Qısa
arayış:
Hacıyev
Baxşəli Əli oğlu 25 dekabr 1950-ci ildə Azərbaycan SSR Naxçıvan şəhərində
anadan olmuşdur.
1968-ci
ildə Naxşıvan şəhər 7 nömrəli orta məktəbi bitirdikdən sonra elə həmi ildə Məşədi
Əzizbəyov adına Neft və Kimya İnstitutunun energetika fakültəsinin axşam şöbəsinə
daxil olub.
Bakının
Kirov rayonundakı (indiki Binəqədi) 2701 nömrəli nəqliyyat müəssisəsində
motorçu kimi əmək fəaliyyətinə başlayıb.
1984-cü
ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olub.
Azərbaycan
SSR Sənaye – Tikinti Nazirliyin qülləli kranlar üzrə 3 nömrəli mexanizasiya
idarəsində mexanik, sahə rəisi, 1979-cu ildən rəis müavini, 1985-ci ildən rəis
vəzifəsində işləyib.
1990 –
2002-ci illərdə Azərbaycan SSR Sənaye – Tikinti Nazirliyin nəzdində Sənaye –
tikinti mexanizasiya trestin rəisi işləyib. Özəlləşdirmə adı ilə sosialist dövlət
əmlakının talan edilməsinə əqidəli kommunist kimi etiraz etməklə həmin trestin rəisi vəzifəsindən
istefa verib.
Lenin,
Stalin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunub.
İndiki mərhələ
- cəmiyyəti sosializm yönümlü dəyişdirmək mərhələsi kommunist təşkilatından
yeni səylər, öz fəaliyyətini prinsipiallıqla qiymətləndirməyi, işgüzarlıq və fədakarlıq
göstərməyi tələb edir. Baxşəli Hacıyev keçmişdən tamamilə aydın nəticələr
çıxarmaq zərurəti ilə iş üslubunu, iş metodlarını və xarakterini həmin tələblərə
məharətlə uyğunlaşdırmağı bacaran kommunistdir.
V.İ.Leninin
müdrik fikirlərindən biri də belədir: “Şərait dəyişildiyi və biz başqa cür vəzifələri
yerinə yetirməli olduğumuz bir zamanda geri baxmaq və dünənki üsulla yerinə
yetirməyə cəhd etmək olmaz. Cəhd etməyin – yerinə yetirə bilməzsiniz”. Buna görə
də Baxşəli Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
olaraq fəaliyyətimizə bütün səviyyələrdə, bütün mərhələlərdə partiya mövqeyindən
yeni nəzərlə baxmağa üstünlük verir.
Baxşəli
Hacıyevin ictimai-siyasi fəaliyyətinin əsas istiqaməti sosialist birgəyaşayışı
normalarının bərpasına yönəlmişdir. Onun fikrincə, sağlam, işgüzar, öz konkret
təzahürləri və qayğıları cəhətdən rəngarəng, qərarları açıq olması, kommunistlərin
mübarizliyi ilə səciyyələnən partiya həyatı ilə məqsədə nail olmaq mümkündür.
Digər tərəfdən, kommunistin ümumi şəkildə avanqard rolu olmur, bu rol əməli işlərdə
ifadə edilir.
Marksizm –
leninizm təliminin müddəalarını rəhbər tutan Baxşəli Hacıyev cəsarətlə və
inadla mübarizəsini davam etdirir. O, partiyada ciddi təhlil, özünütənqid yolu
ilə təhlil, əməli nəticələr çıxarmaq üçün lazımı əhvali – ruhiyyə mühti
yaratmağa çalışır. Tələbkarlıq və düzlük, partiya vicdanı göstərməklə irəliləmək
mümkündür.
Vəziyyəti
obyektiv qiymətləndirmək, onu olduğu kimi göstərmək cəsarətinə malik olan Baxşəli
Hacıyev deyir ki, yalnız kollektiv rəhbərlik prinsipinə ciddi riayət edilməsi və
onun hər vasitə ilə möhkəmləndirilməsi subyektivist qüsurların qarşısını ala
bilər, düşünülmüş, əsaslandırılmış qərarlar qəbul edilməsi üçün şərait yarada
bilər.
Baxşəli Hacıyev partiyanın pak və təmiz siması uğrunda da yorulmadan mübarizə aparır. Axı, Kommunist Partiyasının digər təşkilatlardan fərqləndirən onun həm siyasi, həm də mənəvi avanqard olmasıdır. Baxşəli müəllim, imkanı daxilində partiya sıralarının təmizliyinə, onun sıralarına çirkin niyyətləri ilə daxil olanlardan etibarlı surətdə qoruyur.
Böyük filosov Konfutsi deyir ki, yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır. Baxşəli Hacıyev də belə insanlardan biridir. O, partiya yoldaşlarının məsləkdaşı, sirdaşı, əqidədaşı, bir sözlə könül dostudur. Baxşəli müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür, sosialist idealları naminə qələbə sevinci arzulayıram.
Ədalət Abdinov,
SSRİ Jurnalistlər İttifaqının üzvü.
0 Комментарии