Recents in Beach

Uşaqlığımın ölkəsi dünyanın ən firavan və böyük ölkəsi idi



Uşaqlığımın ölkəsində küçələrdə demək olar ki, milis (indi polis deyirlər) yox idi. Əllərində avtomat dəstə halında milislərə, ümunmiyyətlə rast gəlmək mümkün deyildi. Uşaqlığımın ölkəsində milisdə işləmək təhlükəli, lakin zəruri hesab olunurdu.

Uşaqlığımın ölkəsində hərbi xidmət hər kəs üçün şərəfli vəzifə sayılırdı, hərbi peşə mötəbər və yüksək maaşlı idi.

Uşaqlığımın ölkəsində deputat vəzifəsi pulsuz idi. Deputatların qəbul etdiyi qanunlar mükəmməl, dürüst, kəm-kəsirsiz idi.

Uşaqlığımın məmləkətində nə mağazaların yanında, nə də yeraltı keçidlərdə dayanan dilənçi yox idi. Uşaqlığımın ölkəsində evsiz-eşiksiz, ac insanlar yox idi. Qapı-qapı gedib xəstənin müalicəsi üçün pul yalvarmırdılar.

Uşaqlığımın ölkəsində milyonlarla tirajla kitablar çap olunurdu, qəzet və jurnallar hamı tərəfindən abunə olunurdu. Ailəmizdə dörd-beş jurnala, beş-altı müxtəlif qəzetə abunə idik.

Uşaqlığımın ölkəsində vitrində həmişə böyük kublar şəklində üç növ kərə yağı olurdu: premium yağ, duzlu yağ və şokolad yağı. Süni qidanın, vaxtı keçmiş ərzağın nə olduğunu bilmirdik.

Uşaqlığımın ölkəsində mənzillər satılmırdı, dövlət növbəyə uyğun geniş, yaraşıqlı mənzilləri pulsuz verirdi.

Uşaqlığımın ölkəsində pensiya yaş həddi insanlığa uyğun idi. Pensiya pulu işlədiyin müddətdən də yaxşı yaşamağa imkan verirdi.

Uşaqlığımın məmləkətində televizorda ən vacib xəbərləri eşidirdim. Nazirlər Sovetinin sədrimiz isə kimdir, - mən ancaq yetkinlik çağında bilmişəm.

Uşaqlığımın ölkəsində idman və bədən tərbiyəsi ilə məşğul olmaq adət idi. Futbol və voleybol milyonların oyunu idi.

Uşaqlığımın ölkəsində uşaqların pulsuz istirahət etmələri üçün pioner düşərgələri var idi. Ən başlıcası, dövlət uşaq pulu verirdi. Ən sürətli qatar bir həftə ərzində sərhəddən sərhədə gedirdi.

Uşaqlığımın ölkəsində pasport almaqdan əvvəl - 16 yaşına qədər kimin hansı millətdən olduğunu heç kim düşünmürdü. Maraqlı olmadığı üçün bu haqda soruşmurdular.

Uşaqlığımın ölkəsində uşaq bağçası xəstəxana da pulsuz idi.

Uşaqlığımın ölkəsində işsizlik yox idi. Əksinə, hər bir müəssisənin qarşısında lazım olan peşələrin siyahısı olan nəhəng bir iş elanı lövhəsi vardı.

Uşaqlığımın məmləkətində mafiya yox idi, “fahişə” də söyüş idi. Spekulyantlıq, möhtəkirlik, alverçilik təhqir idi.

Uşaqlığımın məmləkətində uşaqlar nalayiq, ədəbsiz söz danışmazdılar - hətta ətrafda böyüklər olmayanda belə.

Uşaqlığımın məmləkətində həyətdə, evdə uşaq oyunları oynamaqla yanaşı, kitablara da pərəstiş edirdik. Özümüz kitab dükanlarına gedib növbəyə dururduq. Biz kitablara geyimdən, ayaqqabıdan daha çox dəyər verirdik. İstənilən bayram üçün ən yaxşı hədiyyə kitab idi.

Uşaqlığımın ölkəsində damağında siqaret yarıçılpaq sərxoş qadınlara rast gəlməzdin. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət var idi.

Uşaqlığımın ölkəsində hamımız kosmonavtlarımızla fəxr edir, onları adları ilə tanıyırdıq və kimsə öləndə hamımız birlikdə kədərləndik.

Uşaqlığımın ölkəsində heç kim birinci sinif şagirdlərini məktəbdən görmürdü, çünki hamı hər yerə özü gedirdi.

Uşaqlığımın ölkəsində həmkarlar ittifaqı var idi. Valideynlərimizi istirahət etmək üçün pulsuz sanatoriya və kurortlara göndərirdi. İndi də belə adda təşkilat var, ancaq ona niyə həmKARlar deyirlər, düzünü siz bilərsiniz.

Uşaqlığımın ölkəsində biz hamımız az-çox eyni yaşayırdıq və buna görə də heç kim öz rifahı və ya nadir satınalmaları ilə heç kimə öyünmürdü. Hamı az-çox eyni şeyi alırdı. Bir-birinə paxıllıq yox idi.

Ədalət Abdinov

Globkom.info

Отправить комментарий

0 Комментарии