Recents in Beach

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən


Yoldaş Baxşəli Hacıyev!

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə əmin-amanlıq, möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər və uğurlar arzulayıram. Müasir Azərbaycanda kommunist hərəkatının inkişafında Sizin şəxsi səyləriniz və xidmətləriniz əvəzsizdir.

Sizi əsil solçu, xalqının partiyanın etimadını qazanmış mahir və cəsarətli kommunist, marksizm-leniniz ideologiyasına fədakarlıqla xidmət edən, bu işdə tarixi ədaləti bərpa etməyə çalışan nüfuzlu həmkar kimi tanıyırıq.
Sizin kimi mətin, mübariz solçuların nurlu əməlləri və kommunist hərəkatındakı mövcud ümumi maraqlar inanırıq ki, respublikamızda sülhün, sabitliyin, birliyin və rifahın təcəssümü olan sosialist ideyalarının bərqərar olunmasına öz töhfəsini verəcəkdir.

Əminəm ki, birgə səylərimizlə qarşımızda duran mühüm vəzifələrin öhdəsindən gələcəyik, sosializmin işıqlı yolunda xalqımızın rifahı naminə öz imkanlarımızdan səmərəli istifadə edəcəyik. Respublikamızın işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm.

Yoldaş Hacıyev, fürsətdən istifadə edərək, həyatınızın bu sevincli və unudulmaz günündə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, ölkəmizin xoş güzəranı naminə siyasi fəaliyyətinizdə uğurlar arzulayıram. Doğum gününüz münasibəti ilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Hörmətlə,

Ədalət Abdinov,

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi




  



           

Отправить комментарий

0 Комментарии