1898-ci
ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1900-cü ilin aprelində
Tiflisə sürgün olunmuşdur. Tiflisə gedərgən yolüstü Bakıya gəlmiş, Balaxanıda
gizli yığıncaqda Peterburq “Mübarizə ittifaqını”nın, V.İ.Leninin fəaliyyətindən danışmışdır. Həmin
ildə həbs olunub Metex qalasına salınmış, 1901-ci ildə Revelə (indiki Tallin)
sürgün edilmişdir.
Leninçi “İskra”nın
agenti və müxbiri idi. 1905-ci ildə Putilov zavodunun bolşevik təşkilatına rəhbərlik
etmiş, 1906-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyası
(RSDFP) Peterburq Komitəsinin üzvü seçilmiş, partiyanın IV qurultayının
nümayəndəsi omuşdur.
1908-1910-cu
illərdə Moskvada, 1911-1912-ci illərdə Peterburqda işləmiş, RSDFP Peterburq Komitəsinin tərkibinə daxil olmuş,
Vıborq rayonunun partiya təşkilatına rəhbərlik etmişdir.
Partiyanın
6-cı (Praqa) konfransında (1912) RSDFP
MK üzvlüyünə namizəd seçilmiş, MK Rus bürosu tərkibinə daxil edilmişdir.
“Pravda”nın yaradılmasının və Fevral burjua – demokratik inqilabının (1917) iştirakçısı,
ilk ieqal bolşevik Petroqrad Komitəsinin üzvü və onun RSDF(b)P MK bürosunda
nümayəndəsi olmuşdur. “Pravda”nın redaksiya heyətinə daxil idi. Partiyanın VI
qurultayına nümayəndə seçilmişdir.
Böyük
Oktyabr sosialist inqilabının qələbəsindən sonra Petroqrad şəhər bələdiyyəsinin
başçısı, 1918-ci ildə şəhər təsərrüfatı komissarı vəzifələrində işləmişdir.
Partiyanın VIII qurultayında RK(b)P MK üzvü, 1919-cu il martın 30-da
V.İ.Leninin təklifi ilə ÜRMİK sədri seçilmişdir.
Vətəndaş
müharibəsi dövründə geniş təşkilat işi aparmış, “Oktyabr inqilabı” təviqat
qatarına başçılıq etmişdir.
1925-ci
ildə ÜİK(b)P MK Siyasi Bürosu tərkibinə daxil olmuşdur.
1922-ci
ilin dekabrından SSRİ MİK-in sədri, 1938-1946-cı illərdə SSRİ Ali Sovet Rəyasət
Heyətinin sədri idi.
M.İ.Kalinin
Azərbaycan Kommunist (b) Partiyasınin V qurultayında (1925, mart) RK(b)P-nin
qarşıdakı XII qurulyayı haqqında məruzə etmiş, Azərbaycanda sovet hakimiyyətinin
15-ci ildönümü bayramında (1935, dekabr) respublikaya Lenin ordeni təqdim
etmişdir.
M.İ.Kalinin 1923, 1927, 1940 və 1945-ci illərdə
Bakıda olmuşdur.
Sovet xalqı
M.İ.Kalinini böyük hörmətlə “Ümumittifaq
ağsaqqalı” adlandırırdı.
Sosializm
quruculuğu, kommunist tərbiyəsi, ədəbiyyat və incəsənətə dair əsərləri var. 2 dəfə
Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, həmçinin medallarla təltif
olunmuşdur. 1944-cü ildə Sosialist Əməyi
Qəhramanı adına layiq görülüb.
Mixail
İvanoviç Kalininin 3 iyun 1946-cı ildə vəfat edib, Moskvada Qızıl meydanda dəfn
olunub.
Tver şəhərinə
(1931-ci ildə), bir çox yaşayış məntəqəsinə və rayonuna Kalininin adı verilmişdir.
1946-cı
ildə Moskvada Mixail İvanoviç Kalininin xatirə muzeyi açılmışdır.
Azərbaycanda
da xalqın bu sevimli şəxsiyyətinin adına zavod və fabriklər, sovxoz və
kolxozlar və s. olmuşdur.
Sadə həyat
tərzi keçirmiş M.İ.Kalinin əsil xalq adamı olmuşdur.
Ədalət Abdinov
0 Комментарии