(6 iyun 1972-ci il)
Əziz yoldaşlar!
İzin verin, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin tapşırığı ilə görkəmli partiya və dövlət xadimi, inqilabçılar dəstəsinin nümayəndəsi Nəriman Nərimanovun abidəsini açım.
Əziz yoldaşlar!
Azərbaycan paytaxtında bütün ömrünü zəhmətkeşlərin azadlığı və səadəti uğrunda mübarizəyə həsr etmiş insanın, SSRİ MİK-in ilk sədrlərindən biri Nəriman Nərimanovun abidəsinin ucaldılmasının dərin rəmzi mənası vardır. ...Yoldaşlar! Nəriman Nərimanov ictimai-siyasi və mədəni-maarif fəaliyyətinə XX əsrin əvvəllərində Bakıda başlamışdır. O zaman burada sinfi mübarizə get-gedə şiddətlənirdi. Bakı proletariatının beynəlmiləl ailəsində mətinləşən, onun inqilabi çarpışmalarında iştirak edən Nəriman Nərimanov marksizm-leninizm ideyalarına getdikcə daha dərindən yiyələnir və siyasi rəhbər kimi püxtələşirdi. Nəriman Nərimanov "inqilab universitetlərini" Odessada, Tiflisdə və Həştərxanda da keçmişdir. Burada o, fəhlələr, tələbələr və ziyalılar arasında böyük iş aparırdı. Nəriman Nərimanov kütlələr arasında iş aparmaqdan çox böyük həzz alır, xalqla daim ünsiyyətdə olmağa böyük ehtiyac hiss edirdi. Nəriman Nərimanovun böyük Leninlə görüşləri onun bir siyasi xadim kimi yetişməsində böyük rol oynamışdır. Vladimir İliçlə hər bir söhbət N.Nərimanovun şüurunda unudulmaz iz buraxır, onun daxili aləmini zənginləşdirir, dünyagörüşünü genişləndirir, kommunizm ideyalarının həyata keçirilməsi uğrunda mübarizədə ona yeni qüvvət verirdi. ...1919-1920-ci illərdə Nəriman Nərimanov Moskvada RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın və Orta ġərq ölkələri şöbəsinin müdiri, sonra isə Rusiya Federasiyası Xalq Milli İşlər komissarının müavini vəzifələrində çalışaraq səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan Sovet hökumətinin birinci sədri vəzifəsində çalışarkən Nəriman Nərimanov S.M.Kirov, Q.M.Musabəyov, S.M.Əfəndiyev, A.P.Serebrovski, H.H.Sultanov ilə, habelə digər partiya və dövlət xadimləri ilə birlikdə var qüvvəsini gənc Sovet respublikasının təşəkkülü işinə, partiyanın Leninin milli siyasətinin dönmədən həyata keçirilməsinə sərf edirdi. SSRİ-nin təşkil edilməsi ölkəmizin inkişafında yeni mərhələ olmuşdur və öz siyasi əhəmiyyətinə, ictimai-iqtisadi nəticələrinə görə Sovet dövlətinin tarixində görkəmli yer tutur. Nəriman Nərimanov SSRİ MİK-in sədri kimi yüksək vəzifədə çalışarkən var qüvvəsini, biliyini və təcrübəsini partiyanın Mərkəzi Komitəsinin və Sovet hökumətinin qərarlarının - qardaş respublikalarda iqtisadiyyatın və mədəniyyətin inkişafına, sovet xalqlarının dostluq və əməkdaşlığının möhkəmlənməsinə yönəldilən qərarların həyata keçirilməsi uğrunda mübarizəyə sərf edirdi. Xalqların belə sarsılmaz birlik və qardaşlığının - Yer kürəsində bütün azad, tərəqqipərvər insanların, bütün qabaqcıl bəşəriyyətin ümidi və fəxri olan bizim Sovet İttifaqında təcəssüm edən bu birlik və qardaşlığın bəşəriyyət tarixində misli-bərabəri olmamışdır. SSRİ-nin təşkil edilməsi və tərəqqisi partiya tərəfindən müdrik Leninin milli siyasətinin ardıcıllıqla həyata keçirilməsi sayəsində, ölkəmizdəki bütün millətlərin və xalqların böyük qardaşı və dostu olan böyük rus xalqının misilsiz yaradıcı rolu sayəsində mümkün olmuşdur.
...Nəriman Nərimanov bu gün də bizimlədir. O özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır, inqilabi vuruşmalarda və yaradıcı sosialist əməyində şöhrət qazanmış qəhrəman Bakıda ucalır və Sovet hakimiyyəti illərində tanınmaz dərəcədə respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir.
Əziz yoldaşlar!
Sovet hakimiyyəti illərində çox şey dəyişmiş, tanımaz olmuşdur. Lakin bolşeviklər qvardiyasının ölməz döyüşçülərinə zəhmətkeşlərin qızğın məhəbbəti və dərin minnətdarlıq hissi dəyişməz qalır. Bu qvardiyanın sıralarında Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanov layiqli yer tutur.
"Ədəbiyyat və incəsənət" qəzeti, 9 iyun 1972-ci il

0 Комментарии