Bu barədə
Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Baş Prokurorluğun fikrincə, Polşa Kommunist Partiyasının üzvləri ölkədəki
demokratik şəraiti pozurlar.
“Onların hədəfi XX əsrdə totalitar siyasət həyata keçirən
kommunist partiyalarının hədəfləri ilə eynidir. Onların üzvləri açıq şəkildə
Rusiyadakı Oktyabr inqilabına bənzər bir inqilaba çağırırlar. Baş prokuror
hesab edir ki, Polşa Kommunist Partiyasının məqsəd və fəaliyyətləri
konstitusiyaya zidd hesab olunduğu üçün fəaliyyəti dayandırılmalıdır”, –
məlumatda qeyd olunub.
Partiya proqramında "proletariat, burjua dövlət aparatını, məsələn, parlamentə nəzarəti sadəcə seçkilər yolu ilə ələ ala bilməz" deyildiyi qeyd edilir.
Proqramda deyilir: "Sinif
bərabərsizliyi aradan qaldırmaq üçün kapitalist xüsisi mülkiyyətini
ləğv etmək və onu ictimai əmlakla əvəz etmək
lazımdır".
Qeyd edək ki, Polşa Baş Prokurorluğunun bu müraciəti Beynəlxalq Prokurorlar Assosiyasiyası və Avropa Prokurorların Məşvətətçi Şurası, həmçinin dünyanın aparıcı siyasi təşkilatları tərəfindən bir mənalı qarşılanmayıb.
Ədalət Abdinov
0 Комментарии