Recents in Beach

Azərbaycan Kommunist Partiyası Sabunçu rayon təşkilatı təsis edilmişdir

27 noyabr 2020-ci ildə Azərbaycan Kommunist Partiyası Sabunçu rayonu üzrə təsis – bərpa yığncağı keçirilmişdir.

Yığıncağa Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin birinci katibi Telman Nurullayev, Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin sosial – iqtisadi  məsələləri üzrə katibi Baxşəli Hacıyev və “Kommunist” onlayn qəzetinin baş redaktoru Ədalət Abdinov dəvət edilmişdir.

Yığıncağın aparılması Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinə həvalə edilmişdir.

Yığıncağın gündəliyinə:

1.    Azərbaycan Kommunist Partiyası ilk təşkilatının vəzifələri

2.     Təşkilati məsələlər

3.     Cari məsələlər

 – daxil edilmişdir.

Birinci məsələ ilə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin birinci katibi Telman Nurullayev məruzə etmişdir. O qeyd etmişdir ki, ilk partiya təşkilatları partiyanın çox mühüm pilləsidir. Məhz ilk partiya təıkilatları partiyanın bütün daxili həyatını, çoxcəhətli fəaliyyətini güzgü kimi əks etdirir. Azərbaycan Kommunist Partiyasının Nizamnaməsində deyilir ki, ilk partiya təşkilatları partiyanın əsasıdır. İlk partiya təşkilatları elə dayaq nöqtələridir ki, partiya onların vasitəsilə faydalı ünsiyyətdə olur. İlk təşkilatlar kommunistləri və bütün zəhmətkeşləri sıx birləşdirməli, təşkil etməli və sosializm quruculuğuna nail olmaq üçün istiqamətləndirməlidir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin sosial – iqtisadi  məsələləri üzrə katibi Baxşəli Hacıyev bildirmişdir ki, ilk partiya təşkilatında  rəhbər və sıravi kommunistlərin hüquqları eynidir. Nizamnamə tələblərini yerinə yetirmək onların hamısı üçün məcburidir. Partiyaya qəbul ilk partiya təşkilatlarında olur, onlar partiya üzvlərinə və namizədlərinə bilavasitə rəhbərlik və nəzarət edirlər. Onların vəzifələrindən biri də kommunistləri yaradıcı fəallıq ruhunda, ictimai borcu dərindən dərk etmək ruhunda tərbiyələndirməkdən ibarətdir. Məhz burada, ilk partiya kollektivində kommunist partiyanın ideyalı, şüurlu və fəal döyüşçüsü kimi yetişir və mətinləşir.

İkinci məsələnin müzakirəsi zamanı Azərbaycan Kommunist Partiyası tərkibində Sabunçu rayonu üzrə ilk partiya təşkilatın təsis olunması səs çoxluğu ilə qəbul olunmuşdur.

Təşkilata cari dövrdə rəhbərlik üçün tərkibi  üç nəfərdən ibarət – Xəyal Əsgərov, Reyhan Rüstəmqızı və Nuranə Abuşovadan ibarət   büro  üzvləri seçilmişdir.

Səs çoxluğu ilə Xəyal Raqif oğlu Əsgərov Azərbaycan Kommunist Partiyası Sabunçu rayon təşkilatının katibi seçilmişdir.

Rəbiyyə İbrahimova Azərbaycan Kommunist Partiyası Sabunçu rayon təşkilatının Nəzarət – təftiş komissiyasının sədri seçilmişdir.

Xumar Rüstəmova

 








Отправить комментарий

0 Комментарии