Recents in Beach

Sabunçu kommunistləri beynəlxalq əlaqələri möhkəmləndirir


Partiya quruculuğunun öyrənilməsi partiyanın fəaliyyətindəki varisliyi, onun keçmişini və indiki təcrübəsinin qırılmaz əlaqəsini yaxşı başa düşməyə, işin perspektivlərini daha aydın görməyə imkan verir. Elə bir iş forması və metodu yoxdur və ola da bilməz ki, o bütün dövrlər və şəraitlər üçün yararlı ola bilsin, bu forma və metodların seçilməsi konkret tarixi şəraitdən və yerinə yetirilməli olan vəzifələrin xarakterindən asılıdır. Bu və digər mühüm məsələlərlə bağlı Azərbaycan Kommunist Partiyası Sabunçu Rayon Komitəsinin birinci katibi Xəyal Əsgərov müxbirimizə demişdir:

- Sabunçu rayonunun əsası 1920-ci ildə sovet hökuməti tərəfindən qoyulmuşdur. Rayon 1992-ci ilə qədər proletariatın dahi rəhbəri Leninin adını daşımışdır. 29 aprel 1992-ci ildə isə Azərbaycanda hakimiyyəti ələ keçirmiş liberallar tərəfindən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır.

244.3 km² ərazini əhatə edən Sabunçu rayonunda rəsmi məlumata əsasən isə qeydiyyatda olan əhalinin sayı 243000 nəfərdir. Bunların arasında Kommunist Partiyasının biletini göz bəbəyi kimi qoruyan, eyni zamanda gənclər arasında kommunist yönümlü insanlar çoxdur.

1992-ci ildən 2020-ci ilin noyabr ayının 27-nə qədər Sabunçu rayonunda kommunistlərin real təşkilatı olmamışdır. Və yaxud olubsa da, nə rayon əhalisinin, nə də respublika ictimaiyyətinin bundan xəbəri yoxdur. Mətbuatdan yayılan məlumatdan bilirsiniz ki, kommunist əqidəli insanların istəyi və arzusu ilə Azərbaycan Kommunist Partiyası Sabunçu rayon təşkilatı fəaliyyətə başlamışdır. Hazırda rayonun Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran və Bilgəhq qəsəbələrində təşkilatın özəkləri yaranmaqdadır.

Bütün bunlarla yanaşı, Sabunçu rayon təşkilatının beynəlxalq əlaqələri də nizamlanır. Tanınmış kommunist Ədalət Abdinovun köməkliyi ilə Rusiya Kommunistləri Kommunist Partiyasının Tver Vilayətinin Proletar Rayon Komitəsinin rəhbərliyi ilə video-formatda görüşümüz olmuşdur. Beynəlxalq kommunist təşkilatları ilə səmərəli görüşlərimiz davam edəcəkdir.                                                                                                                                Kommunist Partiyasının keyfiyyət tərkibi ğz-özünə, necə deyərlər, özbaşına axın qaydası ilə yaxşılaşa bilməz. Bu tərkib partiya təşkilatlarının və onların rəhbər orqanlarının, kommunistlərin planlı və fəal işi sayəsində yaxşılaşır. Hesab edirəm ki, adamları partiyaya fərdi qaydada seçib qəbul etmək prinsipinə ciddi əməl edilməsi bunun üçün məcburi şərtdir. Düzdür Nizamnamə yüksək kommunist adına layiq olmayan adamların partiya sıralarına soxulmasından partiyanı qorumağı Azərbaycan Kommunist Partiyasının hər bir üzvünün qarşısına bir vəzifə olaraq qoyur. Mənim təmsil etdiyim və yoldaş T.Nurullayevin rəhbərlik etdiyi partiya öz sıralarını artırmaq üçün elə sistem işləyib hazırlamışdır ki, bu sistem kommunistlərə təşkilatın tərkibinə fəal təsir göstərmək imkanı verir.                                                        Xumar Rüstəmova,                                                                                                                 “Kommunist” onlayn qəzetinin müxbiri

 

Отправить комментарий

0 Комментарии