Dahi V.İ.leninin mavzoleyi ilə bağlı hələ də bəzi ağzıgövşəklərə rast gəlmək olur. Bu boşboğazlar anlamırlar ki, Leninin cəsədinin Moskvadakı Qırmızı Meydanda yerləşən Mavzoleydə qorunması həm tarixi, həm siyasi, həm də simvolik baxımdan çox mühüm əhəmiyyətə malikdir.
Əvvəla lenin Böyük Oktyabr Sosialist inqilabının, dünyada ilk fəhlə-kəndli dövlətinin yaradıcısıdır. Sovet ideologiyasının simvolu olan mavzoley xalqın sönməz məhəbbəti ilə “əbədi lider” obrazını təcəssüm etdirir. Bu, həm də onu təsdiq edir ki, işıqlı sovet ideologiyasını insanların şüurundan silmək mumkün deyil.
Stalin və digər kommunist rəhbərlər sovet ideyaları və irsi ilə bağlamaq üçün Leninin məzarını və şəxsiyyətini xalqın istəyi ilə müqəddəs bir simvola çevirməkdə haqlı idilər. Bu, həm də siyasi legitimlik və kommunistlərin Lenin yoluna dönməz sədaqətidir.
Mədəni və tarixi abidə kimi də Leninin mavzoleyi müqəddəs sovet tarixinin bir hissəsidir.
Tarixdə çoxlu sayda siyasi liderlər olub və onların cəsədləri dəfn edilib. Çoxu da sonralar unudulub. Amma Leninin bədəni xüsusi texnologiyalarla mumiyalanaraq yüz ildən artıqdır ki, açıq şəkildə saxlanır. Bu, özlüyündə dünya miqyasında nadir, unikal hadisədir və həm də siyasi simvol kimi tarixə düşüb.
Liberallar, burjuylar, kapitalistlər, xalqın qanını soranlar və siyasi proseslərdə piyada olan bəzi taxtabaşlar dini bəhanə gətirərək Lenini xristian qaydasında dəfn etməyi tələb edirlər. Əslində şəraitə uyğun donunu dəyişən həmin ikiüzlülər, riyakarlar din təəssübkeşi cildinə girməklə onların yolunu kəsən leninin ideyalarını, irsini aradan qaldırmaq istəyirlər.
Mavzoleydə leninin əzəmətli görünüşü isə sovet tarixinin silinməz yaddaşını qoruyur. Liberalların ona qarşı hər hansı cirkin cəhdi uğursuz olacaq və zəhmətkeşlərin müqaviməti ilə rastlaşacaqdır.
Ədalət Abdinov


0 Комментарии