2025-ci ildə Rusiya Federasiyasında İosif Vissarionoviç Stalinin şərəfinə rekord sayda heykəllər xalqın ixtiyarına verilib. Faşizm üzərində Böyük Qələbənin 80-ci ildönümündə kommunistlərin, ictimai təşkilatların, vətəndaşların və müəssisələrin təşəbbüsü ilə artıq generalissimusun xatirəsinə 13-ə yaxın abidə və digər memarlıq əsərləri ucaldılıb. Artan bu tendensiya sovet xalqının rəhbərinə həqiqi ictimai münasibəti nümayiş etdirir.
Qeyd edək ki, 2019-cu ildən bəri böyük rəhbərin şərəfinə abidələrinin ucaldılması artan xətlə davam edir. Altı il əvvəl SSRİ rəhbərinin anadan olmasının 140 illiyi bütün dünya ölkələrində qeyd olundu. Rusiyada isə sovet dövlətinin başçısının xatirəsini yad edən 11 heykəltəraşlıq nümunəsi yaradıldı. Sonrakı illərin rəqəmləri daha təvazökar oldu.
Məğlubedilməz sərkərdə İosif Stalinin Rusiyada 2022-ci ildə iki, 2023-cü ildə üç, 2024-cü ildə altı abidəsi ucaldılıb. Böyük Qələbənin 80-ci ildönümündə artıq liderin 13 yeni heykəli öz yerini tapıb – rekord sayda! Coğrafiya təsir edicidir. Moskva, Voloqoda vilayətlərində və Çuvaş Respublikasında “Xalqlar atası”nın hər biri ayrılıqda iki, ümumilikdə altı heykəli yüksəldilib. Moskva, Kalininqrad, Murmansk, Vladiqafqaz, Ulan-Ude, Melitopol və Amirovo kəndində (Başqırdıstan) hər biri ayrılıqda yeddi heykəli ucaldılıb.
Açıq məlumatların monitorinqi göstərdi ki, əksər hallarda Generalissimusun abidələrinin ucaldılması təşəbbüsü aşağıdan gəlir. Təşəbbüskarlar arasında kommunistlər, veteran təşkilatları, biznes nümayəndələri və fərdi şəxslər var. Hazırkı Rusiya iqtidarının təşəbbüs göstərdiyi hallar nadirdir. Abidələrin qoyulması üçün, necə deyərlər, belə hallarda dünyanın hər yerindən vəsait toplanır. Bu onu göstərir ki, hətta iş adamları da öz vəsaitləri hesabına sovet dövlətinin liderinin abidəsini ucaltmaqdan çəkinmirlər. Şübhəsiz ki, Rusiyada vətənpərvər mövqe tutan və Böyük Vətən Müharibəsində Ali Baş Komandanın rolunu yüksək qiymətləndirən sahibkarlar var.
Onu da qeyd etmək yerinə düşər ki, abidələrin əksəriyyəti xüsusi mülkiyyətdə ucaldılıb, çünki bu, yerli hakimiyyət orqanları ilə koordinasiyaya ehtiyacı aradan qaldırır. Bununla belə, bir sıra hallarda İosif Stalin yerli hakimiyyət orqanlarının (Moskva, Voloqoda və Zaporojjya vilayətləri) razılığı ilə ictimai qurumlara məxsus torpaqlarda ucaldılıb. Bu məsələdə regional hakimiyyət orqanlarının mövqeyi mühüm rol oynayır. Məsələn, Voloqoda vilayətinin qubernatoru Georgi Filimonov generalissimusun abidələrinin qoyulmasını açıq şəkildə müdafiə edir.
Bir daha qeyd etmək vacibdir ki, əksər hallarda təşəbbüs birbaşa ictimai birliklərdən, sadə vətəndaşlardan gəlir və cəmiyyətdə güclü dəstək tapır. Sovet dövləti başçısının heykəlinin yerinin müəyyən edilməsində vətəndaşlar özləri iştirak edirlər; könüllü ianələr hesabına abidələr ucaldılır, ilk gündən təkcə qocalar deyil, gənclər də postamentə güllər düzürlər. İosif Vissarionoviç ölkədə hörmətlə qarşılanır və bu, tarixi faktdır.
Gürcü əsilli, pinəçi ailəsində dünyaya göz açmış və SSRİ kimi dünyanın böyük dövlətinin rəhbəri olmuş şəxs bu gün faşizm üzərində qələbənin simvoludur. Stalinin rəhbərliyi altında Sovet İttifaqı sürətlə güclü sənaye sıçrayışına nail oldu, onsuz Vermaxtı məğlub etmək sadəcə mümkün deyildi. Stalinin rəhbərliyi ilə müharibənin ilk günlərindən bütün sovet sənayesi müharibə vəziyyətinə gətirildi, bütün resurslar səfərbər olundu. Ali Baş Komandanın “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndi və bir məqsədi güdürdü: Böyük Vətən Müharibəsində Qələbə. Ölkə dərhal nasist heyvanının belini qıraraq hərbi qalaya çevrildi. Dünya qəhvəyi vəbadan xilas oldu. Təəssüf ki, bu gün həmin şər geri qayıdır.
Uzun illər İosif Stalinin üzərinə yığılan tonlarla yalan və böhtanları həyat özü yuyub aparır. “Qanlı cəllad” haqqında yalançı antisovet mifləri dağılır və SSRİ-yə böyük qələbələr qazandırmış, onu qüdrətli sənaye dövlətinə çevrirmiş, dünyanın ən qabaqcıl və qüdrətli dövlətləri sırasına qoşmuş dövlət xadiminin şanlı tarixi yaddaşı qalır. Buna görə də İ.V.Stalinin abidələrinin ucaldılması xalqın səy göstərdiyi tarixi ədalətin bərpası ilə bağlı obyektiv prosesi əks etdirir.
Ədalət Abdinov
Globkom.info


0 Комментарии