Recents in Beach

KOMMUNİST ÇOXPARTİYALILIĞI BURJUAZİYAYA SƏRFƏLİDİR


                                              Ədalət Abdinov,
                          Azərbaycan Kommunistlər Birliyinin sədri


Bu  gün Rusiyada 10-dan çox  partiya var ki, özünü kommunist adlandırır. Belə ideya qarışıqlığı və kommunist hərəkatında vurnuxma, hətta sosial etirazlarla müşaiyət olunan aksiyalarda insanlarda kommunistlərə inamsızlıq yaradır və bu inamsızlıq oliuqarx Rusiyanın kriminal burjua rejiminə qarşı zəhmətkeşlərin mübarizəsinə mənfi təsir göstərir. İnamsızlığın səbəbləri:
- Soet İttifaqı Kommunist Partiyasının satqın Qorbaçov-Yelsen  dairəsinin 1991-1993-cü illərdə  şəxsi təşəbbüsü ilə edilmiş əksinqilabi çevriliş kapitalizmi bərpa etməklə ölkəni Qərbin koloniyasına çevirdi. Sov.İKP-dən çıxmış Rusiyanın indiki  rəhbər putin-medvedev elitası özünün liberal islahatları ilə dünya kapitalın mövqeyini möhkəmləndirir, əhalini hüquqsuz və dilənçi vəziyyətinə salıb.
- Burjua təbliğatının təsiri sosializmin müvəqqəti məğlubiyyətini ideoloji silah kimi ona qarşı çevirib və həmin qurluşu təminatsız və utopik elan edir. Əksinə kapitalizmi yaxşı, ədalətli qurluş adlandırır və bu qurluş guya insanlara var-dövlət, xoş güzəran bəxş edir.  İnsanların bir qismi, xüsusilə xırda burjua zümrəsi kapitalizmin "azadlığına" və çinovnikərin, din xadimlərin nağıllarına aldanmaqla “yaxş çar”a inanır, kommunist ideyalarına və sovet qurluşuna biganədir.
- Bütün bu dəyişikliklər postsovet məkanına və kommunist hərəkatına təsirsiz ötüşməyib. Və bəzi kommunist partiyaları oppotunuzmə yuvarlandılar: biri sağ oportunizmə və millətçi – vətənpərvərliyə, digəri  məzhəbçi və  anarxosindikalizmə. Belə kommunist çoxpartiyalılığı burjua elitasına sərfəlidir, o bunları dəstəkləyir və mükafatlandırır ki, burjua diktaturası möhkəmlənsin zəhmətkeşləri daha çox  istismar edə bilsin. Bəzi kompartiya liderləri şəraitə uyğunlaşıblar, vəziyyəti dəyişmək onlara sərf etmir, hətta onlar gənclər arasından çıxmış və vəziyyətlə barışmayan yeni qüvvələrə də maneçilik edirlər. Düzdür gənclərin böyük əksəriyyıətində marksizm-leninizm biliyi çatışmır, sinfi mübarizənin təcrübəsi yoxdur. Mübarizənin çoxlu forma və metodları da   müasir şərairdə effektsiz olmuş, xüsusilə nəzərə almaq lazımdır ki, gün-güzəranı ağır insanlar sosial etirazların aktiv formalarına tam hazır deyil. Nəticədə kompartiyaların fəaliyyəti mitinqçilik və  sosial şəbəkədə emosiyalı çıxışlarla məhdudlaşır. Burjua hakimiyyətini isə bu qorxutmur, əksinə saxta demokratiya oyununun aktiv oyunçusuna çevirir.
Hazırda Rusiyada fəaliyyət göstərən kommunist partiyaları aşağıdakılardır:
1.Ümumittifaq Bolşeviklər Kommunist Partiyası (Всесоюзная Коммунистическая партия Большевиков - ВКПБ ) – 1989-ci ildə yaradılmış “Vahid” Cəmiyyətin bazası və Sov.İKP-nin bolşevik platforması əsasında 8 noyabr 1991-ci ildə Leninqradda təsis olunmuşdur. Baş katibi Nina Aleksandrovna  Andreeva, ideya platforması bolşevizm və stalinizmdir.
2.Rusiya Kommunist Fəhlə Partiyası RKFP-Sov.İKP (Российская Коммунистическая Рабочая партия РКРП-КПСС + РОТ ФРОНТ) – Sverdlovskidə Kommunist Təşəbbüsü Hərəkatının bazasında 21 noyabr 1991-ci ildə yaradılmışdır. Birinci katib Viktor Arkadeviç Tülkin, ideya platforması marksizm-leninizmdir.
3.Rysiya kommunistlərin Partiyası (Российская партия коммунистов)-14.12.1991-ci ildə Sov.İKP-nin marksist platforması əsasında yaranmışdır. 1999-cu ildə partiyada parçalanma baş vermişdir. Moskvadan A.V.Kryuçkovun qrupu Rusiya Kommunist Fəhlə Partiyasına qoşuldu. Leninqrad şöbəsi hələ də Rysiya kommunistlərin Partiyası adlanır. İcraiyyə Komitəsinin sədri E.A.Kozlov, ideya platforması sağ oportunizm: sağ sosial-demokrat.
4.Rusiya Federasiyası Kommunist Partiyası (Коммунистическая партия РФ)– Moskvaətrafı Klyazmedə fevral 1993-cü ildə keçirilmiş təsis qurultayında yaranmışdır. Sədri Gennadi Andreeviç Züqanov, ideya platforması sağ opportunizm, mərkəzçi sosial-demokrat.
5.İnqilabçı Fəhlə Partiyası (Революционная рабочая партия) – 1999-cu ildə Moskvada yaranmışdır. 12.05.2018-ci ildə sonuncu qurultayı olmuşdur. Rəhbəri Serqey Bies, ideya platforması troskizm, seçkilərdə çətin məqamda Rusiya Federasiyası Kommunist Partiyasını dəstəkləmək.
6.Ümumittifaq Bolşeviklər Kommunist Partiyası (Всесоюзная коммунистическая партия большевиков – ВКП (б)) – 2016-cı ildə Nina Aleksandrovna  Andreevanın rəhbərlik etdiyi Ümumittifaq Bolşeviklər Kommunist Partiyasından ayrılmışdır. Rəhbəri V.A.Korobov və V.N.Komarov, ideya platforması sol cinahlı doqmatik marksizm.
7.Rusiya Fəhlə Partiyası – Fəhlə Akademiyası Fondu (Рабочая партия России – Фонд Рабочей Академии) – 4.12.1993-cü ildə Nijni Novqorodda Rusiya Fəhlə-Kəndli Partiyası kimi yaranmış, 11.06.2000-ci il tarixli VII qurultayda Rusiya Fəhlə Partiyasına çevrilmişdir. Sonuncu dəfə 12.06.2018-ci ildə XXV qurultayı keçirilmişdir. Həmsədrləri: ideologiya üzrə M.V.Popov, təşkilati işlər üzrə A.V.Zolotov, fəhlə hərəkatı üzrə V.V.Kalvit. İdeya platforması: sol oportunizm, anarxo-sindikalizm və troskizm.
8.Rusiya Sosialist Hərəkatı ((Российское Социалистическое Движение – РСД ) – 7.03.2011-ci ildə “İrəli” və sosialist müqaviməti hərəkatı ilə birləşmə yolu ilə yaranmş, 7.01.2018-ci ildə keçirilmiş VI qurultayda “İskra” hərəkatına daxil olmuşdur. Kollektiv rəhbərliklə idarə olunur - hər il keçirilən qurultayda Mərkəzi Şura seçilir. İdeya platforması: sol oportunizm, anarxo-sindikalizm və troskizm.
9. Sosial Ədalət  Partiyası – Sov.İKP(Коммунистическая партия социальной справедливости – КПСС) – 8.04.2012-ci ildə Rusiya Demokrat Partiyası və Andrey Boqdanovun (mason) iştirakı ilə yaranmışdır. İdeya platforması liberal cinah ilə sağ oportunizm.
10.”Rusiya kommunistləri” Kommunist Partiyası (Коммунистическая партия «Коммунисты России» (Комросс)) - Rusiya Federasiyası Kommunist Partiyasından ayrlmaqla 22.04.2012-ci ildə yaranmışdır. Sədri Maksim Suraykin, ideya platforması  sağ oportunizm, stalinizm ideyaları ilə spekulyasiya və Vahid Rusiya Partiyasının spoyleri.
11.Kommunist Partiyaların Birliyi (Объединённая Коммунистическая партия – ОКП) –Rusiya Federasiyası Kommunist Partiyası Moskva Şəhər Komitəsindən 2010-2011-ci illərdə ayrılmaqla 15.03.2014-cü ildə təsis qurultayında yaranmışdır. Avqust 2015-ci ildə parçalanmışdır. 26.11.2016-cı ildə II qurultayı keçirilmişdir. Birinci katib Vladimir İvanoviç Lakeev, ideya platforması marksizm-leninizmdir.
Azərbaycanda olduğu kimi Rusiya kommunistləri də bir araya gələ bilmirlər. Qeyd etdiyimiz kimi kriminal burjuaziya yaranmış vəziyyətdən öz xeyrinə istifadə edir. Yaxın zamanlarda Rusiyanın mütərəqqi kommunist qüvvələri kommunist partiyaların birliyinə nail ola bilməsələr kommunist hərəkatı  növbəti daha ağır məğlubiyyət dalğası ilə üzləşə bilər.



Отправить комментарий

0 Комментарии