Recents in Beach

Fransanın siyasi riyakarlığı

                                   Telman Nurullayev,

                    Azərbaycan Kommunist Partiyasının sədri

Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Azərbaycan kommunistləri Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnaməsini  qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndirirlər.

Bütün dünya bilir ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamışdır.  Dövlətimizin münaqişəni  dinc yolla nizama salınması üçün daim səylər göstərirdi. Vasitəçilik vəzifəsini öhdəsinə götürən ölkələr, xüsusən Fransa tərəfindən isə ikili standartlara yol verilirdi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələbləri yerinə yetirilmirdi. Digər tərəfdən də Beynəlxalq qaydaları kobud şəkildə pozan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilmirdi.

Antiazərbaycan prosesində Fransa xüsusi fəallıq göstərmişdir. Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının son təxribatçı addımları da bunu təsdiq edir.

Qəbul olunmuş qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə məlumatlar  bilərəkdən gizlədilmişdir.

Beynəlxalq kommunist və fəhlə partiyalarına bildirmişik ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını öz gücü ilə təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını təmin etmişdir.

Azərbaycan Kommunist Partiyası beynəlxalq kommunist və fəhlə partiyalarını Fransa parlamentinin üzvlərinin Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməsinə, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymasına təsir göstərməyə cağırır.

 

Отправить комментарий

0 Комментарии