Recents in Beach

OKTYABRIN İŞIQLI YOLU İLƏ


Azərbaycan kommunistləri Böyük Oktyabr sosialist
inqilabının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirləri davam etdirirlər.

Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyinə hazılıq üzrə Yubiley Komitəsi 28 oktyabr 2017-ci ildə  növbəti tədbir kecirmişdir. Tədbirdə Azərbaycan KP MİK sədri Hacı Hacıyev yoldaş "1917-ci ilə qədərki dövrdə Azərbaycanda kommunist hərəkatının fəaliyyəti haqqında" məruzə ilə cixış etmişdir.
Məruzə ətrafında müzakirələrdə kommunistlərdən A.Orucov, S.Süleymanov, A.Mustafayev, V.Vadulin, Ə.Xəlilov cıxış etmişlər. Qeyd olunmuşdur ki Böyük Oktyabr sosialist inqilabının 100 ilinin tamam olması sıravi hal deyil,bu inqilab sosialist inqilabının ən qalibiyyəli qələbəsi olmuşdur.
Bəşəriyyət proletar diktaturasının hakimiyyəti illərində insanın insan tərəfindən istismarının ləğv olunduğunu görmüş, əməkci xalq- babalarımız, nənələrimiz,  atalarımız, analarımız 70 ildən cox vaxt ərzində sovetlər birliyində xaruqələr yaratmışlar.
Tədbir iştirakcıları sosializm yönümlü respublika əhalisınə,kommunist partiyasının üzvlərinə, partiyanin təssübkeşlərinə Müraciət qəbul etmişdir.






                                                         *    *    *

27 oktyabr 2017-ci ildə  Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsi Böyük Oktyabr sosialist inqilabının 100-cü ildönümünə həsr olunmuş  yığıncaq kecirmişdir. Yığıncaqda  İmişli Rayon Partiya Komitəsinin  birinci katibi Rüstəm Qüdrətov yoldaş geniş  məruzə ilə çıxış etmişdir. 
Yığıncaq iştirakcıkarı sosializmin 70 il ərzində əmək adamına böyük nemətlər bəxş etdiyini,əsil xalq ictimai quruluşunun cəmiyyətin tərəqqisinə dair elmi kommunizmin banilərinin uzaqgörənliklə söylədikləri fikirlərin həyata kecirilməsinə əməli işlər görüldüyünü qeyd etmişlər.
Kommunistlərin yığıncağı partiya təşkilatlarının üzvlərinə marksizm - leninizm  təlimının dərindən öyrənilməsini tövsıyə etmişdir.


Отправить комментарий

0 Комментарии