Recents in Beach

Xilasımız Stalin yoludur!



Dekabrın 21-i sovet xalqının əbədi ideri İ.V.Stalinin  anım günüdür. Dahi Stalinin anım günü dünya xalqları tərəfindən böyük ehtiramla yad edilir. Sovet dövrünün tarixini bilən dünya azərbaycanlıları da harada yaşamasından asılı olmayaraq Stalinin  xatirəsinə ehtiram göstərirlər.
Stalin sosializmi seçmək istəyən xalqlar üçün  böyük bir  siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu  qoyub. Bəşəriyyətin kapitalizm vəhşiliyindən xilas olmağın yeganə yolu Stalin yoludur. Stalin elə böyük şəxsiyyətdir ki, onun sovet xalqları üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Onun Azərbaycan xalqı qarşısında da xidmətləri çoxdur. Onun nəhəng fəaliyyəti, zəngin irsi müasir gənc nəslə mütləq çatdırılmalıdır.
Stalin SSRİ-nin çox ağır illərində hakimiyyətə gəlmişdi. Ancaq onun hakimiyyətə gəlişi sovetlər birliyinin həyatında dönüş nöqtəsi oldu. Stalinin misilsiz xidmətləri nəticəsində SSRİ dünya ölkələri arasında öncül yerə yüksəldi.  Böyük bir ölkənin iqtisadi, ideoloji və  kadr bazasını formalaşdırdı və möhkəmləndirdi. Stalinin fəaliyyəti bir daha təsdiqlədi ki, tarixdə şəxsiyyətin rolunu heç kim inkar edə bilməz. Ali Baş Komandan kimi Stalinin rıhbərliyi ilə işğalçı alman faşizmi üzərində qələbə qazandıq.  SSRİ xışdan atom bombası olan bir ölkəyə çüvrildi. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət ən yüksək səviyyədə inkişaf etdi. SSR-nin misilsiz tərəqqisi kapitalist ölkələrini kölgədə qoydu.
Stalin ölməz marksizm-leninizm klassiklərindən bəhrələnərək sosializmin təməl prinsiplərini yarada bildi. Müasir mərhələdə sosializm nüvəsi dəyişilməz olan həmin prinsiplər əsasında qələbə çalmağa qabildir.
Bu gün Stalinin dövlət idarəçiliyində siyasi varislik prinsipinin nəzərə almamasından çox danışılır. Stalindən sonra sovet dövlətinin təməl prinsiplərini kim davam etdirəcək idi? Hesab edirəm ki, Stalin sağlığında bunu müəyyənləşdirməli idi. Varislik prinsipi qorunsaydı sovet cəmiyyətində təbəddülatlar da son anda baş verməzdi.
Azərbaycan kommunistləri Stalinin əziz xatirəsini həmişə yad edir və bundan sonra da yad edəcəkdir.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии