Dekabrın 21-i sovet xalqının əbədi ideri
İ.V.Stalinin anım günüdür. Dahi Stalinin
anım günü dünya xalqları tərəfindən böyük ehtiramla yad edilir. Sovet dövrünün
tarixini bilən dünya azərbaycanlıları da harada yaşamasından asılı olmayaraq
Stalinin xatirəsinə ehtiram göstərirlər.
Stalin sosializmi seçmək istəyən xalqlar
üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik
yolu qoyub. Bəşəriyyətin kapitalizm vəhşiliyindən
xilas olmağın yeganə yolu Stalin yoludur. Stalin elə böyük şəxsiyyətdir ki,
onun sovet xalqları üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün
deyil. Onun Azərbaycan xalqı qarşısında da xidmətləri çoxdur. Onun nəhəng fəaliyyəti,
zəngin irsi müasir gənc nəslə mütləq çatdırılmalıdır.
Stalin SSRİ-nin çox ağır illərində hakimiyyətə
gəlmişdi. Ancaq onun hakimiyyətə gəlişi sovetlər birliyinin həyatında dönüş
nöqtəsi oldu. Stalinin misilsiz xidmətləri nəticəsində SSRİ dünya ölkələri
arasında öncül yerə yüksəldi. Böyük bir
ölkənin iqtisadi, ideoloji və kadr
bazasını formalaşdırdı və möhkəmləndirdi. Stalinin fəaliyyəti bir daha təsdiqlədi
ki, tarixdə şəxsiyyətin rolunu heç kim inkar edə bilməz. Ali Baş Komandan kimi
Stalinin rıhbərliyi ilə işğalçı alman faşizmi üzərində qələbə qazandıq. SSRİ xışdan atom bombası olan bir ölkəyə
çüvrildi. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət ən yüksək səviyyədə
inkişaf etdi. SSR-nin misilsiz tərəqqisi kapitalist ölkələrini kölgədə qoydu.
Stalin ölməz marksizm-leninizm klassiklərindən
bəhrələnərək sosializmin təməl prinsiplərini yarada bildi. Müasir mərhələdə
sosializm nüvəsi dəyişilməz olan həmin prinsiplər əsasında qələbə çalmağa
qabildir.
Bu gün Stalinin dövlət idarəçiliyində siyasi
varislik prinsipinin nəzərə almamasından çox danışılır. Stalindən sonra sovet
dövlətinin təməl prinsiplərini kim davam etdirəcək idi? Hesab edirəm ki, Stalin
sağlığında bunu müəyyənləşdirməli idi. Varislik prinsipi qorunsaydı sovet cəmiyyətində
təbəddülatlar da son anda baş verməzdi.
Azərbaycan kommunistləri Stalinin əziz xatirəsini
həmişə yad edir və bundan sonra da yad edəcəkdir.
Ədalət Abdinov
0 Комментарии