Recents in Beach

AZƏRBAYCAN KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN PLENUMU HAQQINDA MƏLUMAT

23 dekabr 2018-ci ildə Azərbaycan KP MK-nin Azərbaycan KP-nin Nəzarət – Təftiş Komissiyası ilə birgə plenumu keçirilmişdir.
Plenumda:
I. Azərbaycan Kommunist Partiyasının bərpasının 25 illik yubileyi barədə;
II. 23-25 noyabr 2018-ci ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Beynəlxalq Kommunust və fəhlə partiyaların 20-ci yubiley müşavirəsinin yekunları və Azərbaycan kommunistləri qarşısında duran vəzifələr;
III. Cari məsələlər –
müzakirə edilmişdir.
Plenumun gündəliyində duran məsələlərlə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi yoldaş T.B.Nurullayev geniş məruzə etdi. O, bildirdi ki bu gün fəaliyyət göstərən partiyamız 98 il öncə yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Bu plenumda iştirak edənlərin təmsil olunduğu Azərbaycan Kommunist Partiyası varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın sosializmə doğru yolunda çox işlər görübdür.
Yoldaş T.B.Nurullayev Azərbaycan kommunistlərini təmsil etdiyi 23-25 noyabr 2018-ci ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Beynəlxalq Kommunust və fəhlə partiyaların 20-ci yubiley müşavirəsindən irəli gələn vəzifələr barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ümumdünya kommunist müşavirələri kimi iş forması - aktual vəzifələri kollektiv müzakirə etməyin və ümumi fəaliyyətin vahid platformasını kollektiv surətdə işləyib hazırlamağın mühüm vasitəsinə çevrilmişdir. Və göstərdiyiniz böyük etimada əsasən mənim nümayəndəliyimlə Azərbaycan Kommunist Partiyası da bu mühüm prosesdə aktiv iştirak edir.
Məruzə ətrafında Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi R.Cəfərov, Masallı Rayon Partiya Komitəsinin birinci katibi N.Fətullayev, Lənkəran Rayon Partiya Komitəsinin fəal kommunisti A. Əliyev, Sumqayıt Şəhər Partiya Komitəsinin katibi A.Zeynalov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü M.Qafarov, Sovet Zabitlər İttifaqı Azərbaycan Bölməsinin sədri F.Bağırov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi B.Hacıyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi R.Həsənov və Azərbaycan Kommunist Partiyasının Nəzarət Təftiş Komissiyasının sədri Ş.Rzayev yoldaşlar  çıxış etmişlər.
Plenumun gündəliyinə çıxarılmış məsələlərlə bağlı müvafiq qərar qəbul edilmişdir.
Azərbaycan Kommunist Partiyasının bərpasının 25 illik yubileyi ilə bağlı bir qrup partiya fəalı Azərbaycan Kommunist Partiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Partiya Komitəsinin üzvü, partiya veteranı  A.Qorbaçov yüksək mükafata -  “Lenin” ordeninə layiq görülmüşdür.
Plenum partiya sıralarını ən layiqli, mətin, mübariz gənclər hesabına artırılması ənənəsinə də xüsusi önəm vermişdir. Belə gənclərdən biri - Y. Cəfərov Azərbaycan Kommunist Partiyasının sıralarına qəbul edilmiş və ona partiya bileti təqdim olunmuşdur.
Bununla da plenum öz işini başa çatdırmışdır.

"Kommunist" internet qəzeti









Отправить комментарий

0 Комментарии