Ədalət Abdinov,
Azərbaycan Kommunistlər Birliyinin sədri
Azərbaycan Kommunist Partiyasındakı rüsvayçı parçalanma ölkədə marksizm-leninizm
ideologiyasının təbliğinə ağır zərbə vurmuş, partiya təbliğatının yüksək
ideyalılığını zəiflətmişdir. Məhz bunun nəticəsidir ki, müasir gənclər
sosializm ideyalarının hansı tarixi şəraitdə qələbə çalaçağını, bu ideyaların
böyük cazibə qüvvəsinin nədən ibarət olduğunu, zəhmətkeşlərə düşmən nəzəriyyə və baxışlara qarşı mübarizədə həmin ideyaların gücünün
üstünlüyünün mahiyyətini bilmirlər.
Narahatlıq
doğuran səbəblərdən biri də odur ki, yeni dünya qurucularının beynəlmiləl ideya
sərvətini özündə cəmləşdirən marksizm-leninizm ədəbiyyatı müntəzəm surətdə öyrədilmir,
bu da cəmiyyətdə sosializm təliminin təsirinə əngəl yaradır. Mən bir daha
kommunist düşərgəsinin sağlam qüvvələrinə müraciət edirəm: gəncləri
marksizm-leninizm ideyalarının məzmunu ilə tanış edin, onların zehni qüvvəsini
həmin ideyaları dərindən mənimsəmək üçün, öz əməli fəaliyyətində tətbiq etməyi
öyrənmək üçün səfərbərliyə alın. Əlbəttə, bu müqəddəs işi qarşısına məqsəd
qoyanlar, ilk öncə özləri marksizm-leninizmə dədindən yiyələnməlidirlər.
Ölkəmizdə
kommunist hərəkatını parçalayan kütbeyinlər öz nadan əməlləri ilə
marksist-leninçi siyasi maarifinə ciddi əngəl törətmişlər. Elə buna görə də kommunist
düşərgəsində obyektiv gerçəkliyin elmi, dialektik materializm təhlili, cəmiyyətdə
baş verən proses və hadisələrin qiymətləndirilməsinə sosializm mövqeyindən
yanaşılması çox zəifdir, ictimai inkişaf qanunların tələbləri, obyektiv şərait
və subyektiv amillər hərtərəfli nəzərə alınmır. Lenin deyirdi ki, siyasi təhsilin,
siyasi ədəbiyyatın vəzifəsi “ibtidadan öyrətməkdir, həm də “yarımelmi” deyil,
bütün elmi öyrətməkdir” (V.İ.Lenin. Tam əsərlərin külliyatı, 54-cü cild, səh.210).
Kommunist Partiyası qruplara bölündüyünə görə bu gün Azərbaycanda bu iş heç bir
sistem və ardıcıllıqla, məqsədəuyğun surətdə aparılmır.
Xüsusilə
qeyd etmək istəyirəm ki, hər bir kommunist sosializm elmini kütlələr arasında
yaymağa borcludur. Kommunistin vəzifəsi insanları marksizm-leninizm təlimini dərindən
öyrənməyə sövq etməkdir. Unutmaq olmaz ki, marksizm-leninizmdən bəhs edən
siyasi maarif özünün doğruluğu sayəsində xalqın zehninə və qəlbinə dərin təsir
göstərir.
Marksizm-leninizm zəhmətkeşlərin ideologiyasıdır, zəhmətkeşlər tarixi həqiqəti qəsdən təhrif etməkdə maraqlı olan burjuaziyadan və digər istismarçı siniflərdən fərqli olaraq, ictimai-iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının dərindən dərk edilməsinə qətiyyət və ardıcıllıqla tərəfdardirlar, öz siyasətini və fəaliyyətini həmin qanunauyğunluqları nəzərə alaraq qurmaq istəyirlər. Bunun səbəbini də izah etmək çətin deyildir. Axı tarixi həqiqət onun tərəfindədir. Buna görə də zəhmətkeşlər dünyanı, onun həqiqətdə mövcud olduğu şəkildə təsvir etməkdə və görməkdə maraqlıdırlar. V.İ.Lenin demişdir: “...Proletariata həqiqət lazımdır və onun işi üçün xoş görünüşlü, gəlişi gözəl meşşan yalanından daha zərərli bir şey yoxdur” (V.İ.Lenin. Əsərləri, 5-ci cild, səh.322).

V.I.Lenin
partiya işçilərindən tələb edirdi ki, onlar daim xalq içərisində olsunlar, onun
qayğı, ehtiyac, tələb və mənafeyini dərindən öyrənsinlər, fərəh və kədərinə şərik
olsunlar, xalqa həqiqəti, ancaq həqiqəti desinlər, ondan heç bir şey gizlətməsinlər,
heç bir şeyə bəzək-düzək verməsinlər.
Azərbaycan
Kommunist Partiyasının kiçik qruplara bölünüb böhran keçirməsinə baxmayaraq, fəal
kommunistlər ictimai hadisə və prosesləri daim hərəkətdə və təbii qarşılıqlı əlaqədə
nəzərdən keçirməklə, onların inkişafının əsas xəttini və başlıca meyllərini tapmaqdan
və bunun əsasında respublikanın həqiqi ictimai-siyasi mənzərəsini təqdim etməyi bacarmalıdırlar.

0 Комментарии