Bakı şəhəri, 27 noyabr 2022-ci il
Hörmətli qurultay nümayəndələri!
Icazənizlə, qurultay iştirakçılarını Azərbaycan Kommunist Partiyasının VIII (– 41-ci) qurultayının açılışı münasibəti ilə təbrik edim və qurultayın işinə uğurlar arzulayaraq AKP Mərkəzi Komitəsinin hesabat məruzəsinə başlayım.
Bu
hesabat dövründə AKP sıralarını bir çox kommunistlərimiz tərk etmişlər. Əlbətdə
onların hamısı bizim üçün çox dəyərli idilər, zira öz əqidələrindən dönməyərək
bizimlə çiyin-çiyinə mübarizə aparmışlar. Hamısının adlarını çəkmək məncə
düzgün olmaz, lakin Sümqayıt şəhər partiya təşkilatının I katibi, AKP MK büro
üzvü Əlqəmə Orucovun və uzun müddət AKP NTK-ya sədirlik edən Kamal Dadaşovun
sıralarımızdan getmələri respublika kommunist hərəkatına ağır itgidir!
Xüsusilə,
Əlqəmə Orucovun AKP-nin yenidən bərpa edilməsində və sonrakı inkişafı
yollarındakı xidmətləri danılmazdır. AKP MK tərəfindən buraxılan AKP-nin ən yeni tarixinə aid kitab onun
xatirəsinə həsr olunmuşdur!
Yoldaşlar!
Azərbaycan
Kommunist Partiyasının ötən qurultayından sonrakı dövürünü, yəni AKP MK-nın
hesabat dövrünü, çox çətin, qalmaqallı, eyni zamanda sınaq dövrü adlandırsaq
yanılmarıq. Fəqət süni şəkildə yaradılmış pandemiya dövrü bütün dünyada gedən
ictimai-siyasi, iqtisadi proseslərə ağır zərbə vurmuşdur və vurmaqda davam etməkdədir.
Pandemiya
dövrü siyasi partiyaların fəaliyyətində müəyyən qədər durğunluq yaratmağı ilə
yanaşı bir çox siyasi qurumları zamanın ictimai-siyasi həyatının ritminə uyğun
fəaliyyət göstərmələrinə sövq etdi! Bizim partiya da müasir ictimai-siyasi həyatın
gedişinə uyğun olaraq fəaliyyətimizdə standart olmayan metodlardan itifadə
olunmasına məcbur olduq. Belə ki, əlaqələrimizin möhkəmləndirilməsi, təşviqat-təbliğat
işlərimizin daha çevik olması istiqamətində elm və texnikanın yeniliklərindən
istifadə edilməsi yollarını araşdıraraq onun partiya fəaliyyətində tədbiq
olunmasına çalışdıq və çalışırıq. Məhz bu baxımdan AKP Nizamnamısinə müəyyən əlavələr
olunması məsələsinə AKP-nin bu günkü qurultayında baxılması nəzərdə
tutulmuşdur. Bu barədə, sizlərə, məlumatı AKP MK katibi Rəhim Həsənov
çatdıracaqdır.
Yoldaşlar!
Pandemiya
dövrü kapitalizmin klassik ziddiyyətlərini daha qabarıq şəkildə özünü biruzə
verərək bir daha marksizm-leninizm nəzəriyyəsinin rel həyatiliyini təsdiqlədi.
2008-ci ildən kapitalizm dünyasını bürüyən iqtisadi böhran pandemiya dövründə
ictimai-siyasi və sosial böhrana çevrilərək qlobal kapitalizm aləmini caş-baş
salmışdır. İnhisarçı kapitalizm artıq ictima-siyasi, eləcə də iqtisadi prosesləri
idarə edə bilmədiyindən və bu bəladan qurtulmaq üçün, müxtəlif təhlükəli, iycənc
yollara əl atmaqdan çəkinmirlər. SSRİ-nin məqsədyönlü dağıdılmasından sonrakı
dövürlər siyasi, hərbi münaqişələri genişləndirərək burjua dairələrini çıxılmaz vəziyyətə
salmışdır. Bu vəziyyət özləri tərəfindən yaranan problemləri nə beynəlxalq siyasi
təşkilatlar, nə hərbi bloklar, nə də ABŞ-ın göstərişləri ilə oturub-duran
“kollektiv Qərb” həll etmək iqtidarında olmadıqlarından çıxış yolunu biri biriləri
ilə münaqışədə görürlər. Artıq Qərb dairələri etiraf etməyə məcburdurlar ki,
kapitalizm üsul-idarəsi müasir cəmiyyətdə özünü doğrultmur! Onlar çıxış yolunu
idarəçiliyin müasir elmi tərəfdən əsaslandrılaraq, mütərəqqi, formasının
sosializm münasibətlərində olduğunu bildikləri halda hansısa “yeni” idarəçilik
metodları axtarışındadırlar. Artıq birmənalı şəkildə bilmək lazımdır ki, müasir
ictimai-siyasi və iqtisadi proseslərin idarə olunmasının yeganə formaları, əsasları
marksizm-leninizm nəzəriyyəsində təsbit olunmuşdur! Cəmiyyətlərin
ictimai-iqtisadi məsələləri ilə məşğul olan heç bir alim, heç bir qurum
kapitalizm ictimai-iqtisadi formasiyasının mahiyyətini və qanunauyğunluqlarını
K.Marks və marksizm klassikləri qədər açıqlaya bilməmişlər!
Görün hələ keçən, əsrin əvvəllərində, beynəlxalq proletariatın dahi rəhbərlərindən olan V.İ. Lenin “İmperializm kapitalizmin yüksək mərhələsidir” əsərində müasir kapitalizmin xarakterini necə dahiyanə açıqlamışdır: “ İmperializmin siyasi üstqurumunun xarakteri demokratiyadan siyasi gərginliyə, hətta faşizmə, doğru gedir. İmperializm əməklə kapital arasındakı ziddiyyəti son həddinə çatdıraraq imperialist dövlətləri arasında ziddiyyətləri kəskinləşdirir. Lakin bu (o demək deyil ki,) kapitalizmin mütləq durğunluğu deyil.
Kapitalizmin inkişafı, imperializm epoxasinda, rəvan getmir. Kapitalist dövlətləri arasında ziddiyyət bu dövürdə daha kəslkin forma alaraq bazar uğrunda, xam məhsul əldə etmək, özgə əraziləri zəbt etmək, dünyaya hakim olmaq istəyi onları millitarizmə sövq edərək nəinki lokal, eyni zamanda dünya müharibələrinə səbəb olur”!!! Bundan dəqiq xarakterizə ola bilərmi?!
Yoldaşlar, burada, V.İ. LENİNdən söz düşmüşkən onu qed etmək istərdim
ki, burjuy ideoloqları LENİNİN adının yaddaşlardan çıxarılması üşçün dəridən-qabıqdan
çıxırlar. Lakin başa düşmürlərki ONUN dahiliyinə kölğə sala bilməzlər. Dərsliklərdən
çıxarılsa da V.İ. LENİNİN adı ictimai fikirdə dahi şəxsiyyət kimi qalacaqdır!
Müasir
dünyada baş verən hadisələri məhz bu prizmadan izah etmək lazımdır. Dünyada baş
verən hər hansı bir münaqişəyə birmənalı baxmayaraq ikili standartlardan
istifadə edən Qərb dairələri özünün
mahiyyətinin nədən ibarət oldoğunu açıq şəkildə göstərməkdədir!
Bu cür
ikili standartları biz Qarabağ ətrafı münaqişədə aşkarcasına şahidi olmaqda
davam edirik. 30 ilə yaxın respublikamızın 20% ərazisini qeyri-qanunu zəbt edən
erməni qəsbkarlarının törəddikləri vəhşiliyə biganəşilik göstərən, BMT-nın 4 qətnaməsinin
icrasını ləngidən Qərb dairələri (ABŞ başda olmaqla) rəşadətli azərbaycan
ordusunun 44 gün ərzində erməni faşizmi
üzərində parlaq qələbəsini heç də bir mənalı qarşılamadı. Bu qələbəmiz
haqqın qələbəsi, ədalətin bərqərar olması, diplomatiyamızın zəfəri idi! Bu qələbə
Azərbaycanın beynəlxalq aləmdə imicini qaldırdı. İndi biz qalib xalq kimi qələmə
verilməkdəyik!
Yoldaşlar!
Ukpayna Rusiya münasibətləri barədə onu demək olar ki, bir çox dünya
dövlətləri tərəfindən bir mənalı qarşılanmayan Ukrayna – Rusiya münaqişəsi əlbətdə
ki, ABŞ başda olmaqla “kollektiv Qərbin” ikili oyunlarından irəli gələn nəticədir.
Biz, ümümiyyətlə, müharibələrin əleyhinəyik və bu iki slavyan ölkələrinin,
qardaş xalqlarının müharibəyə sövq edilməsində nə burjua Rusiyanı müdafiə
edirik nə də kommunistlərin fəaliyyətinə qadağa qoymuş Ukrayna hakimiyyətinə
haqq qazandırirıq. Bu müharibənin, tezliklə, danışıqlar yolu ilə həll
olunmasını istəyirik. Eyni zamanda inkişaf etmiş dövlətləri bu müharibənin
qzışdırılmasına yox, tezliklə, sülh yolu ilə, həll edilməsinə çağırırıq! Bu
haqqda kommunist və fəhlə partiyalarının, Kubada keçirilən beynəlxalq Görüşünə
təqdim etdiyimiz çıxışda da bildirmişik.
Yoldaşlar!
Bir neçə
kəlmə respublikamızın daxilində baş verən hadisələri nəzərdən keçirək. Məlumdur
ki, pandemiya bizim respublikamıza da öz təsirini göstərmişdir. Pandemiya
respublikamızın ictimai-siyasi həyatında müəyyən problemlər yaratsa da rəşadətli
ordumuz, Ali Baş komandanın rəhbərliyi ilə, nəhayət 28 ildən sonra, erməni qəsbkarlarının
üzərindəki parlaq qələbəsi respublika əhalisinin psixoloji durumuna müsbət təsir
göstərmişdir. Uzun illər üzü gülməyən vətəndaşlarımızda nikbinlik və sabaha
ümüdlə baxmaq imkanı yaratdı. Lakin bütün bunlarla yanaşı həm pandemiyanın, eləcə
də Ukrayna – Rusiya müharibəsinin yaratdığı fəsadlar, inflyasiyanın artması
bütün sahələrdə qiymətlərin də artmasına səbəb oldu. Bu da öz növbəsində əhalinin
sosial durumunun xeyli pisləşməsinə gətirib çıxarmışdır. Belə olan halda əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləsi tədbirlər, nədənsə
əlaqəli qurumlar tərəfindən ləngidilir?! Azad olunmuş ərazilərimizdə aparılan,
məqsədyönlü, çox gərgin quruculuq işlərilə yanaşı (əlbətdə ki, bu bizləri
qürurlandırır) azərbaycan vətəndaşları layiqli yaşamaq hüququndan məhrum edilməmişdir.
Bu həm bizim əsas Qanunumuz olan Konstitutsiyamızda təsbit olunmuşdur, hən də
yaddan çıxmamalıdır ki, 44 günluk müharibənin qələbəmizlə başa çatmasında əsas
amil azərbaycan vətəndaşlarının övladları olmuşlar. Bunu unutmaq olmaz!
Yoldaşlar!
Indi isə AKP MK-nın hesabat dövründə fəaliyyəti haqqında: keçən beş il müddətində (2018-2022-ci illər) AKP MK-sı partiyanın ötən qurultayında qəbul edilmiş qərarların AKP Nizamnamə və Məramnaməsinə əsaslanaraq, eyni zamanda AR-nın qanunları çərçivəsində yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Belə ki, bu illər ərzində partiyamızın Nizamnaməsinə uyğun AKP MK-nın 8 plenumu və iki partiya aktivlərinin yığıncağı keçirilmişdir. AKP MK plenumlarında qəbul edilmiş qərarlar müasir dövrümüzün bütün sahələrini nəzərə almaqla marksizm-leninizm nəzəriyyəsinə uyğun qəbul edilmişdir. Lakin qeyd etmək lazımdır ki, MK plenumlarının qərarlarına nəzarət bir qədər zəifləndiyindən ilk partiya təşkilatları yerlərdə qərarların və partiya göstərişlərinin yerinə yetirilməsində geriliyə yol vermişlər. Sumqayıt şəhər partiya təşkilatı (birinci katib Ş. Rzayev) və Lənkəran rayon partiya təşkilatı (R. Cəfərov) istisna olmaqla digər ilk partiya təşkilatlarının fəaliyyətləri gözə çarpmır! Düzdür, AKP Astara ilk partiya təşkilatına perspektivli Vüqar Aslanov baçşılıq etdikdən sonrs Astara kommunistlərinin fəaliyyətində canlanma görünsə də, hələlik, istənilən səviyyəyə alınmamışdır. AKP MK hesab edir ki, digər ərazi ilk partiya təşkilatları deyilən iradlardan düzgün nəticə çıxarmaqla fəaliyyətlərində dönüş yaradacaqlar! İstər partiya-təşkilatı, istərsədə ideoloji sahələrdəki fəaliyyət partiyanın Nizamnamə və Məramnaməsinə uyğun inkişaf etdirilməlidir!
Digər tərəfdən yeni seçiləcək heyyətə tövsiyyə olunur ki, AKP MK plenumlarının və eləcə də büro iclaslarının gündəliklərinə respublika səviyyəli məsələlər çıxarılmaqla beynəlxaq kommunist hərəkatını maraqlandıran problemləri də nəzərə almaq məqsədə uygun olardı!
Yoldaşlar!
AKP
MK-nın bu dövür ərzində keçirdikləri siyasi tədbirlərin sönük olmasında nə qədər
pandemiyyanın təsiri olmuşsa, bir o qədər də partiyamızın təşkilatçılıq
baxımından zəifləməsi ilə səciyyələndirilməlidir. Yeni seçiləcək heyyət əhalimizin sosial durumunu, siyasi aktivliyinin
səviyyəsini nəzərə almaqla keçiriləcək tədbirləri ölçüb-biçməlidir.
AKP
MK-nın fəaliyyətinə təsir edən bir faktı da nəzərinizə çatdımalıyıq. Keçən
2020-2021-ci illərdə, bildiyiniz kimi, AKP MK rəhbərliyindən qovulmuş Ə.
Şirvanovun AKP MK rəhbərliyinin məhkəmələrlə başını qatması bizim xeyli
vaxtımızın bu poseslərə sərf olunmasına səbəb olmuşdur. Lakin necə deyirlər? “şər
deməsən, xeyir gəlməz” prinsipinə uyğun bu məhkəmə proseslərini AKP-nin
respublika siyasi müstəvisində varlığını sübuta ytirən amil kimi də götürmək
olar. Təəssüflə qeyd edim ki, məhkəmə prosesləri hələ də davam edir.
Yoldaşlar!
Ideoloji
sahə AKP-nin prioritet sahələrindəndir, fəqət bizim cəmiyyətimizdə
marksizm-leninizm ideyalarının yaddaşlardan silinməməsi və bu nəzəriyyənin həyatiliyini
gənclərə aşılamağımızın yollarindan biri olmaqla işimizin necə qurulmasından
çox aslıdır. Qeyd etmək lazımdır ki, bu sahədə, ümumiyyətlə partiya işində,
müasir texnologiyalardan istifadə etməklə yanaşı (elektron vasitələrindən
istifadə) klassik formalardan da istifadəni yaddan çıxarmaq olmaz, zira cəmiyyətimizin
ictimai-siyasi baxışlarının səviyyəsi müxtılifdir. Bu baxımdan bizim partiya
sol partiyalar içərisində qəzet buraxan yeganə siyasi partiyadır. Düzdür, “Azərbaycan
Kommunisti” qəzetinin buraxılması vaxtaşırı olmasa da cəmiyyətimizdə,
kommunistlər arasında sosializm münasibətləri baxımından müəyyən rol oynayırdı.
Qəzetimizin çap ounmamasında həm pandemiya dövrü və həm də KİV haqqında yeni
qanun müəyyən çətinliklər yaratmışdır.
Yeni seçiləcək heyət, çox yəqin ki, bu sahənin canlanması üçün əllərindən gələni əsirgəməyəcəklər!
Bütün
bunlarla yanaşı uzun müddət üzərində çalışdığımız AKP-nin ən yeni tarixinə aid
kitabçanın çap olunmasına nail olundu. AKP-nin ən yeni tarixini əks etdirən bu
kitab respublikamızın kitabxanalarına və əlaqəli orqanlarına çatdırılmışdır. Əminliklə qeyd etmək istəyirəm ki, bu
kitabdakı məlumatlar, materiallar daha da təkmilləşdrilərək bir neçə dillərə tərcümə
edilib yeni çapa hazırlanacaqdır!
İndi bir
neçə kəlmə AKP MK-nın beynəlxalq əlaqələri barədə: bildiyiniz kimi AKP 1994-cü
ildən beynəlxalq siyasi qurum olan Sov.İKP-KPİ-nin səlahiyyətli üzvüdür.
Bununla yanaşı AKP 2011-ci ildən başlayaraq beynəlxalq kommunist hərəkatının tərkib
hissəsi olmqla keçirilən bütün beynəlxalq forumlara dəvət olunur. Bu illər ərzində,
yəni son 5 ildə, bizim partiya, keçirilən 10 beynəlxalq görüşlərin 8-də
iştirakçı olubdur. Biz yalnız Vyetnamda və bu il Kubada keçirilən kommunist və
fəhlə partiyalarının beynəlxalq Görüşlərində iştirak edə bilməmişik. Lakin
partiyamız adından çıxışlarımızı, iki dildə, vaxtında bu görüşlərin təşkilatçılarına
çatdırmışıq. Beynəlxalq kommunist hərəkatının bu möhtəşəm görüşlərindəki
çıxışlarımızın əsas leytmativi respublikamızın ictimai-siyasi mövqeyini əsəs
tutaraq son 30 ilə yaxın dövürdəki Azərbaycanın düşdüyü hərbi və sosial
problemləri olmuşdur. Bu qörüşlər göstərdi ki, Azərbaycanı təmsil edib yüksək
kürsülərdən Azərbaycan həqiqətlərinin dünya ictimai fikrinə çatdırılması çox
vacib məsələlərdən biridir. Bu istiqamətdə, az da olsa, bizim də müəyyən əməyimiz
olmuşdur. Açığını deyim ki, hətta beynəlxalq sol cəbhədə Ermənistanla Azərbaycan
arasındakı münaqişəyə bir mənalı baxılmır. Bizim uzun mübarizəmizdən sonra, nəhayət,
2018-ci ildə Afinada keçirilən Görüşdə, Qarabağla əlaqədar məsələ Görüşün yekun
qətnaməsinə salınmasına və həm də bu Görüşdə
iştirak edən kommunist və fəhlə partiyalarının, əksəriyyətinin, partiyamızın
hazırladığı “Dağlıq Qarabağ haqqında” qətnaməyə imza atılmasına nail olduq. Bu
məsələ ilə əlaqədar AKP MK katibi Q. Qəhrəmanovun əməyini də qeyd etmək
lazımdır.
Bundan əlavə
bizim partiya Rusiya kommunist partiyalarının keçirdikləri beynəlxalq
forumlarda da iştirak edir. Hesab edirik
ki, yeni seşiləcək heyyət beynəlxalq kommunist hərəkatı ilə əlaqələrin, bundan
sonra da, genişləndirilməsində fəaliyyətini davam etdirəcəkdir.
Beynəlxalq
görüşlərlə yanaşı MK rəhbərliyi respublikamızda təmsil olunan dövlətlərin bir
neçə səfirləri ilə görüşləri keçirilmişdir. 2018-ci ildə Yunanstanın Azərbaycandakı
səfiri və bu il (2022-ci il) Kubanın
respublikamızdakı səfiri ilə görüşümüz olmuşdur. Belə görüşlərin keçirilməsi
AKP MK rəhbərliyinin məqsədə uyğun fəaliyyəti kimi hesab edilməlidir.
Yoldaşlar!
Partiya-tşkilatı işlər və ilk partiya təşkilatlarının AKP Nizamnamə tələblərinin vəziyyəti barədə əlaqəli yoldaşlar məlumat verəcəklər, lakin mən bir neçə məqamlara toxunmaq istərdim. Ötən hesabat dövründə ilk partiya təşkilatlarının sayının artırılması istiqamətindəki fəaliyyətimiz heç də ürək açan deyildur. Yalnız iki ərazı partiya təşkilatlarının yaradılması AKP-nin ötən qurultayının necə yerinə yetirilməsini xarakterizə edir. AKP MK katibi Ə. Abdinovun vasitəçiliyi ilə Sabunçu rayon təşkilatının yaradılmasına böyük ümüdlər bəsləsək də hələlik istənilən səviyyəyə nail ola bilməmişik. Çox yəqin ki, cavan, perpektivli Xəyal Əskərov tənqiddən düzgün nəticə çıxararaq növbəti illərdə fəaliyyəti artıracaqdır.
Qısası, ərazi partiya təşkilatlarının sayını artırmaqla yanaşı onların fəaliyyətlərinin keyfiyyətinə də fikir vermək lazımdır. Bəzi ilk partiya təşkilatları, demək olar ki, partiya Nizamnaməsini yaddan çıxarırlar. Bilmək lazımdır ki, partiya Nizamnaməsi bütünlüklə kommunistlərin, ilk partiya təşkilatlarının gündəlik fəaliyyətlərini tənzimləyən sənəddir.
Necəki, əksər dini xadimlər “Qurani Kərimi” əzbər bilərək Onun surə və ayələrini müsəlmanara çatdırmaqda dəridən-qabıqdan çıxırlar, ilk partiya təşkilat katibləri də partiyanın Nizamnamə və Məramnasini mükəmməl öyrənib təbliğat-təşvikat işlərində bu sənədlərə istina edtməlidirlər!
Yoldaşlar!
AKP-nin
ötən qurultayında ilk partiya təşkilatlarına siralarımızı gənclər və qadınlarla
möhkəmləndirilməsi tövsiyyə olunmuşdu. Əfsuslar olsun ki, bu sahələrdə də
geriyilə yol verilmişdir. İctimai-siyasi həyatımızın bütün sahələrində olduğu
kimi bu sahələrdə də iş asan deyildir. Bir
tərəfdən demokratiya, söz azadlığı, multikulturalizm və s. prinsiplərinin bərqərqr
olduğu sivil respublikamızın bəzi əlaqəli orqanları gənclərimizin, umumiyyətcə
hər hansı bir vətəndaşımızın dialektik materializm baxışlarını heç də bir mənalı
qəbul etmirlər. Belə bir yanaşma gənclərimizə inamsızlıq, qorxu və eləcə də
qeyri səmimilik keyfiyyətləti aşılayır. Vətənə sevgi, xalqa, dilə hörmət heç də
onların hansı ideyaya, əqidəyə üstünlük vermələrindən aslı deyildir. Əsas məsələ
gənclərimiz vətənpərvərlik, əxlaqi keyfiyyətlər ruhunda tərbiyə edilməlidirlər.
Yoxsa ki, gənclərə “sən sosializm dəyərlərinə
üstünlük verirsənsə sənə yer yoxdur” yanaşılması cəmiyyətimizə xeyir gətirməz!
“Siyasi partiyalar haqqımda” qanuna gəldikdə isə onu demək lazımdır ki, 1992-cü ildə qəbul edilmiş bu qanunun, əlbətdə, günün tələbatına uyğunlaşdırılması vacib məsələdir. Lakin bu qanunu hansısa inkişaf etmiş kapitalist dövlətlərinin ictimai-siyasi səviyyəsinə uyğunlaşdırılması məqsədə uyğun sayıla bilməz. Ümumiyyəcə hər bir qanun işlənib hazırlanarkən bu ölkənin ictimai-siyasi durumunu nəzərə alınmaqla qəbul edilməlidir. Əlbətdə ki, Azərbaycanın siyasi arenasında bu qədər siyasi partiyaların fəaliyyət göstərməsi məqsədə uyğun deyil. Dünyanın bütün ölkələrində çox partiyalıq mövcuddur. Amma bizim respublikada bu bir qədər çoxdur. Hətta bu vəziyyəti Umummilli liderimiz Heydər Əliyev də diqqətdən qaçırmayaraq qeyd etmişdi ki, respublikada o qədər partiya vardır ki, fikirləşsən bir o qədər əhai yoxdur. Bizim fikrimizcə siyasi partiyaların sayını minimum həddə çatdırmaq lazımdır. Hal-hzırda respublikamızda o qədər partiya vardır ki, artıq onyara abbreyiyatura verilməsində çətinliklər yaranmışdır. Siyasi partiyalar haqqında qanuna bizim partiyanın da təklifləri əlaqıli orqanlara göndərilmışdir.
Siyasi partiyalardan söz düşmüşcə demək lazımdır ki, müasır respublikamızın siyasi arenasında istənilən səviyyədə liderlər yetişə bilmir. Bu təkcə bizim respublikada deyil bütün beynəlxalq aləmdə də belədir. Ümumiyyətlə son zamanlar beynəlxalq miqyaslı liderlərin yetişməsi məsələsi bir qədər çətinləşibdir. Dünyanın ən tanınmış siyasi liderləri XIX-XX əsrlərə təsadüf edir. Bununda əsas səbəblərindən biri və demək olar ki, birincisi siyasi mübarizənin zəifləməsi kimi qiymətləndirilə bilər(bizim fikrimizcə).
Bizim
respublika siyasi səhnəsində fəaliyyətdə olan partiya liderləri biri biri ilə
apardıqları mübarizə ideya-siyasi baxımdan deyil kimin pis kimin yaxşı olması
baxımından aparılır. Bu da primitiv fikirli liderlərin toplusuna gətirib
çıxarır. Respublikada fəaliyyət göstərən siyasi partiyaların ideya-siyasi
baxışları, demək olar ki, kommunist partiyalarından başqa, hamısı, XIX-XX əsrlərdə
tənqidə məruz qalmış liberializm ideyalarını əsas götürürlər və yalnız hakimiyyət
davası edirlər. Çoxlarının isə liberalizmin mənasını və onun əsaslarını mükəmməl
bimədikləri üçün mübarizələrinin xarakteri çox bəsit olur.
Fikrimizcə,
əgər cəmiyyətimizdə mübariz, savadlı, cavan siyasi liderlər yaranmasını istəyiriksə
buna münbüt şərait yaradılmalıdır! Dünya praktikası sübut edir ki, cəmiyyətin
ictimai-siyasi səviyyəsinin inkişafı üçün cəmiyyətdə liberal fikirlərlə yanaçı
sol fikirlərə də geniş yol açılmalıdır. Məhz bu şəraitdə siyasi mübarizə
faydalı olar!!!
Yoldaşlar!
Bu il
(2022-ci il) dekabr ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı kimi
super sosialist dövlətinin yaradılmasının 100 illik yubileyi qeyd olunacaqdır!
Bu münasibətlə Moskvada keçiriləcək beynəlxalq tədbirə bizim partiya da dəvət
almışdır.
1922-ci
ilin dekabr ayının 30-da 1917-ci il Böyük Oktyabr Sosialist İnqilabı nəticəsində
yaranmış Rusiya, Belarusila, Ukrayna və Zaqfederasiya sosialist
respublikalarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə, Moskva şəhərində,,
Birinci Ümumittifaq Sovetlər qurultayında dünyada ilk sosial ədalətin bərqərar
olduğu: Sovet Sosialist Respublikaları İttifaqı dövlətinin federativ formada, təməli
qoyuldu. Azərbaycan, əvvəlcə bu ittifaqa Zaqfederasiyaya daxil olmuş sovet
respublikalarından biri kimi, sonradan isə, 1936-cı ildə, müstəqil sosialist
respublikası kimi daxil oldu. Qeyd etmək lazımdır ki, 1936-cı ildə SSRİ tərkibinə
Orta Asiya respublikaları da daxil olduqdan sonra, artıq SSRİ-nin tərkibində 16
respublika var idi.
SSRİ-nin
tarixi əhəmiyyətindən danışarkən ilk öncə onu qeyd etmək lazımdır ki, bir neçə
milli dövlətlərin yaradılması ilə bərabər bu dövlətlərin milli xüsusiyyətlərinin,
dini baxışlarının, inkişaf səviyyələrinin, mental keyfiyyətlərinin fərqli
olmasına baxmayaraq vahid bir amal uğrunda, vahid bir ideologiya
(marksizm-leninizm) ətrafında birləşərək öz olkələrinin gələcək inkişafını
sosialist münasibətləri əsasında qurulmasına qədəm qoydular.
SSRİ-nin
yaradılması nəinki onda təmsil olunan respublikaların, eyni zamanda dünya
ictimai fikrin mütərəqqi inkişaf etməsinə təkan verən ən başlıca amil olmuşdur!
Dümyada baş verən bütün müsbət dəyişiklər, təsisatlar, əsl demokratik prinsiplər
və s. məhz SSRİ-nin təsiri nəticəsində baş vermişdir. Bunları inkar etmək günəşlə
ayın varlığını şübhə altına qoymaq kimi qiymətləndirilməlidir!
Təəssüflə
qeyd etmək lazımdır ki, bəzi dövlətlərin liderləri SSRİ-nin yaradılmasında müəyyən
mənfi xüsusiyyətləri qabardaraq SSRİ-nin yaradılmasında və bununla bağlı
qanunlarda xətalara vol verildiyi qeyd edilir. Lakin başa düşmək lazımdır ki,
zamanından aslı olaraq hər bir yeni yanaşma mütləq deyildir. Bu günün
prizmasından baxsaq müəyyən çatışmamaslıqlar görünə bilər, fəqət K. Marksın da
etiraf etdiyi kimi marksizm doqma olmadığı kimi SSRİ analoqu olmayan bir super
sosialist dövləti kimi müasir dövrün tələblərinə uyğun dəyişikliklərə eytiyacı,
bəlkədə, olmuşdur. Amma bu o demək deyil ki, belə bir dövlət məqsədyönlü şəklidə
dağıdılmalıdır?!
Bu barədə çox danışmaq olar, lakin
qurultayın öz çərçivəsi vardır. Qasaca qeyd etmək lazımdır ki, SSRİ-nin, məqsədyönlü,
dağıdılması müsbət hal kimi qiymətləndirilməməlidir!
Yoldaşlar!
AKP MK-nın partiyamızın bu qurultayına hazırladığı hesabat məruzəsinin sonluğu olaraq qeyd etmək istərdik ki, məruzədə səslənən və qurultayda səslənəcək bütün tənqid və təklifləri yeni seçiləcək heyyət nəzərə alaraq geniş tədbirlər planı hazırlayacaqdır və əminliklə qeyd etmək istəyirəm ki, AKP ilk partiya təşkilatları, yeni seşiləcək heyyətin üzvüləri və bütünlükdə kommunistlər qurultayda qəbul ediləcək qərarları həyata keçirmək üşün bütün imkanlarını səfərbər edəcəklər! Bu işlərdə hamıya uğurlar arzulayıram!
Yaşasın daim inkişafda olan, elmi əsaslara söykənən marksizm-leninizm nəzəriyyəsi! Ura!
0 Комментарии