ŞÜARLARI
1.Yaşasın Böyük Oktyabr sosialist inqilabının şanlı 100 illiyi!
2.Yaşasın XX əsrin başlıca hadisəsi, bəşəriyyətin kapitalizmdən sosializmə doğru ümumdünya – tarixi dönüşünün başlanğıcı olan Böyük Oktyabr sosialist inqilabı!
3. Yaşasın Böyük Oktyabrın müzəffər bayrağı, imperializmə qarşı, sosializm və kommunizmin qələbəsi uğrunda mübarizədə bütün ölkələrin zəhmətkeşlərinin qüdrətli ideya silahı olan marksizm – leninizm!
4.Yaşasın müzəffər Oktyabr inqilabının ilhamçısı və təşkilatçısı, sosializm uğrunda mübarizədə zəhmətkeşlərin avanqardı olan kommunistlər birliyi!
5. Qoy Oktyabr inqilabının rəhbəri, kommunist təşkilatının və dünyada birinci sosialist dövlətinin yaradıcısı və rəhbəri olan Vladimir İliç Leninin adı və işi əsrlər boyu yaşasın!
6. Qoy Oktyabrın Lenin qvardiyasının şanlı Leninçi bolşeviklərin, sosializmin qələbəsi uğrunda bütün mübarizlərin misilsiz hünəri xalqın xatirəsində əbədi yaşasın!
7. Yaşasın sosializm quruculuğunun aparıcı qüvvəsi olan fəhlə sinfi!
8. Yaşasın sosializm naminə fəal mübarizlər olan kəndli sinfi!
9. Yaşasın sosializm ideyalarına, sovet ənənələrinə sadiq olan xalq ziyalıları!
10.Sovet ənənələrini yüksək qiymətləndirən Azərbaycan xalqına eşq olsun!
11. Yaşasın fəhlə sinfinin, kəndlilərin və xalq ziyalılarının sarsılmaz ittifaqı! Qoy
gələcək sosializmin sosial-siyasi və ideya birliyi möhkəmlənsin!
12. Yaşasın sosialist demokratiyasının mənbəyi, sosializmin qələbəsinin rəhni – kommunist təşkilatı ilə xalqın sarsılmaz birliyi!
13.Yaşasın Oktyabrın, Lenin milli siyasətinin nailiyyəti – xalqların mehriban dostluğu və yenilməz birliyi!
14. Sosialist qurluşunun siyasi əsası olan Xalq Deputatları Sovetlərinin təcrübəsi ən böyük inama layiqdir! Qoy dövlətin idarə olunmasında fəhlələrin, kəndlilərin, ziyalıların iştirakı genişlənsin!


0 Комментарии