Ədalət Abdinov
SSRİ-də
diqqətlə düşünülmüş, elmi surətdə əsaslandırılmış milli siyasət həyata
keçirilirdi. Təkcə vahid ittifaq halında
birləşmə SSRİ xalqlarına, onun respublikalarına nə qədər böyük fayda və
üstünlüklər verirdi. Bu birləşmənin açdığı istifadə edilməmiş imkanlar isə daha
çox idi. Müxtəlif regionların və
respublikaların səyləri bir ölkədə - SSRİ-də sıx və bacarıqla birləşdirilmişdi.
Hər bir respublikanın təbii və əmək ehtiyatlarından, iqlim xüsusiyyətlərindən
ağıllı istifadə olunur, bu potensial Ümumittifaq potensialına ən səmərəli şəkildə
daxil edilirdi. Sovetlər birliyində hər bir regiona, hər bir millətə və xalqa,
eləcə də bütün dövlətə ən çox fayda verən də bu idi.
İttifaqda
birləşmə sovet xalqlarının təkcə maddi sərvətlərinin deyil, həm də mənəvi sərvətlərinin
əlavə mənbələrindən birinə çevrilmişdi. Lakin burada da bütün imkanlardan hələ
heç də tamamilə istifadə edilmirdi. Belə
ki, dövrün tələblərinə uyğun olan mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinin
daha da təkmilləşdirməyə, xalqların hər birinin mədəniyyətində yaxşı nə varsa
hamısından bütün adamların daha geniş istifadə etməsinə imkan verən yeni iş
metodları və formaları mövcud idi. Əlbəttə,
tam həyata keçirilməyən işlərdən biri də o idi ki, hər bir millətin mənəvi
irsində, ənənələrində, məişətində təkcə yaxşı cəhət deyil, pis, ömrünü başa
vurmuş cəhət də var idi. Buradan bir vəzifə irəli gəlirdi – bu pis cəhəti hifz
edib saxlamamaq, köhnəlmiş, sovet birgəyaşayışı, sosialist mənəviyyatı normalarının,
kommunizm ideallarının ziddinə olan nə varsa hamısından xilas olmaq lazım idi.
Bu nöqsanlardan yırtıcı imperializm
istifadə etmiş, bu da sonralar İttifaqı dağıtmaqda onlara kömək etmişdir..
Bütün millətlərin
və xalqların iqtisadi və mədəni tərəqqisi ilə yanaşı, onların milli mənlik
şüuru da artır. Bu, qanunauyğun və obyektiv prosesdir. Təəssüf ki, qazanılmış
müvəffəqiyyətlər üçün təbii iftixar hissi milli təkəbbürə və ya lovğalığa çevrilməsi,
əlahiddəlik, başqa millətlərə və xalqlara hörmətsizlik meylləri Sovet
Ittifaqında da olmuşdur. Kommunist Partiyasının yol verdiyi səhvlərdən biri də
odur ki, bu mənfi meyllərin kökü vaxtında kəsilməmişdir.
Əhalinin təbii
miqrasiyası nəticəsində hər bir respublika, bu və ya başqa dərəcədə hər bir
vilayət, hər bir şəhər daha da çoxmillətli olurdu. Ona görə də partiya və sovet
orqanları, kommunistlər, komsomolçular Sov.İKP-nin milli siyasətinin
çarçılarına, icraçılarına çevrilmişdilər. Həm də onlar bu siyasətin yüksək
prinsiplərini hər gün həyata keçirməklə, bütün millətlərin və xalqların – böyük
millətlərin və xalqların da, kiçik millətlərin
və xalqların da nümayəndələrinin əmək də də, məişətdə də ahəngdar,
qardaşcasına münasibətlərini təmin edirdilər.
SSRİ-də cəmiyyətin
aparıcı qüvvəsi olan fəhlə sinfinin
milli dəstələrinin artmasına həmişə çox böyük diqqət yetirilirdi. Ona görə də fəhlələr
bütün müttəfiq respublikalarda ən iri sosial qrup təşkil edirdilər. Tələb
qoyulurdu ki, müttəfiq respublikalarda fəhlə
sinfinin tərkibində yerli millət daha dolğun təmsil edilməlidir. Sov.İKP XXVI qurultayının qarşıya qoyduğu vəzifə
- respublikalarda yaşayan bütün millətlər və xalqlar içərisində ixtisaslı fəhlələr
hazırlanmasını genişləndirmək və yaxşılaşdırmaq vəzifəsi də buradan irəli gəlirdi.
Bu, iqtisadiyyatın inkişafı üçün də vacib idi. Bu, siyasi cəhətdən də vacib
idi. Çoxmillətli əmək kollektivləri və ən əvvəl fəhlə kollektivləri məhz elə
bir mühitdir ki, orada beynəlmiləlçilik ruhu daha yaxşı tərbiyə edilir.
Bununlar SSRİ xalqlarının qardaşlığı və dostluğunu möhkəmləndirən şərtlər idi.
Respublikalardakı
bütün millətlər partiya və sovet orqanlarının müxtəlif vəsilələrində lazımınca
təmsil olunurdular. Kadrların seçilməsi və yerləşdirilməsi zamanı mənəvi-siyasi keyfiyyətlər nəzərə alınırdı,
diqqət və qayğıkeşlik, böyük nəzakət müttəfiq və muxtar respublikaların çoxmillətli
tərkibi şəraitində xüsusilə ön plana çəkilirdi.
Sovet
adamlarını ölkənin bütün millət və xalqları arasında qarşılıqlı hörmət və
dostluq, ən böyük Sovet Vətəninə məhəbbət, beynəlmiləlçilik, başqa ölkələrin zəhmətkeşləri
ilə həmrəylik ruhunda tərbiyə etmək öz əhəmiyyətini heç vaxt itirməyən daimi vəzifə
idi. Bu vəzifəni bütün partiya və komsomol təşkilatları, sovetlər və həmkarlar
ittifaqları, həmişə yaxşı beynəlmiləlçilik məktəbi olmuş sovet silahlı qüvvələri
yerinə yetirirdilər. Bu, sovet ölkəsinin bütün tədris müəssisələrinin gündəlik
qayğısı idi.
Bütün
ideoloji və kütləvi-siyasi işdə olduğu kimi, beynəlmiləl tərbiyə sahəsində də
kommunistlərin qarşısında böyük vəzifələr dururdu. Nailiyyətləri inandırıcı,
konkret surətdə göstərilməsi, həyatın daim doğurduğu yeni problemlərin ciddi təhlili,
yeni fikir və söz – sovet təbliğatının təkmilləşdirilməsi yolu bax, bu
idi. Kommunist təbliğatı həmişə
doğru-düzgün və realist, habelə maraqlı, anlaşıqlı, olduğuna görə daha təsirlidir.
Lakin beynəlxalq imperializm ən iyrənc metodlardan və yerli millətçi
satqınlardan istifadə edərək sovet adamların beynəlmiləlçilik kimi müqəddəs
hisslərini zədələ bildi.
SSRİ
xalqlarının dostluq və əməkdaşlığının daha da inkişaf etməsi sosialist
demokratiyasının təntənəsinin nəticəsi idi. İctimai işlərin və dövlət işlərinin
idarə olunmasında bütün millətlərin zəhmətkeşlərinin ketdikcə daha geniş
iştirak etməsi – sovet siyasi həyatının aparıcı meylini ən yığcam şəkildə belə
səciyyələndirmək olar. Kommunist Partiyası da bütün tədbirləri görürdü ki, bu
meyl möhkəmlənsin və inkişaf etsin.
Yetkin
sosializm şəraitində millətlər arasında qarşılıqlı münasibətlərin problemləri
gündəlikdən çıxarılmaq üzrə idi. Çünki bunlar Kommunist Partiyasının xüsusi
qayğı, daimi diqqət mərkəzində idi. Partiya bu problemlərə dərindən nüfuz
etmiş, onların həlli yollarını müəyyənləşdirmiş, milli siyasətin Lenin prinsiplərini
inkişaf etmiş sosializmin praktikası ilə yaradıcılıqla zənginləşdirmişdi.
SSRİ-də
mövcud problemlər haqqında da, həll edilməmiş məsələlər haqqında da cəsarətlə
danışılırdı, çünki möhkəm əminlik var idi ki, bu problemlər, bu məsələlər həllini
tapacaqdır. Hakimiyyəti ələ keçirmiş satqın M.Qorbaçova qədər böyük və qüdrətli
Sovet Sosialist Respublikaları İttifaqının daha da möhkəm olması üçün əməli iş
görülürdü.


0 Комментарии