Recents in Beach

Ədalət Abdinov kommunist Fatih Mehmet Maçoğluna təbrik məktubu göndərmişdir

Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov  Dərsimin meri uğrunda 31 mart seçkilərində qalib çıxan kommunist Fatih Mehmet Maçoğluna təbrik məktubu göndərmişdir. Xatırladaq ki, kommunist Türkiyə tarixində ilk dəfə mer seçilir. Məktubda deyilir: “Zora əyilməmək, özümlüyü qorumaq kommunistin  vüqarı, ləyaqətidir.  Böyük Çe Qevaranın davamçısı kimi kapitalist Türkiyəsindəki   qələbəniz Azərbaycan kommunistlərini çox sevindirdi, hər birimizdə fərəh inamı yaratdı. Ən böyük fərəh isə özünə sahib olan kommunist  azadlığıdır ki, xalqın dəstəyi ilə seçkilərdə qalib gəlməklə siz bunu qazandınız". 
“Burjuaziyadan fərqli olaraq xalq,  kommunistin müqəddəs mənliyidir”- Məktubda deyilir- “Kommunistin yenilməzliyi bu müqəddəs mənliyi qorumaqdır.  Ovacık bələdiyə başqanı kimi sosialist ənənələrinə sadiqliyiniz qəlbinizdə, ağlınızda, əməlinizdə yaşayan kommunist ideyalarından doğmuşdur. Bu ideyalar isə işıqla qaranlığın mübarizəsidir”.
“Əminəm ki, Dərsimdə kommunist bayrağı yurdun xilas inamına çevriləcək, sosializm ocağının istisi ətrafa yayılacaqdır. Kapitalizmin mövcudluğuna, mahiyyətinə qarşı mübarizə yeni sarsılmaz güc səviyyəsinə qalxacaqdir. Kommunistin mer olduğu Dərsim inkişaf edəcək, böyüyəcək, yeni-yeni nailiyyətlər əldə edəcəkdir. Uğurlarınız çox, qələbələriniz sonsuz olsun!” Ədalət Abdinov yazır.

Vüsal Abbasov

Отправить комментарий

0 Комментарии