Ədalət
Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Yunanıstan
Kommunist Partiyasının təşəbbüsü ilə Brusseldə, Avropa Parlamentinin binasında
“ Avropa kommunist və fəhlə partiyaları kapitalizmin vəhşiliyinə, antikommunizmə,
tarixin saxtalaşdırılmasına qarşıdırlar” mövzusunda kommunistlərin ənənəvi beynəlxalq
Avropa Görüşü keçirilmişdir. Tədbirdə 32 ölkənin 38 kommunist və fəhlə
partiyaların nümayəndəsi iştirak etmişdir.
Beynəlxalq
tədbirdə sağ-mərkəzçi, opportunist təşkilat olan Rusiya Kommunist Partiyasını təmsil
edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Denis Parfenov öz çıxışında
Ermənistanda Ter - Arutyunyan (Njde) və Azərbaycanda Məmməd Əmin Rəsulzadəyə
abidə qoyulmasını tarixin saxtlaşdırılması kimi qiymətləndirib və hər ikisini
faşizmin cinayətkarı adlandırıb.
Rusiyalı
kommunist deputatın vətənlərində abidəsi qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin
banilərindən biri Məmməd Əmin Rəsulzadəni faşistlərə xidmət etmiş, Üçüncü
Reyxin əməkdaşı, qatil Ter-Arutyunyan (Njde) ilə beynəlxalq tədbirdə müqayisə
etməsi yersizdir, Azərbaycanın tarixi şəxsiyyətinə qarşı qərəzli münasibətdir. Bununla əlaqədar Avropa Kommunistlərin Beynəlxalq
Görüşünün İşçi Qrupuna və deputat Denis Parfenovun təmsil olunduğu RFKP-nın sədrİ,
Rusiya Dövlət Dumasında kommunist fraksiyasının rəhbəri G.A. Züqanova etiraz məktubu
göndərmişəm.
Məmməd Əmin
Rəsulzadə 114-cü Dromedar oberqrupun qatı cinayətkar fəalı Ter-Arutyunyan
(Njde) kimi agent toplayıb onların təxribat hazırlığında və pozucu fəaliyyət
üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak etməyib. Məmməd Əmin Rəsulzadə
daşnak ordusunun keçmiş generalı Ter-Arutyunyan (Njde) kimi Avropanın yəhudi əhalisinə
qarşı Holokostda iştirak etməyib.
Məmməd Əmin
Rəsulzadə demokratik, humanist, insanvərvər ictimai xadim olub, Ter-Arutyunyan (Njde) isə insan qanına
susamış amansız cinayətkardır.
Hitler
Almaniyası ilə əməkdaşlıq edən faşist cəlladı, satqın Ter- Arutyunyana (Njde)
Yerevanda heykəl qoyulması nasizmin, faşizmin və ekstrezmin Ermənistanda təzahürüdür.
Məmməd Əmin
Rəsulzadənin Hitlerlə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, Hitler
millətçi idi və o insanları müxtəlif irqlərə bölürdü. M.Ə.Rəsulzadə isə bu irqi
ayrı-seçkiliyin əlehinə idi. Bundan əlavə M.Ə.Rəsulzadə Hitlerin Qafqazla, Azərbaycanla
bağlı fikirləri ilə tanış olandan sonra onun təkliflərini rədd etmişdir. M.Ə.Rəsulzadə
Hitlerin yəhudilərə amansız münasibətini açıq-aşkar pisləyirdi. Faşistlər qatil
ter-arutyunyanların əli ilə min beş yüz azərbaycanlı güllələyəndən sonra
onların yəhudi olmadığını bilmişlər. Bu cür vəhşiliyin qarşısının alınmasını
M.Ə.Rəsulzadə Hitlerin Şərq Nazirliyinin Qafqaz şöbəsinin rəhbəri von Mendedən
tələb etmişdir. M.Ə.Rəsulsadənin bu haqlı etirazından sonra azərbaycanlıların yəhudi
adı ilə güllələnməsinin qarşısı alınmışdır.
Məmməd Əmin
Rəsulzadəyə doğma vətəni Azərbaycanda abidə qoyulması onun haqqıdır.
Ter-Arutyunyan (Njde) kimi insan qatilinə, qanlı əməllər sahibinə Ermənistanda abidə qoyulması qatı cinayətkarla
əlbir olmaq deməkdir. Rusiyalı kommunist deputat Denis Parfenov Avropa
Parlamentinin tribunasından bu fərqi beynəlxalq ictimaiyyətə çatdırmalı idi.
0 Комментарии