Recents in Beach

Burjua diktaturasının əlamətləri


Bu gun imperialistlərin diqtəsiylə, eləcə də bir çox keçmişinə tüpürən mənəviyyatı yoxsul kəslər qeyd edir ki, “sovetlər dönəmində kölə kimi yaşamışıq, seçim azadlığımız, müstəqilliyimiz olmayıb, milli kimliyimiz daim aşağılanıb”. Bu cür sayaqlayanlara hazırkı vəziyyətimizdən, daha doğrusu burjuanın gətirdiyi “yenilik”ləri nəzərinizə çatdırıram.

SSRİ-də səhiyyə tamamilə pulsuz və keyfiyyətli idi. Hazırda Azərbaycanda səhiyyə əhalinin bütün təbəqəsi üçün, əsas çoxluq olan kasıblar üçün əlçatan deyil və pulludur. Özəl tibbi xidmətlər üçün pulunuz yoxdursa, müalicə olunmayıb öləcəksiz. Burjuaziya diktaturası belə tələb edir.

SSRİ-də insanlara əmək fəaliyyətinə uygun olaraq növbəli və pulsuz mənzil verilirdi. İndi isə əhaliyə dövlət hesabına evlərin verilməsi yoxdur. Məcbur olub ya valideyn evlərində qalmalı, ya da 20-30 illik (qədərindan daha çox pul odəməklə) ipoteka ilə mənzil almalısız. Bu bankların sizi qandallamasıdır. Mədəni köləlik burjuaziya diktaturasıdır.

Sovetlər İttifaqında işsizlik yox idi. Əksinə boş bekar gəzən, əmək fəaliyyəti ilə məşğul olmayan insanlar məsuliyyətə cəlb olunurdu. İş vakansiyaları bol idi və hər bir sovet vətəndaşı öz bacarığına görə iş tapır və ya təyinatla işlə təmin olunurdu. İndi isə məmləkətimizdə işsizlik baş alıb gedir. Ailələr, gənclər xaricə üz tutur.  Hazırda və gələcəkdə, İŞSİZ qalmaq qorxusu və ya həmişəlik dilənçi maaşlı bir işdə qalmaq qorxusu hökm sürür. Burjuaziya diktaturasının təzahürüdür.

Fəhlə və kəndli ölkəsində dünyaya göz açan hər körpəyə görə dövlət uşaq pulu verir. Bu gün isə Azərbaycanda uşaq nəinki verilmir, hətta bu məsələni dövlət qarşısında qaldıran biganəliklə qarşılanır. Yaşasın burjua diktaturası.

Bundan başqa:

- Böhranlar;

- Hərbi münaqişələr;

- Televiziyada bazara sığışmış hər cür parazitlərin doymuş, lovğa simaları;

- Mədəniyyətsizlik, mənəviyyatsızlıq, əxlaqsızlıq, sərsəmlik, qaranlıqlar;

- Cəmiyyətin atomlaşması, insanlar arasında yadlaşma.

Qeyd olunanların (çox uzunçuluq etməyib digər naqislikləri dilə gətirmədim) hamısı kapitalizmin və burjuaziya diktaturasının əlamətləridir.

Kapitalist zooparkında qorxmaq üçün çox səbəb var. Qorxu hər yerdədir. Minlərlə səbəbə görə qorxu və demək olar ki, hamısının kökü istismarçı cəmiyyətin iqtisadi quruluşundadır. Bu və digər bazar xəstəliklərinin yalnız bir çarəsi var. Ancaq hələlik əksər muzdlu qullar və kiçik dükan sahibləri üçün doğru kapitalizmə inanmaq və Bolivarın onları çıxaracağına ümid etmək daha asandır.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии