Recents in Beach

KOMMUNİST VAR, PARTİYA YOXDUR


Yoldaşlar, mən bütün yazılarımda çalışıram ki, elmi kommunizmin tükənməz sərvətlərindən düzgün formada istifadə edib sizinlə bölüşüm. Kommuist əqidəsi kor-koranə etiqad deyildir. Bu əqidə marksizm-leninizmin iqtisadi inkişaf qanunları haqqında verdiyi biliyə əsaslanıb, əməli fəaliyyətdə şəxsi təcrübədə təşəkkül  tapır. Hal-hazırda bütün dünya kapitalist dövlətlərində,  Azərbaycan da daxil olmaqla saysız-hesabsız partiyalar var. Bu partiyaların içərisində yeganə ideologiyaya məxsus olan partiya kommunist partiyasıdır ki, o insanın insan tərəfindən istismarının, əsas istehsal vasitələri üzərində kapitalist mülkiyyətinin ləğv edilməsini, ictimai mülkiyyətin yaradılmasını, bu istehsal vasitələri zəminində sosialist istehsalının təşkil olunmasını, bir sözlə, yaşadığımız materiyanın bütün sərvətlərindən azad istifadə etmək yollarını, qanuni surətdə göstərən zəhmətkeş sinfin mənafeyinə xidmət edən bir partiyadır. 
Digər partiyalar  hərəsi özünü bir cürə qrimləsə də, məqsəd və mənafeləri burjua ideologiyasına xidmət etməkdir. Onlarda bir məqsəd var: necə olursa-olsun burjuazıyadan nəsə qopartmaq, yaxud da onu hansı bir məqsədi naminə güzəştə getməyə vadar etmək, əlverişli şərait yarandıqda hakimiyyətə gəlmək, özlərinə burjua mövqeyi qazanmaq. Bu partiyalar istər adi fəaliyyətdə, istərsə də hakimiyyətə gəldikdə zəhmetkeş sinif üçün vacib olan istismar olunmamaq  problemini aradan qaldırmır. Burda istismarın xassə və xüsusiyyətləri öz yerində qalır. Sadəcə bir balaca kəmiyyət dəyişikliyi yaranır. Yəni zəhmətkeş sinfi dünənki burjuazıyaya nisbətən bu günkü burjuazıya ya bir az,  ya da bir  az çox istismar edir.
Yoldaşlar,  kommunist ideologiyası əsasında sonunun yaxınlaşdığını görən dünya burjuazıyası zəhmətkeş sinifin bu idealogiyaya sahib olmasının qarşısını almaq üçün yeni-yeni planlar qurur. Burjua təftişçiləri sosializmin və onun qurulması yolları haqqında marksist-leninçi təlimi “milli sosializm”, “sosializmin moddellərinin çoxluğu” kimi konsepsiyalarla əvəz etməyə çalışırlar. Bu konsepsiyalar sosializmin problemlərinin, yeganə düzgün şərhi və yaradıcı inkişafı kimi qələmə verilir. Lakin təftişçilər marksizmə-leninizmə  istisna etməklə, işi elə göstərməyə çalışırlar ki, guya söhbət sosializmin necə olmasından və ona daha necə yaxşı nail olmaqdan gedir. Bu da yalnız onların təbliğ etdikləri ideyaların antimarksist, antisosialist istiqamətini pərdələmək, ört-basdır etmək, V.İ.Lenin demişkən “Marksizm həqiqətlərini burjuacasına axtalamaq vasitəsidir”. 
Müasir dövr burjuazıyanın bu idealogiyaya qarşı mübarizə vasitələrindən ən başlıcası bütün dünyada, əsasən də keçmiş SSRİ respublikalarında süni şəkildə kommunist idealogiyasından  tamam uzaq olan şəxsi mənafe əsasında qondarma "liderləri" yaradaraq, onların qruplarına kommunist partiyası adı qoyaraq dövriyyəyə buraxmalarıdır. Bununla da onlar öz azadlığının xilaskarını axtaran zəhmətkeş sinfi kommusnist idealogiyasından kənar salmağa çalışırlar. Mən bütün zəhmətkeşlərə, kommunist ədiqəli insanlara üzümü tutub deyirəm: Burjua nökərlərindən azad olmaq, onların iyrənc maskasını cırmaq üçün, marksizm-lenizm ideologiyasını öyrənin. O zaman açıq surətdə görəcəksiniz ki, bunlar zəhmətkeş sinfin mənafeyinə deyil, müasir burjuaziyanın mənafeyinə xidmət edirlər. 
Hal-hazırda bir neçə yerə parçalanaraq, Azərbaycanda özlərini kommunist "liderləri" adlandıran, əsl həqiqətdə isə bu əqidədən, ideologiyadan uzaq olanların diletant cizgilərini izah edərək, sizə göstərməyə çalışacağam ki, bunların müəyyən dərəcədə eyni surətini siz yaşadığınız yerlərdə görürsünüz. 1996-cı ildən müəyyən müddət ərzində Türkiyədə yaşayaraq, real surətdə kapitalizm qurluşunun istismarçı ziddiyyətlərini görərək, 1998-ci ildə Azərbaycan Kommunist Partiyasına daxil oldum. Sıravi bir üzv kimi partiyanın verdiyi tapşırıqlara əməl etməyə başladım. 2002-ci ildə səhhətimlə əlaqədar olaraq, Azərbaycanı tərk etmək məcburiyyətində qaldım.  Bütün bunlara baxmayaraq, daim partiya ilə əlaqə saxladım. Ancaq heç bir vaxt bu partiyanın marksizm-lelinizm ideologiyasına sahib olduğunu görmədim. Gördüyüm sadəcə iclasbazlıq, dedi-qodu, bir-birindən donos yazmaq, xəbərçilik,  siravi üzvlərdən üzvlük haqqı yığmaq, şirin vədlər, acı həqiqətlər oldu. Vətəndən kənarda yaşasam da ailə vəziyyətimə görə ilin bir neçə ayını Azərbaycanda olurdum. 
Ramiz Əhmədovun (Azərbaycan Kommunist Partiyasıni bərpa etmiş şəxs )  vəfatından sonra Azərbaycan Kommunist Partiyası parçalanaraq,  diletant burjua nümayəndələrinin “liderliyi”, cılızlığı, səviyyəsizliyi sayəsində balaca-balaca köbələk “kommunist partiyalarına” çevrildi. Bunların mübarizə üsulları necədir? Qeybətçilik, partiyanın bir qüvvə kimi birləşərək zəhmətkeş sinfi öz arxasınca aparmaq işinə əngəl törətmək, birmənalı surətdə marksizm-leninzm ideologiyasının artıq köhnəlmiş və zəhmətkeş sinfin istək və arzularına cavab vermədiyini təbliğ etməkdir. Sadəcə çərənləməyi, iftira yağdırmağı, intriqa və təfriqə toxumu səpməyi bacararırlar. Əllərindən başqa heç bir şey gəlmir. Mənim dəfələrlə  kommunist kimi onlara təklifim bu olub ki, hər bir ideyanın kökü olduğu kimi kommunist ideologiyasının kökü olan marksizm-leninizm ideologiyasını öyrənmək, öyrətmək, müasir şəraitə uyğun inkişaf etdirmək lazımdır. Bunlar isə əksinə, marksizm-leninizm ideyası sözünü eşidəndə bu ideologiyadan tamamilə xəbərsiz olduqları üçün hətta rişxənd və gülümsəyərək deyirlər: Mənim bu yaşımdan sonra Marks, Lenin oxumaq nəyimə lazımdır, artiq o idealogiya köhnəlmiş və müasir dövrə cavab vermir. Bizim yeni bir nəzəriyyəmiz var ki, o müasir dövrün mübarizə üsullarına daha düzgün formada cavab verir. V.İ.Lenin belələri haqqında gözəl bir fikir söyləmişdir: köhnə marksizmi bir kənara atmaq və onu “yeni” burjua təlimi ilə əvəz etmək cəhdidir belələrinin mübarizəsi.
Yoldaşlar, əgər bu qondarma “liderlərin” heç olmasa bir balaca fəlsəfədən xəbərləri olsaydı onda dərk edərdilər ki, fəlsəfi söz nədir, yaxud da fəlsəfi fikirlər nədir. Ey diletantlar, qızıl torpağın dərinliyində öz saflığını, parlaqlığını itirmədiyi kimi fəlsəfi biliklər də milyon illər keçsə də belə cəmiyyətdə insan şüurunda yaşayacaq və inkişaf edəcəkdir. Sizə marksizm-lelinizm fəlsəfəsini öyrənməyi tövsiyyə edirəm. Əgər qanınızda bir damla belə kommunist rüşeymi varsa, öz maddi və mənəvi ehtiyaclarınızı ödəməkdən ötrü bəşəriyyəti istismardan, müharibələrdən bir sözlə, ən iyrənc ziddiyyətlərdən qurtaracaq marksizm-leninizm ideologiyasını mənimsəyin. İyirmi illik kommunist fəaliyyətimdə Azərbaycanda bu kommunistlərin üzdəniraq, savaddan kəm “liderlərinə” tövsiyyəm bunlar oldu. Özünüzü kommunist sayırsınızsa – baxmayaraq ki, əməliniz bunu təsdiq etmir - kommunist əxlaqını gözləyin.
Fikirləşirdim ki, bəlkə mən bu yolda nəyi isə düzgün görə bilmirəm. Ancaq sonda böyük filosoflarımızın ideologiyasına elmi surətdə müəyyən dərəcədə yiyələnərək, bunların diletant cizgilərini görüb, nəticə çıxara bildim. Ölməz Azərbaycan satiriki M.Ə.Sabir demişkən “biz düzələn zad deyilik”, yəni bunlar düzələn deyil. Mənim fikirlərimin, iradlarımın nə dərəcədə düzgün olmasını dəqiq bilmək üçün bunların gülünc iclaslarına, lağlağı plenumlarına, qurultaylarına gedin. Görün, orda marksizm-leninizm ideologiyasının əsasında təbliğat  gedir,  yoxsa burjuaziyaya güzəştə getmək təbliğatı. Bu diletantların, bölücülərin, qrupbazların bir-bir adlarını yazıram ki, çox axtarmalı olmayasınız: Telman Nurullayev, Rauf Qurbanov və Ələsgər Xəlilov.
Azərbaycan Kommunist Partiyasının qruplarında hərc-mərclik o həddə çatmışdır ki, partiyaya qəbul etdikləri adamın hansı əqidəyə, əxlaqa və mənəviyyata malik olduğunu müəyyən etmirlər. Məsələn, AKP MİK-in və AKP MNTK-nın 27 yanvar 2019-cu il tarixli birləşmiş II plenumunda Əmrulla Şirvanovun partiyanın özəklərində qarşılıqlı inam, hörmətə kölgə saldığı, qarşılıqlı tələbkarlıq, yoldaşlıq və partiya prinsiplərinin mühitini pozmaq istəyi baş tutsun deyə hər şeyə əl atdığı, riyakarlıqdan, avantüradan, araqarışdırmaqdan, fitnəkarlıqdan gen-bol istifadə etdiyi, onun çoxsaylı sifətlərə malik olduğu göstərilir.
Azərbaycan KP MİK Rəyasət heyətinin və AKP MNTK-nın 02 fevral 2019-cu il tarixli  birgə iclasında isə 2017-ci ilin ortalarından AKP sıralarında yol verdiyi son dərəcə utanc gətirən, iyrənc, insana yaraşmayan, səviyyəsiz, qeyri-insani, qeyri-etik hərəkətlərinə, yazdığı və AKP MİK Rəyasət heyətinə təqdim etdiyi cızma-qaraları ilə partiya sıralarında provakatorluq edən Əmrulla Şirvanovun 28 nömrəli nümayəndə mandatı etibarsız hesab edilməsi qərarını nəzərə almışdır.
Həmin iclasın sənədlərində qeyd olunur ki, AKP MİK Rəyasət heyəti Əmrulla Şirvanovun sonuncu dəfə nəzərinə çatdırır ki, sözü ilə əməlləri arasında dərin uçurum yaradan, özü-özünün şərəf və ləyaqətini, adının müxtəlif internet saytlarında provakator kimi qeydiyyatdan keçməsi və bütün dünyaya yayılması ilə özünü ləkələmiş siyasi nadanın yeri Kommunist Partiyasının sıralarına soxulmasının ifşa edilməsini yerinə yetirən AKP MİK-in və AKP MNTK-nın birləşmiş II plenumunun qərarı ilə siyasi nadana layiq olduğu qiyməti vermək olmuşdur.
Əlbəttə, mən mətbuatda dərc olunmuş bu partiya sənədinin – nəzərə alın ki, bu sənədlər tarixdə əbədi qalacaqdır – həqiqəti əks etdirdiyi barədə heç nə deyə bilmərəm. Ona qiymət vermək fikrindən də uzağam. Sadəcə deməyim odur ki, Əmrulla Şirvanovun timsalında iddia olunan rüsvayçılığın, biabrçılığın qarşısını əvvəlcədən almaq olardı.
Yoldaşlar! Mən bir kommunist kimi Azərbaycanda bu şəxsi mənafe “liderlərinin”, həmçinin partiyaya soxulmuş xəbislərin, araqarışdıranların  diletant cizgilərini çəkərək sizinlə bölüşdüm ki, siz də öz daxilinizdə bunları görüb, azadlığa  gedən ideologiyamızın saflığını belələrindən qoruyasınız. Yer kürəsi hamımızın vətənidir. Belələri bütün dünyada nə qədər desən var. Ancaq bizim bir ideologiyamız var, qalib marksizm-leninizm ideologiyası. Ona sədaqətlə, vicdanla xidmət etməklə biz qələbəyə çata bilərik.
                                                                                           Vüsal Həsən oğlu

                                                                            e-mail: kommunistvusal@mail.ru

Отправить комментарий

0 Комментарии