Əziz yoldaşlar!
Kommunistlər!
Solçular!
Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul
edin!
Bir əsrdən çox əvvəl doğulan
bu bayram bizim üçün hələ də vacib və əzizdir. 1 May sülh və tərəqqi qüvvələrin
birliyinin parlaq simvoluna çevrilib. Bu, bizi böyük ümidlərlə ruhlandırır, zəhmətkeş
insanların öz hüquqları uğrunda mübarizədə qələbə çalacağına inamımızı gücləndirir.
1 May keçmiş sovet xalqların
və dünyanın bütün zəhmətkeşlərinin ən vacib və sevimli bayramlarından biridir.
Həmin adamlar ki, onlar vicdanla yaşamağa, vicdanla işləməyə öyrəşmişlər. Həmişə
bərabərliyin, qardaşlığın, xalqların dostluğunun tərəfdarı olublar. Məhz bu
yüksək ideallar Böyük Oktyabr inqilabının qələbəsinin açarı oldu. Dünyada ilk fəhlə
və kəndli dövləti Sovet Sosialist Respublikaları İttifaqı bu ölməz ideallar üzərində
qurulmuşdur.
Sovetlər ölkəsində bayram əmək
və mənəvi həyatda şanlı qələbələrin simvolu idi. Lenin yeni iqtisadi siyasəti
(NEP) güclü iqtisadi bərpanın başlanğıcını qoydu. Bunun ardınca savadsızlığın
aradan qaldırılması, kəndlərin abadlaşdırılması, sənaye qüdrətinin yaradılması
sahəsində uğurlar əldə edildi. Böyük Vətən Müharibəsində gələcək qələbə birinci
beşillik planların uğurla yerinə yetirilməsi ilə möhkəmlənmişdi. Nasizmlə
döyüşün taleyüklü illərində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi SSRİ-nin sağ
qalmasına və qalib gəlməsinə kömək etdi. Bütün xoşməramlı insanların fərəhinə
görə, Sovet Vətənimiz iqtisadiyyat və sosial müdafiə, elm və təhsil, səhiyyə və
mədəniyyət sahələrində misli görünməmiş zirvələrə yüksəlmişdir.
Bu gün Vətənimizdə həllini
tapmamış problemlər çoxdur. Son otuz ildə itirilənləri, işləyənlərin,
yaradanların birliyi, əzmi olmadan geri qaytarmaq olmaz. Biz isə əminliklə
deyirik: zəhmətkeşlərin həmrəyliyi yaşayır!
Möhtəşəm və taleyüklü
dövrümüzdə yalnız cəmiyyətin ədalət, demokratiya və sosializm idealları üzərində
birliyi zəhmətkeşləri işsizlik, evsizsizlik və yoxsulluqdan xilas edəcəkdir. Zəhmətkeş
xalqın həmrəyliyi Vətənimizə əzab verən oliqarx boyunduruğuna son qoymağa,
Böyük Oktyabr inqilabının uğurlarını dirçəltməyə qadirdir!
Bayramınız mübarək, əziz
dostlar!
İnanırıq və bilirik: qələbə
bizim olacaq!
Ədalət Abdinov
0 Комментарии