Kommunist Əlqəmə Musa oğlu Orucov (21.10.1931 – 18.05.2021) Sumqayıt şəhərinin ən nüfuzlu ziyalılarından bir idi. O öz mənal həyatını marksizm-leninizm təlimi, sosial ədalət, azadlıq, əmək adamlarının bərabərliyi və qardaşlığı kimi yüksək ideallara həsr edib. Əməlləri ilə sovet həyat tərzinin nailiyyətlərini və üstünlüklərini parlaq və inandırıcı şəkildə nümayiş etdirirdi. Əlbəttə ki, bu üstünlüklərdə və nailiyyətlərdə onun üzv olduğu Kommunist Partiyasının yenilməz iradəsi, kütlələrin fədakar əməyi və sosial yaradıcılığı öz təcəssümünü tapmışdı.
Kommunist Partiyasının Lenin xəttinə ciddi əməl
edən Əlqəmə Orucov Oktyabr inqilabının
açdığı, böyük Leninin göstərdiyi yolla sona qədər inamla irəlilədi. Ötən əsrin
90-cı illərində Azərbaycan Kommunist Partiyası süquta uğrayandan sonra ona
yenidən nəfəs verib, dirçəldənlərin ön sırasında oldu. Zəhmətkeşlərin rifahı, əmək
və istirahət şəraitini yaxşılaşdırmaq naminə sosializm uğrunda mübarizəsini
davam etdirdi.
Çoxcəhətli
və səmərəli işləri ilə fərqlənən Əlqəmə Orucov fəal ictimai xadim, sumqayıtlı gənclərin
böyük dostu və müdrik hamisi idi. Alovlu sovet vətənpərvərliyi onun kommunist əxlaqından
irəli gəlirdi. Məhz onun rəhbərliyi dövründə Sumqayıt Şəhər Partiya Komitəsi Azərbaycan
kommunistlərin şanlı avanqardına çevrilmişdi. Sumqayıtlı kommunistlər cəmiyyətin
ictimai-siyasi həyatında mühüm yer tuturdu.
Kapitalizmdən
sosializmə keçid dövrünün zəruriliyi aktuallaşdıqca Əlqəmə Orucov kimi
prinsipial kommunistlərə daha çox ehtiyac var. Sosial-siyasi sahədə sosialist dəyişikliklərə
maraq artır, insanlarda sosialist şüurunun formalaşması vacibliyi yaranır.
Əlqəmə
Orucov qəlb saflığına və hərarətinə görə, sosializm ideallarına sarsılmaz sədaqətinə
görə daim minnətdarlıqla xatırlanacaqdır. Bir neçə gün öncə partiya yoldaşları
Sumqayıtda onun məzarını ziyarət etmiş, əziz xatirəsini yad etmişlər.
Ədalət
Abdinov
0 Комментарии