Recents in Beach

Birləşin, doğmalaşın 1May ideyalarında!

 


Əziz yoldaşlar!

Kommunistlər!

Solçular!

Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Bir əsrdən çox əvvəl doğulan bu bayram bizim üçün hələ də vacib və əzizdir. 1 May sülh və tərəqqi qüvvələrin birliyinin parlaq simvoluna çevrilib. Bu, bizi böyük ümidlərlə ruhlandırır, zəhmətkeş insanların öz hüquqları uğrunda mübarizədə qələbə çalacağına inamımızı gücləndirir.

1 May keçmiş sovet xalqların və dünyanın bütün zəhmətkeşlərinin ən vacib və sevimli bayramlarından biridir. Həmin adamlar ki, onlar vicdanla yaşamağa, vicdanla işləməyə öyrəşmişlər. Həmişə bərabərliyin, qardaşlığın, xalqların dostluğunun tərəfdarı olublar. Məhz bu yüksək ideallar Böyük Oktyabr inqilabının qələbəsinin açarı oldu. Dünyada ilk fəhlə və kəndli dövləti Sovet Sosialist Respublikaları İttifaqı bu ölməz ideallar üzərində qurulmuşdur.

Sovetlər ölkəsində bayram əmək və mənəvi həyatda şanlı qələbələrin simvolu idi. Lenin yeni iqtisadi siyasəti (NEP) güclü iqtisadi bərpanın başlanğıcını qoydu. Bunun ardınca savadsızlığın aradan qaldırılması, kəndlərin abadlaşdırılması, sənaye qüdrətinin yaradılması sahəsində uğurlar əldə edildi. Böyük Vətən Müharibəsində gələcək qələbə birinci beşillik planların uğurla yerinə yetirilməsi ilə möhkəmlənmişdi. Nasizmlə döyüşün taleyüklü illərində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi SSRİ-nin sağ qalmasına və qalib gəlməsinə kömək etdi. Bütün xoşməramlı insanların fərəhinə görə, Sovet Vətənimiz iqtisadiyyat və sosial müdafiə, elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində misli görünməmiş zirvələrə yüksəlmişdir.

Bu gün Vətənimizdə həllini tapmamış problemlər çoxdur. Son otuz ildə itirilənləri, işləyənlərin, yaradanların birliyi, əzmi olmadan geri qaytarmaq olmaz. Biz isə əminliklə deyirik: zəhmətkeşlərin həmrəyliyi yaşayır!

Möhtəşəm və taleyüklü dövrümüzdə yalnız cəmiyyətin ədalət, demokratiya və sosializm idealları üzərində birliyi zəhmətkeşləri işsizlik, evsizsizlik və yoxsulluqdan xilas edəcəkdir. Zəhmətkeş xalqın həmrəyliyi Vətənimizə əzab verən oliqarx boyunduruğuna son qoymağa, Böyük Oktyabr inqilabının uğurlarını dirçəltməyə qadirdir!

Bayramınız mübarək, əziz dostlar!

İnanırıq və bilirik: qələbə bizim olacaq!

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии