Recents in Beach

Hüseyn Həsən oğlu Həsənov


Azərbaycan Kommunist Partiyasına ağır itki üz vermişdir. Partiyanın Mərkəzi Komitəsinin büro üzvü, veteran kommunist Hüseyn Həsən oğlu Həsənov 5 dekabr 2019-cu ildə ağır xəstəlikdən sonra vəfat etmişdir.
Hüseyn Həsən oğlu Həsənov  21 aprel 1955-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Qafan şəhərində anadan olmuşdur. 1971-ci ildə Qafan şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş, Ə.Qarayev adına neft emalı zavodunda fəhlə, operator köməkçisi işləmişdir. 1976-cı ildə Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Sov.İKP XXII qurultayı adına neft emalı zavodunda operator vəzifəsində çalışır. İstehsalatdan ayrılmadan Bakı Neft Texnikumunu bitirib.
1993-cü ilə qədər "Azərneftyağ" İstehsalat Birliyində çalışmış, 1995-1996-cı illərdə "Azəri-Türk" Toxuculuq Fabrikində nəzarət şöbəsinin rəisi, 1999-2000-ci illərdə Nərimanov Rayon Mənzil Təsərrüfatı Birliyində texnik, 2003-2007-ci illərdə Volodarski toxuculuq kombinatının mühafizə xidmətində briqadir köməkçisi işləmişdir. 2007-ci ildən ömrünün sonuna qədər Nizami Rayon Statistika İdarəsində texniki işçi vəzifəsində çalışmışdır.
1975-ci ildən Sov.İKP üzvüdür. 1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunsa da, 2011-ci ildə bu partiyanı tərk etmiş, Kommunist Partiyasına bərpa olunmuşdur. 
Kommunist Hüseyn Həsənov sovet dövründə iki çağırış Xətai (Şaumyan) Rayon Xalq Deputatları Sovetinin deputatı, 1983-cü ildə Bakı şəhər XDS-nin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Xətai (Şaumyan) Rayon Komitəsinin  üzvü kimi ona yüksək etimad göstərilib. Əmək sahəsində göstərdiyi yüksək xidmətlərinə görə 1980-cı ildə "Lenin yubiley medalı" ilə təltif edilib.
Əqidəli kommunist Hüseyn Həsənov Sov.İKP-mnin təsis etdiyi bir sıra orden və medallar ilə təltif olunmuş, dəfələrlə müstəqil Azərbaycan Kommunist Partiyasının Fəxri Fərmanlarına və Diplomlarına layiq görülmüşdür.
Sədaqətli leninçi, prinsipial kommunisHüseyn Həsən oğlu Həsənovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. 
Allah rəhmət eləsin!

Telman Nurullayev, Ədalət Abdinov, Əlqəmə Orucov, Rəhim Həsənov, Şıxbaba Rzayev, Baxşəli Hacıyev, Gülnisə Mənsimova, Kəmalə İbrahimova, Rza Cəfərov, Malik Qafarov, Nizami Fətullayev, Rəcəb Xanlarov, Mübariz Əsgərov, Vüsal Vəliyev, Fərhad Şükürov





Отправить комментарий

0 Комментарии