Recents in Beach

Xaçmazda Nəriman Nərimanovun abidəsinin qayğıya ehtiyacı var

Gələn il xalqımız Sovet Sosialist Respublikaları İttifaqının yaradılmasına partiyanın iradəsi ilə çoxlu əmək və inqilabi qüvvə sərf etmiş olan bir insanın, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin ilk sədrlərindən birinin, V.İ.Leninin şagirdi və silahdaşı Nəriman Nərimanovun anadan olmasının 150 illiyini təntənəli surətdə qeyd edəcəkdir. Azərbaycanın bir sıra şəhər və rayonlarında Nəriman Nərimanovun abidəsi ucalır. Belə abidələrdən biri də Xaçmaz rayonunun Dədəli kəndində yerləşir. Abidənin qayğıya, ətrafının səliqə-sahmana salınmasına ehtiyacı var. Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov bununla əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Elnur Rzayevə məktubla müraciət etmişdir: Məktubda deyilir:
"Xaçmaz rayonunun Dədəli kəndində, keçmiş N.Nərimanov adına sovxozun idarə binasının bağında Azərbaycan xalqının görkəmli ictimai, siyasi və dövlət xadimi, sovet hakimiyyəti dövründə özünəməxsus siyasi düşüncəyə malik, SSRİ MİK-in ilk sədrlərindən biri, fəaliyyəti müxtəlif illərdə fərqli qiymətləndirilən, tariximizdə silinməz iz buraxan Nəriman Nərimanovun abidəsi durur. Nəriman Nərimanovun Azərbaycanın tarixində tutduğu, layiq olduğu yeri müəyyən edilməsinə ən dəyərli qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Nəriman Nərimanovun 100 illik yubiliyi ərəfəsində Bakının ən görkəmli yerində o vaxt da, elə indi də keçmiş İttifaqın və indi də MDB məkanında ən hündür və nəhəng heykəlin ucaldılması bu böyük şəxsiyyətin tarixi xidmətlərinə Heydər Əliyevin verdiyi yüksək dəyərdir. Bu, həm də Heydər Əliyevin Nəriman Nərimanovun xalqımızın tarixindəki xidmətlərini azaltmağa çalışan müxtəlif millətlərdən və əhali kateqoriyasından olanlara qarşı ən kəskin cavabdır. Gələn il Azərbaycan xalqı sevimli oğlu Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyini təntənə ilə qeyd edəcəkdir. Xaçmaz rayonunda qeyd etdiyim abidənin qayğıdan uzaq olması, baxımsız qalması isə təəssüf doğurur. Ümid edirəm ki, rayon icra hakimiyyəti Nəriman Nərimanovun Dədəli kəndindəki abidəsi ilə bağlı müvafiq tədbirlər görəcəkdir".








Отправить комментарий

0 Комментарии