ƏDALƏT ABDİNOV
100 il bundan əvvəl, Böyük Oktyabr sosialist inqilabının qələbəsindən 4 gün sonra - 11 noyabr 1917-ci ildə Sovet hökuməti 8 saatlıq iş vaxtı haqqında tarixi dekret verdi. İndi 8 saatlıq iş vaxtı fəhlələr üçün xam xəyaldır.
100 il bundan əvvəl, Böyük Oktyabr sosialist inqilabının qələbəsindən 4 gün sonra - 11 noyabr 1917-ci ildə Sovet hökuməti 8 saatlıq iş vaxtı haqqında tarixi dekret verdi. İndi 8 saatlıq iş vaxtı fəhlələr üçün xam xəyaldır.
1991-ci ildə beynəlxalq imperializmin təzyiqi nəticəsində Sovet hakimiyyətinin süqutundan sonra burjua tör-töküntüləri yenidən at oynadır, onlardan asılı olan işçiləri gündə 10-12 saat həyasızcasına işlədir, yoxsulları aşağılayılar. Burjua cəmiyyətində bütün hallarda əmək şəraitinin şərtləri sahibkarların xeyrinədir. İşçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr birbaşa istismarçıların nəzarətindədir, əməldə onların mənafeyinə xidmət edir.
Sovet hökuməti işçinin sağlamlığının mühafizəsinə yönəlmiş iş və istirahət vaxtını dəqiq müəyyən etmişdi. İndi isə işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi mövcud qanunların tam əksinə olaraq, əməldə sahibkarlardan asılıdır.
İşçilərin ayrı-ayrı kateqoriyaları, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar sahibkar üçün önəmli deyil, təki qazanc gəlsin. Sahibkarlar iş vaxtını işçinin xeyrinə yüngülləşdirmək, qısaldılmış iş vaxtının tətbiqiqini heç ağıllarına belə gətirmirlər.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I və II qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Ancaq sahibkarlar buna əməl edirlərmi? Haqqını tələb edənin də qolundan tutub atırlar bayıra. Işdən qovulan şəxsin ümidi qalır məhkəməyə, məhkəmələr isə bərbad vəziyyətdə...
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtı qısaldılmış müddət - həftədə 36 saatdan çox olmamalıdır. Xozeyenlər buna demək olar ki, əməl etmirlər.
Müəllimlər, həkimlər və s. yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində çalışdıqları üçün onlara həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir. Lakin gərgin sosial vəziyyət, ağır yaşayış tərzi onları məcbur edir ki, işdən sonra repititorluq etsinlər. Hətta burjua palamentinin bir deputatı işdən sonra müəllimlərə pul qazanmaq üçün kubik daşımağı tövsiyyə etmişdi(?!)
Hamilə və üç yaşınadək uşağı olan qadınlara və yaşı 18-dən az olan işçilərə gecə növbəsində işləmək qadağandır. İşsizliyin tüğyan etdiyi indiki şəraitdə həmin kateqoriyalı insanların çətin vəziyyətindən istifadə edən sahibkarlar isə çox cüzi maaşla onları işlədirlər.
Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Harınlamış kapitalistlər üçün isə bu qaydalar heç bir əhəmiyyət kəsb etmir.
Sovet fəhləsi əməyindən zövq alırdı, çünki çəkdiyi zəhmət onun sosial qayğılarını – mənzilə təhsilə, tibbi xidmətə və s. ehtiyacını pulsuz ödəyirdi. Kapitalizmdə isə fəhlələr sanki biyara gedirlər, sabaha heç bir ümidləri yoxdur...
3 Комментарии
Этот комментарий был удален автором.
ОтветитьУдалитьЭтот комментарий был удален автором.
ОтветитьУдалитьБә`зиләри үчүн ҝүлмәли хүлја олсада СОВЕТ СОСИАЛИСТ РЕСПУБЛИКАЛАРЫ ИТТИФАГЫНЫ һәјатымыза гајтараҹағыг.
ОтветитьУдалить