Recents in Beach

Böyük ideallar naminə


Baxşəli Hacıyev Azərbaycan Kommunist Partiyasında məqsəd, iradə və intizam vəhdəti iləı birləşmiş kommunistlərin ən fəalıdır. Dekabrın 25-i bu nüfuzlu şəxsiyyıtin, sədaqətli yoldaşın, dəyişməz əqidəli insanın doğum günüdür.

Qısa arayış:

Hacıyev Baxşəli Əli oğlu 25 dekabr 1950-ci ildə Azərbaycan SSR Naxçıvan şəhərində anadan olmuşdur.

1968-ci ildə Naxşıvan şəhər 7 nömrəli orta məktəbi bitirdikdən sonra elə həmi ildə Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunun energetika fakültəsinin axşam şöbəsinə daxil olub.

Bakının Kirov rayonundakı (indiki Binəqədi) 2701 nömrəli nəqliyyat müəssisəsində motorçu kimi əmək fəaliyyətinə başlayıb.

1984-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olub.

Azərbaycan SSR Sənaye – Tikinti Nazirliyin qülləli kranlar üzrə 3 nömrəli mexanizasiya idarəsində mexanik, sahə rəisi, 1979-cu ildən rəis müavini, 1985-ci ildən rəis vəzifəsində işləyib.

1990 – 2002-ci illərdə Azərbaycan SSR Sənaye – Tikinti Nazirliyin nəzdində Sənaye – tikinti mexanizasiya trestin rəisi işləyib. Özəlləşdirmə adı ilə sosialist dövlət əmlakının talan edilməsinə əqidəli kommunist kimi  etiraz etməklə həmin trestin rəisi vəzifəsindən istefa verib.

Lenin, Stalin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunub.

İndiki mərhələ - cəmiyyəti sosializm yönümlü dəyişdirmək mərhələsi kommunist təşkilatından yeni səylər, öz fəaliyyətini prinsipiallıqla qiymətləndirməyi, işgüzarlıq və fədakarlıq göstərməyi tələb edir. Baxşəli Hacıyev keçmişdən tamamilə aydın nəticələr çıxarmaq zərurəti ilə iş üslubunu, iş metodlarını və xarakterini həmin tələblərə məharətlə uyğunlaşdırmağı bacaran kommunistdir.

V.İ.Leninin müdrik fikirlərindən biri də belədir: “Şərait dəyişildiyi və biz başqa cür vəzifələri yerinə yetirməli olduğumuz bir zamanda geri baxmaq və dünənki üsulla yerinə yetirməyə cəhd etmək olmaz. Cəhd etməyin – yerinə yetirə bilməzsiniz”. Buna görə də Baxşəli Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyətimizə bütün səviyyələrdə, bütün mərhələlərdə partiya mövqeyindən yeni nəzərlə baxmağa üstünlük verir.

Baxşəli Hacıyevin ictimai-siyasi fəaliyyətinin əsas istiqaməti sosialist birgəyaşayışı normalarının bərpasına yönəlmişdir. Onun fikrincə, sağlam, işgüzar, öz konkret təzahürləri və qayğıları cəhətdən rəngarəng, qərarları açıq olması, kommunistlərin mübarizliyi ilə səciyyələnən partiya həyatı ilə məqsədə nail olmaq mümkündür. Digər tərəfdən, kommunistin ümumi şəkildə avanqard rolu olmur, bu rol əməli işlərdə ifadə edilir.

Marksizm – leninizm təliminin müddəalarını rəhbər tutan Baxşəli Hacıyev cəsarətlə və inadla mübarizəsini davam etdirir. O, partiyada ciddi təhlil, özünütənqid yolu ilə təhlil, əməli nəticələr çıxarmaq üçün lazımı əhvali – ruhiyyə mühti yaratmağa çalışır. Tələbkarlıq və düzlük, partiya vicdanı göstərməklə irəliləmək mümkündür.

Vəziyyəti obyektiv qiymətləndirmək, onu olduğu kimi göstərmək cəsarətinə malik olan Baxşəli Hacıyev deyir ki, yalnız kollektiv rəhbərlik prinsipinə ciddi riayət edilməsi və onun hər vasitə ilə möhkəmləndirilməsi subyektivist qüsurların qarşısını ala bilər, düşünülmüş, əsaslandırılmış qərarlar qəbul edilməsi üçün şərait yarada bilər.

Baxşəli Hacıyev  partiyanın pak və təmiz siması uğrunda da yorulmadan mübarizə aparır. Axı, Kommunist Partiyasının digər təşkilatlardan fərqləndirən onun həm siyasi, həm də mənəvi  avanqard olmasıdır. Baxşəli müəllim, imkanı daxilində partiya sıralarının təmizliyinə,  onun sıralarına çirkin niyyətləri ilə daxil olanlardan etibarlı surətdə qoruyur.

Böyük filosov Konfutsi deyir ki, yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır. Baxşəli Hacıyev də belə insanlardan biridir. O, partiya yoldaşlarının məsləkdaşı, sirdaşı, əqidədaşı, bir sözlə könül dostudur. Baxşəli müəllimi  ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür, sosialist idealları naminə qələbə sevinci arzulayıram.

Ədalət Abdinov,

SSRİ Jurnalistlər İttifaqının üzvü.

Отправить комментарий

0 Комментарии