1991-ci il avqustun 24-də M.Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsindən istefa verdiyini elan etdi və Mərkəzi Komitəni özünü buraxmağa çağırdı. Ardınca "çatlarda gizlənən” satqınların avanqardı heç bir etiraz səsi çıxarmadan itaətkarcasına susdu. Mərkəzi Komitənin Siyasi Bürosu, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi, Respublika kommunist partiyaları, vilayət komitələri, ərazi komitələri, raykomlar batan siçovullar kimi sadəcə olaraq qaçdılar.
Respublikalar bir-birinin ardınca özlərini müstəqil dövlət elan etməyə başladılar. Bütün dövlət strukturlarının parçalanması başladı. SSRİ Xalq Deputatları Qurultayı buraxıldı, SSRİ Ali Sovetinin formalaşdırılması qaydası dəyişdirildi, SSRİ Prezidentindən və ittifaq respublikalarının ali vəzifəli şəxslərindən, habelə Dövlətlərarası İqtisadiyyat Komitəsindən ibarət SSRİ Dövlət Şurası yaradıldı.
Yeni yaradılmış SSRİ Dövlət Şurası öz işinə Latviya, Litva və Estoniyanın müstəqilliyini qeyri-qanuni, buna görə də cinayət yolu ilə tanımaqla başladı. Qanun kobudcasına pozuldu, tapdalandı. Çünki o vaxt SSRİ-dən ayrılma proseduru haqqında Qanun artıq mövcud idi və ayrılma zamanı qanunun tələbləri yerinə yetirilmədi.
1991-ci il noyabrın 4-də Dövlət Təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət şöbəsinin müdiri, prokurorluq kollegiyasının üzvü və SSRİ Baş prokurorunun böyük köməkçisi V.İ.İlyuxin SSRİ Prezidenti Mixail Qorbaçova qarşı RSFSR Cinayət Məcəlləsinin 64-cü maddəsi (Vətənə xəyanət) ilə cinayət işi qaldırdı. Buna səbəb Litvanın, Latviyanın və Estoniyanın müstəqilliyinin tanınması haqqında SSRİ Dövlət Şurasının 6 sentyabr 1991-ci il tarixli qərarlarını imzaladığı üçün.
Bu qərarların qəbulu nəticəsində “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ qanunu pozulmuşdur (bu respublikalarda SSRİ-nin tərkibindən çıxmaq üçün referendumlar keçirilmirdi).
Lakin SSRİ baş prokuroru Nikolay Trubin Baltikyanı respublikaların müstəqilliyinin tanınması barədə qərarı şəxsən prezident deyil, Dövlət Şurası qəbul etdiyi üçün işi bağladı. İki gün sonra İlyuxini SSRİ Prokurorluğundan azad etdilər. SSRİ 12 respublikaya endirildi...
Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvlərinin dövlət çevrilişinə cəhd edən sui-qəsdçi elan edilməsi ilə əlaqədar Sovet İttifaqının strukturları ləğv olunmağa başladı və heç kim bəyan etmirdi ki, Dövlət Fövqəladə Vəziyyət Komitəsinin sui-qəsdçilər elan edilmiş üzvləri SSRİ-nin qanuni hökuməti olub, ölkədə fövqəladə vəziyyət elan etmək və asayişi bərpa etmək üçün başqa tədbirlər görmək hüququna malikdirlər. Məhz buna görə də sonradan məhkəmə onların əməllərində cinayət tərkibi aşkar etməyib.
Sui-qəsdçi Yeltsinin özü idi, bir qrup "demokrat" onu dəstəkləyirdi və sui-qəsdin məqsədi bəlli idi - SSRİ-nin dağıdılması. Amma ölkədə Sov.İKP və SSRİ-yə qarşı cəlbedici şüarlar, köklü ittihamlar altında bütün qanunları tapdalayan Yeltsinin "demokratik" qrupu tərəfindən tam özbaşınalıq mühiti yaradıldı. Rəqiblərini öz “intiharları” və Dövlət Fövqəladə Vəziyyət Komitəsi üzvlərinin məhkəməsi ilə qorxudan demokratlar gözləmirdilər ki, respublikaların, xüsusən də Orta Asiyadan olan əksər respublikalar hələ də İttifaq müqaviləsi bağlamaq istəyirlər.
Ədalət Abdinov


0 Комментарии