26 dekabr 2021-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilmişdir.
Plenumda “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin son iki ildə - “Covid-19” koronavirusunun yaratdığı pandemiya dövründə gördüyü işlər və qarşıda duran vəzifələr” barədə Azərbaycan KP MK-nın birinci katibi Telman Nurullayev məruzə ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, movcud çətinliklərə baxmayaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi həmin dövr ərzində səmərəli fəaliyyət göstərmiş, əsasən gənclərdən ibarət olan Sabunçu Rayon Partiya Komitəsi yaradılmış, digər rayon təşkilatlarını yaratmaq məqsədi ilə Mingəçevir, Sabirabad, Xızı və Siyəzən rayonlarında solçuların təşəbbüs qrupunun üzvləri ilə işgüzar müzakirələr aparılmışdir. Azərbaycan KP MK-nın xarici ölkə kommunist təşkilatları ilə əlaqələri daha da möhkəmlənmiş, beynəlxalq kommunist və fəhlə partiyaların rəhbərləri ilə videoformatda görüşlər keçirilmişdir. Mühüm işlərdən biri də o olmuşdur ki, “Azərbaycan Kommunist Partiyasının (1993 –2020-ci illər) ən yeni tarixi” kitabı nəfis tərtibatda çap edilib ictimaiyyətin istifadəsinə verilmişdir.
Məruzə ətrafında
Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın büro
üzvü Ə.Cəfərov, Masallı Rayon Partiya Komitəsinin birinci katibi N.Fətullayev,
Azərbaycan Media Məlumat Mərkəzinin baş direktoru Rövşən Qasımov, Sabunçu Rayon
Partiya Komitəsinin birinci katibi X.Əsgərov, Astara Rayon Partiya Komitəsinin
birinci katibi V.Aslanov, Lənkəran Rayon Partiya Komitəsinin katibi A.Rəhimov,
“Kommunist” onlayn qəzetinin baş redaktoru Ə.Abdinov və Azərbaycan KP MK-nın
katibi B.Hacıyev çıxış etmişlər.
Plenumda təşkilati
məsələlərə də baxılmışdır.
Azərbaycan
KP Sabunçu və Astara rayon komitələrinin birinci katiblərinin seçilməsi barədə
həmin təşkilatların protokolları təsdiq edildi.
Abdinov Ədalət
İdris oğlu (Sabunçu), Orucov Valeh Əlqəmə oğlu (Sumqayıt), Heydərov Adil Əsgər
oğlu (Lənkəran) və Abışova Nurənə Əli
qızı (Sabunçu) Azərbaycan KP MK-nın üzvü seçilmişlər.
Abdinov Ədalət
İdris oğlu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər
üzrə katibi seçilmişdir.
Cari məsələlərin müzakirəsindən sonra plenum öz işini başa çatdırmışdır.
0 Комментарии