Azərbaycan Respublikasının
Birinci vitse prezidenti kimi fəaliyyətində özünü qeyri-ordinar, parlaq şəxsiyyət,
prinsipial və ardıcıl siyasi xadim,
lider kimi təsdiq edən, eyni zamanda müasir Azərbaycan siyasətində qadın
obrazının formalaşmasında müstəsna rolu olan Mehriban xanım Əliyevanın avqustun 26-da doğum günüdür.
Azərbaycan
Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərən, yüksək
humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək
ehtiram sahibi olan Mehriban xanım Əliyevaya ad günü münasibətilə təbrik məktubu
ünvanlayıb. Təbrikdə deyilir:
Çox hörmətli Mehriban xanım!Doğum gününüz münasibətilə Azərbaycan kommunistləri və şəxsən öz adımdan Sizə böyük məmnuniyyətlə təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.Siz respublikamızda əsası Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılması vəzifələrinin uğurla həyata keçirilməsi naminə ölkənin bütün ictimai-siyasi qüvvələrindən, intellektual və sosial-iqtisadi potensialından səmərəli şəkildə istifadə etməklə yorulmaz fəaliyyət göstərirsiniz.Sosial mədəni həyatın əsas sahələrinin, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkşafı, tarixi-mədəni irsin, mədəniyyət abidələrinin qorunması, ədəbiyyat və incəsənətə qayğı, islam dininin əsrlərin sınağından çıxmış mütərəqqi dəyərlərinin, xalqımızın adət-ənənələrinin, milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunması sahəsində xidmətləriniz əvəzsizdir.İnanıram ki, Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq bundan sonra da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə, məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz isə doğma xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.Həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti, tükənməz qüvvə, yorulmaz fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə, istəklərinizdə, səylərinizdə səmərəli nəticələr, sevimli xalqımıza isə sülh və firavanlıq diləyirəm.
AZƏRBAYCAN
KOMMUNİSTLƏR BİRLİYİ
ОБЪЕДИНЕНИЕ КОММУНИСТОВ АЗЕРБАЙДЖАНА
Azerbaijan Communist Union
AZ1100. Bakı, Z.Xəlilov küçəsi. ev 43, m.21; tel.:0506300160;
e-mail: poctakb@gmail.com
============================================================
26 avqust 2019-cu il №
34
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti
Mehriban
Əliyevaya
Çox hörmətli Mehriban xanım!
Doğum gününüz
münasibətilə Azərbaycan kommunistləri və şəxsən öz adımdan Sizə böyük məmnuniyyətlə təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.
Siz
respublikamızda əsası Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi dövlətin
və vətəndaş cəmiyyətinin formalaşdırılması vəzifələrinin uğurla həyata keçirilməsi naminə ölkənin bütün
ictimai-siyasi qüvvələrindən, intellektual və sosial-iqtisadi potensialından səmərəli
şəkildə istifadə etməklə yorulmaz fəaliyyət göstərirsiniz.
Sosial mədəni
həyatın əsas sahələrinin, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin
inkşafı, tarixi-mədəni irsin, mədəniyyət abidələrinin qorunması, ədəbiyyat və incəsənətə qayğı,
islam dininin əsrlərin sınağından çıxmış mütərəqqi dəyərlərinin, xalqımızın adət-ənənələrinin,
milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunması sahəsində xidmətləriniz əvəzsizdir.
İnanıram ki,
Sizə xas olan böyük fədakarlıq, geniş təfəkkür, yüksək peşəkarlıq bundan sonra
da Azərbaycan Respublikasının firavanlığına, onun beynəlxalq aləmdə nüfuzunun
möhkəmlənməsinə, məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz isə doğma xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Həyatınızın
bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti, tükənməz qüvvə, yorulmaz fəaliyyətinizdə
uğurlar, hər bir təşəbbüsünüzdə, istəklərinizdə, səylərinizdə səmərəli nəticələr,
sevimli xalqımıza isə sülh və firavanlıq diləyirəm.
0 Комментарии