Recents in Beach

PAVEL QRUDİNİN VƏ DANABAŞLAR



                      Ədalət Abdinov

Prezidentli respublika ilk dəfə 1787-ci il-də  imperializmin yuvası ABŞ-ın Konstitusiyasında təsbit edilmişdir. Sovet dövləti haqlı olaraq prezidentlik institutunu rədd etmişdir. İstər 1924-cü il SSRİ Konstitusiyası, istərsə də sonrakı konstitusiyalar oktyabr inqilabının «bütün hakimiyyət sovetlərə» şüarından çıxış edərək, kollektiv dövlət rəhbərliyi prinsipinə üstünlük verirdi.  Sovet Konstitusiya nəzəriyyəsi və praktikası son dövrlərə qədər prezidentlik institutunun tətbiqini zəruri edən hakimiyyətin bölgüsü prinsipini, tamamilə, rədd edirdi.
Məntiqlə Rusiya Federasiyası Kommunist Partiyası uğrunda mübarizə apardığı sovet dövlətinin bu idarəetmə prinsipini qəbul etməlidir. Amma əksinədir. Yerli burjuaziyanın dəstəyi ilə bu partiyanı öz monopoliyasına almış, Rusiyanın həlledici siyasi mərhələlərində dəfələrlə aşkarçasına satqınçılıq etmiş G.Züqanovun sürüşkənliyi ilə hakimiyyət Pusiya Federasiyası Kommunist Partiyasının rəhbərliyini öz qapazaltısına çevirmış və öz siyasi oyunlarında məharətlə oynadır. Xatırladım ki, Gennadi Züqanov dörd dəfə prezident seçkilərində iştirak edib və burjua hakimiyyəti naminə öz missiyasını layiqincə yerinə yetirib.
18 mart 2018-ci il prezident seçkisi günündə və buna qədər təşviqat kampaniyasında biz G.Züqanovun oyuna çıxartdığı Pavel Qrudininin sayəsində Pusiya Federasiyası Kommunist Partiyasının necə miskin vəziyyətə düşdüyünün şahidi olduq.
Əvvəla Pavel Qrudinin kommunist deyil və tərcümeyi-halına inansaq, sovet dövründə də partiya sıralarında olmayıb,  onun G.Züqanovla ortaq olduğu, direktor kimi işlədiyi şəxsi təssərrüfata Kommunist Partiyasının yaradıcısı Vladimir İliç Leninin adını verməyə mənəvi haqqı yoxdur.
Ikincisi, Pavel Qrudinin 2000-ci il prezident seçkilərində V.Putinin səlahiyyətli nümayəndəsi olub, onun sifarişlərini yerinə yetririb. Bu fakt da onun biznes şəriki G.Züqanovla birlikdə  sifarişli oyun oynadığını istisna etmir.
Digər tərəfdən, C.Züqanovun təhriki ilə Pavel Qrudinin prezident seçkisinə  qoşulması onun kommunist düşüncəsi, inamı və etiqadından irəli gəlmir. Əgər bu adam kommunist əqidəsindən xalidirsə, demək bu dəyəri onun fəaliyyət motivlərində axtarmaq düzgün deyil.
Pavel Qrudinin prezident seçkilərinə iştirakı kommunistlərin etimadı ilə yox, sifariş almış G.Züqanov və onun ətrafının istəyi ilə baş tutmuşdu. Onu da qeyd edim ki, etbarlılıq baxımından G.Züqanov V.Putin üçün sınanmış kadrdır.  Yaranmış konfiqurasiya vəziyyəti də bunun nəticəsidir.
Pavel Qrudinin Pusiya Federasiyası Kommunist Partiyasının adından burjua üsul idarəsinin təməlinə – prezident seçkilərinə qoşulması marksizm-leninizm təliminə xəyanətdir!
Pavel Qrudinin rolunu oynadı, səhnəyə isə G.Züqanov çıxdı: "Biz paralel hesablama aparmışıq. Rəsmi şəkildə elan edirəm, Putin istisnasız olaraq RF-nın bütün subyektlərində seçkilərdə qələbə qazanıb”. Bax belə, siyasi aktyorlar bir-birinə dəstək verirlər.
 “Arqumenti nedeli” həftəliyi xəbər verir ki, V.Putin Pavel Qrudininə  kənd təsərrüfatı naziri olmaq təklif edib. Bu o deməkdir ki, sən mənə yaxşı xidmət eləmisən, indi də əvəzini al.  
Budur, xəyanətin qazancı. Məhz züqanovlar, onların əlaltısı qrudininlər kommunist ideologiyasına zərbə vururlar. Bəzi danabaşlar hələ də bunu anlamaq istəmirlər.  Əsil kommunistlər isə bu virusları yaxına buraxmır, onların ifşa olunması uğrunda mübarizəni davam etdirirlər!..


Отправить комментарий

0 Комментарии