Recents in Beach

SSRİ-nin dağılması sosializm qurluşunun süqutu deyil, imperializminin, Versal, Vaşinqton sazişinin süqutudur

SSRİ-nin dağılması sosializm qurluşunun dağılması deyil, əksinə onun bütün dünyanı əhatə etməsinin zəruri, qanunauyğun nəticəsi olacaqdır. Çünki kommunist quruluşu bütün bəşəriyyətin zəhmətkeş siniflərinin tarix boyu arzuladığı, nəticədə böyük filosoflarımız - başda Marks, Engels, Lenin tərəfində elmi əsası qoyulmuş, insanın insan tərəfindən istismarını qəti surətdə qadağan edən, ümumdünya qardaşlıq ideologiyası üzərində qurulub.
V.İ.Lenin yazırdı:  “Bütün millətlər gəlib sosalizmə çıxacaqlar, bu labüddür, lakin hamı tamamilə eyni şəkildə gəlməyəcəkdir, hər millət demokratiyanın bu və ya başqa formasında, proletarit diktaturasının bu və ya başqa növündə, ictimai həyatın müxtəlif sahələrinin sosial hissəsinə dəyişdirilməsinin bu və ya başqa surətində bir spesifiklik yaradacaqdır”.
Yoldaşlar, hal-hazırda yaşadığımız şəraitin tarixi kökləri var. 1917-ci il Böyük Oktyabr inqilabından sonra bütün dünya kapitalist dövlətləri sosializm qurluşunu məhv etmək üçün əlindən gələni əsirgəmədi. Ona qarşı hərbi müdaxilə təşkil etdilər. Almanlar Ukraynaya, Gürcüstana, ingilis və fransızlar Arxangelskə, fransızlar Odessaya, ingilislər Cənubi Qafqaza, yaponlar və amerikalılar Uzaq Şərqə qoşun çıxardılar. Ağlar hərəkatına fəal kömək etməyə başladılar. Sovet hökuməti özünü qorumaq üçün V.İ.Leninin rəhbərliyi altında əlehdarlarına qarşı güclü ordu yaradaraq, 1922-ci ilə kimi bütün cəbhələrdə qələbə çalaraq vətəni dünya imperializmindən azad etdi. Fransanın paytaxtı Parisdə Versal sarayında başda Amerika burjuaziyasının nümayəndələri olmaqla 27 kapitalist dövlətinin  nümayəndəsi toplaşaraq birinci dünya müharibəsinin sülh konfransına başladılar - 1919-ci il yanvarın 18-dən iyunun 28-ə kimi. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdılar. Bu konfransın gedişində dünyanı yenidən bölüşdürmək prinsipləri ilə yanaşı Sovet Rusiyasını məhv etmək üçün onunla heç bir iqtisadi-siyasi əlaqə saxlamamaq sazişi imzaladılar. Bunun davamı olaraq 1921-1922-ci illərdə Vaşinqtonda çağrılmış Beynəlxalq “burjuaziya” konfransında bu bir daha öz təsdiqini tapdı. Bunun da ən böyük bəlalarından biri, artıq öz imperializm çürüklüyünü dərk edən dünya burjuaziyasının Sovet zəhmətkeşləri ilə, dünya zəhmətkeşlərini ayrı salmağı oldu. Onlar bircə şeyi dərk edə bilmədilər ki, bu siyasətlə çürüməkdə olan orqanizmi sadəcə bir balaca vaxtını uzada bilərlər. Çünki bu xəstəliyin səbəbləri, onun öz daxili iyrənc ziddiyyətlərindən doğur. 
Bütün bunlara baxmayaraq Sovet xalqı, dahi rəhbər, bəşəri filosof V.İ.Leninin rəhbərliyi sayəsində bir neçə respublikada sovet quruluşunu quraraq 1922-ci ildə dünya burjuaziyasından müdafiə üçün SSRİ-ni yaratdılar. Qısa bir zaman kəsiyində Sovet respublikası kapitalist mülkiyyətinin ləğv edilməsi və ictimai mülkiyyətin yaradılması, bu istehsal vasitələri zəminində sosialist istehsalının təşkil olunması sayəsində böyük bir inkişaf yolu keçdi. 1928-1938-ci illərdə iki 5 illik ərzində Sovet xalqları sənayesinə görə Avropada birinci, dünyada ikinci yeri tutdu. Bütün bunları həzm edə bilməyən dünya burjuaziyası birinci dünya müharibəsində öz burjua, istək və arzularını həyata keçirə bilməyən, nəticədə məğlubiyyətə uğrayan Alman burjuaziyasının dünyada işğalçılıq müharibəsinə başlayaraq bir neçə dövlətin işğalına göz yumub, Alman faşizmi SSRİ-yə qarşı yönəltdilər. 1941-ci il  iyulun 22-də Alman faşizmi müharibə elan etmədən, 1939-cu ildə bağlanmış 10 il bir-birinə hücum etməmək müqaviləsini pozaraq, Sovet ərazisinə xaincəsinə soxuldu.
Kapitalizmə həm praktiki, həm nəzəri cəhətdən bilən bütün Sovet xalq öz azad dövlətlərini qorumaq üçün, demək olar ki, hamılıqla ayağa qalxdı. Alman faşizmi, Yapon millitarizmi məğlubiyyətə uğradaraq nəinki, SSRİ-ni, bütün işğal olunmuş dövlətləri işğaldan azad etdi. Dünya imperializmi Sovet qurluşuna qarşı ikinci hərbi müdaxiləsi də məğlubiyyətə uğrayaraq, nəticədə imperializmin müstəmləkə dayaqlarını laxladıb, bir çox dövlətlərin müstəmləkəçilikdən azad olmasına, bir çox dövlətlərin sosializmin quruluşuna keçməsinə səbəb oldu. Dünya sosializmi sistemi genişlənməyə başladı. Ancaq bütün bu nailiyyətlərə baxmayaraq, ikinci dünya müharibəsinin Sovet xalqına vurduğu ziyanı heç bir ölçü vahidi ilə hesablamaq olmazdı. Ən əsaslardan biri əqidəli kommunistlərin çox hissəsinin bu müharibədə həlak olması idi ki, bunun da yerini əqidəcə kommunist olmayan, kommunist ideologiyasına kor-koranə etiqad kimi baxan vəzifəpərəst ünsürlər tutmağa başladı.
Müharibədən sonra sosializm  böyük sürətlə inkişaf etsə də, müəyyən bir zaman kəsiyindən sonra, daim öz süqutunun sonunun yaxınlaşdığını görən dünya imperializmi, sosializmin daxilində təxribat yaratmaqdan ötrü dayanmadan yeni-yeni planlar qururdu. Daim Versal-Vaşinqton sazişini qüvvədə saxlayaraq, Sovet zəhmətkeşlərinin kapitalist ölkələrinə getməsinə və burada zəhmətkeş siniflə əlaqə yaratmasına imkan vermirdi. 1970-1980-ci illərdə  Sovet zəhmətkeşləri dünya kapitalizmin nə olduğunu, ancaq nəzəri cəhətdən öyrənə bilirdi. Bu qapalılıq əməli fəaliyyətdə, şəxsi təcrübədə, kapitalizmin iyrənc ziddiyyətlərini görməkdən uzaqlaşdırırdı. Bunun da müqabilində  Sovet zəhmətkeşləri idarəçiliyə çox yerdə rəhbərlik edən adı kommunist əqidəsi isə, meşşan burjua əqidəsi olan insanların xalq malını oğurlamasına, rüşvətxorluğuna, biganə ilə yanaşmağa başladılar.
Daim Sovet hökümətini dörd gözlə izləyən dünya imperializmin iyrənc təbliğatını və təxribatını həyata keçirmək üçün, müəyyən əlverişli şəraitin yarandığını görərək, öz agent və ideoloqlarını daim bütün dünya zəhmətkeşlərinin üzünə açıq olan, Sovet hökümətinə zəhmətkeş sinif adı altında yerləşdirməyə başladılar. Bu agentlər Sovet zəhmətkeşlərinə müasir dövrün kəskin ictimai problemlərinə laqeydlik, inqilabi ənənələrə, öz ictimai vətənpərvərlik borcuna, biganəlik, məhdud bir şəxsi təəssürlər və həzzlər aləmciyinə qapanıb qalmaq meyli yaratmağa başladılar. İdarəçilikdə oturan öz irslərinə məxsus olan, sadəcə libasını dəyişib kommunist libasları geyinmiş maddiyyat nökərləri arasında rüşvətxorluğu xalq malının talanmasını sürətləndirdilər. Bu üzdəniraqların əməllərini görən zəhmətkeş sinifdə kommunist adına, kommunist əqidəsinə qarşı nifrət yaranmağa başladı. 1980-ci illərin axrı, 1990-cı illərin əvvəli ictimai-siyası vəziyyət Sovet zəhmətkeşləri arasında gərginləşdi, nəticədə SSRİ dağıldı. SSRİ xalqlarına böyük nağıllar danışan dünya imperializm nökərləri öz niyətlərinin həyata keçdiyini görüb, əsas məsələyə keçdilər. Ac bir qurd kimi xalqın maddi və mənəvi sərvətlərini daşımağa başladılar. Acınacaqlı bir vəziyyətə düşmüş Sovet zəhmətkeşləri öz maddi ehtiyaclarını ödəmək üçün kapitalist ölkələrinə üz tutdular. Hər addımda istismar, həqarət, mövhümat, savadsızlıq, bir sözlə kapitalizmin ən iyrənc sifətlərini real surətdə görən Sovet zəhmətkeşləri sosializmin necə gözəl bir quruluş olduğunu dərk edərək, bu ölkələrdə kapital istismarı altında inləyən, zəhmətkeş qardaşlarına, bacılarına, öz kommunist ideologiyasını təbliğə başladılar. Nəticədə SSRİ-nin dağılması sosializmin süqutu yox, Versal-Vaşinqton sazişinin dağılması oldu. Artıq imperializmin məhvi uğrunda bütün dünya zəhmətkeşləri bir yerdə düşünür, bir yerdə mübarizə aparır. Dünya burjuaziyası artıq açıq surətdə görür ki, 30 il bundan qabaq onun qapalı surətdə olmasından istifadə edərək dağıtdığı Sovet zəhmətkeşləri kapitalizmin ən iyrənc ziddiyyətlərini, görərərk, nəinki, bu iyrənc imperializm qabığına sığacaqlar, hətta bu qabığı bütün dünyada darmadağın edərək, ümumdünya sosializm quruluşunu yaradacaqlar. Burjuaziya öz  ideoloqlarına deyirdi:-Bar-bar bağırın ki, 70 illərdə Sovet hökuməti nə edib?  İndi siz özünüz real surətdə görürsünüz ki, Sovet hökuməti kapitalizm quruluşunu 400 ilə yaxın keçdiyi bir yolda cəmiyyətin və zəhmətkeş sinifin inkişafına verə bilmədiyi töhvələri verib.
Yoldaşlar, mən kommunist əqidəsində, kommunist ideologiyasında olan bütün dünya zəhmətkeşlərinə üzümü tutub deyirəm:- Bizim yolumuz kommunizmdir. Bunun üçün də biz marksizm-leninizm nəzəriyyəsini öyrənməli və öyrətməliyik. Bu, dünya görüşü insana inqilabi əqidə verir, zəkanın qüdrətinə, bəşəriyyətin işıqlı gələcəyinə inam yaradır, onu mənəvi  cəhətdən zənginləşdirir, mübarizəyə, yaradıcılığa, qrup yaratmağa ruhlandırır, bütün əməli fəaliyyətdə dəqiq kompas xidmətini yerinə yetirir. Məhşur kommunist yazıçı Nikolay Ostrovski idea əqidəsinin əhəmiyyəti haqqında yaxşı demişdir: “Böyük bir idea vardır ki, o, yalnız bir adamı deyil, bütöv xalqları qəhrəman edə bilər: Bu böyük kommunizmi ideyasıdır, xalq səadəti uğrunda mübarizədir”.
Bütün zəhmətkeşlərə kommunist ideologiyası arzusu ilə -
İşıqlı gələcəyimiz kommunizmidir.

                                                                                                                                      Vüsal Həsənoğlu







Отправить комментарий

0 Комментарии