Körpə uşaqları bağrına basan;
Bir ana qəlbi var polad köksündə,
Doğuldun səhərin güldüyü gündə,
Mən də bir əsgərəm sənin yolunda!
Əyilmək bilməyən polad qolunda
Milyon ürəklərin bir nəbzi vurur...
Tarixdə tarixi yaradan durur.
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinələrdən!..

Xoşbəxt anaların layla səsində,
Axşam sularının zümzüməsində
Bir yeni dünyanın nəşidəsi var,
Yaslı köynəyini soyundu dağlar.
Əridi mum kimi düzlərin qarı,
Gül açdı güləndə zəhmətin barı.
Söndü həmişəlik məclis şamları
Yazıq anaların dərd axşamları...
Artıq nə tanrı var, nə cin, nə şeytan,
Nə yumruq, nə qamçı, nə nökər, nə xan.
Bu günkü insanın tunc əllərindən,
26-ların heykəllərindən
Salam gətirmişəm hüzuruna mən,
Bu gündən, gələcək qərinələrdən!..

Açıldı hər günün, ilin çiçəyi,
Şirvanın, Muğanın, Milin çiçəyi...
Qızıl don geyinir bu dağ, bu aran,
Portağal yetirir bizim Lənkəran;
Söylənir Şəkinin ipək malları,
Quba xalçasının qara xalları.
Hər daşın altında bir mədənim var,
Adınla fəxr edən bir Vətənim var!..

Ulduzlar dağılıb yerə saçılsın,
Kremlin qapıları Şərqə açılsın,
Bizimdir bu həyat, bu yer, bu hava;
Bax, bu qızıl Bakı, qızıl Moskva
Bir cüt oğul kimi gedir yanaşı,
Gedir karvanımız günəşə qarşı...
Sənə bü günəşdən, qüvvətdən salam,
Şerdən, ilhamdan, sənətdən salam!
Stalin! Adında oxunan qüdrət,
Demirəm adi bir şöhrət səsidir,
Sənin gözlərində yaşayan qüvvət
Ellərin ölməyən iradəsidir...

Отправить комментарий

0 Комментарии