Recents in Beach

Kommunist ocağların şöləsi

             Ədalət  Abdinov,   
Azərbaycan Kommunistlər Birliyinin sədri


Azərbaycan Kommunistlər Birliyinin ocağlarında  Birliyin siyasətinin magistral istiqamətindən irəli gələn məqsəd və vəzifələri – sosializmi bərpa etmək, kommunist ictimai münasibətlərini yaratmaq, insanları sosializm ruhunda tərbiyə  edilməsi kimi məqsəd və vəzifələr sənədlərdə - Azərbaycan Kommunistlər Birliyininnin Proqramında, Nizamnaməsində şərh edilmişdir.
Sosializm uğrunda mübarizə şəraitində Azərbaycan Kommunistlər Birliyi İdarə Heyətinin qərarlarının, Azərbaycan Kommunistlər Birliyi  Sədrinin sərəncamlarının, habelə təşkilat və ideya tərbiyəsi işinin təkmilləşdirilməsi, insanların mübarizə fəallığının yüksəldilməsi barəsində Azərbaycan Kommunistlər Birliyi İdarə Heyətinin göstərişləri ilə əlaqədar olaraq, ocağların fəaliyyəti haqqında Azərbaycan Kommunistlər Birliyinin qərarlarının  xüsusi əhəmiyyəti vardır.
Azərbaycan Kommunistlər Birliyinin direktiv sənədlərində, qərarlarında kapitalizmlə mübarizə şəraitində  Birlikdaxili siyasət məsələlərinə dair konkret prinsipial göstərişlər verilmişdir. Tamamilə qanunauyğun haldır ki, Birliyin ocağlarının fəaliyyətində kommunistlərin sosializm uğrunda mübarizəsi əsas yer tutur. Yerli təşkilatlarımızın bütün fəaliyyəti buna istiqamətləndirilmişdir.
Kommunistlərimiz  adamların marksizm-leninizm yönümlü ideya – siyasi fəallığına nail olmağa, bu prosesdə hər bir insanın öz yerini və rolunu başa düşməsinə kömək etməyə çalışırlar. Azərbaycan Kommunistlər Birliyinin siyasi əsgəri kimi kommunistin öz borcunu necə yerinə yetirdiyi sosializmin bərpası uğrunda mübarizədə onun mövqeyinin nə qədər prinsipial olmasına, onun özünün nümunə göstərməsinə, adamları marksizm-leninizm ideologiyasının tələblərinin yerinə yetirilməsinə istqamətləndirməsinə görə qiymətləndirilir.
Ocağlarımızın üzvləri marksizm-leninizm işinə sədaqət, ideya mətinliyi və kommunist əxlaqı ruhunda tərbiyə edilirlər.
Azərbaycan Kommunistlər Birliyinin ocağları kommunist quruculuğu təcrübəsi ilə sıx əlaqədar şəkildə marksizm-leninizm nəzəriyyəsinin kommunistlər tərəfindən öyrənilməsini təşkil edir, marksizm-leninizmi təftişsayağı təhrif etmək və ona ehkamçılıqla məna vermək yolunda edilən bütün cəhdlərə qarşı çıxır.
İctimai-siyasi həyatda kommunistlərin avanqard rolunun artmasına nail olmağa çalışırıq. Bu istiqamətdə Azərbaycan Kommunistlər Birliyinin Şəmkir ocağının fəaliyyətini xüsusilə qeyd etməliyik. Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun adının doğulduğu Şəmkirdə əbədiləşdirilməsi ilə əlaqədar Azərbaycan Kommunistlər Birliyinin Şəmkir ocağının təşəbbüs qrupunun müraciətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəstəkləmişdir. Belə ki, dövlətimizin başçısı 9 iyul 2019-cu il tarixli Sərəncamı ilə Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilməsi, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsi üçün qərar qəbul edilmişdir. Hazırda Azərbaycan Kommunistlər Birliyinin Şəmkir ocağı Şəmkirdə doğulub boya-başa çatan dünya şöhrətli sovet şərqşünas alimi Rüstəm Əliyevin adının əbədiləşdirilməsi istiqamətində də ciddi iş aparır.
Azərbaycan Kommunistlər Birliyininnin Salyan, Biləsuvar, Cəlilabad və Masallı ocaqları çox səmərəli təşviqat-kütləvi iş və təbliğat işi aparır, mahiyyəti marksizm-leninizm təşkil edən ictimai işləri idarə etmək vərdişlərinə yiyələnməkdə gənclərə kömək edirlər.
Kapitalizmin bizə gətirdiyi ən böyük bəlalardan biri də mənəvi böhrandır, çünki kütləvi əxlaqsızlıq, mənəvi eybəcərlik kapitalizmə nəfəs verir, onu yaşadır. Azərbaycan Kommunistlər Birliyinin ocaqları adamlar arasında insanpərvərlik münasibətləri və qarşılıqlı hörmət, insan insana dost, yoldaş və qardaşdır – müqəddəs ideyalara önəm verməklə kapitalizmin bu murdar nəfəsini kəsmək istəyir.
Ocağlarımız qarşılıqlı yoldaşlıq yardımı, hər kəs hamı üçün, hamı hər kəs üçün, düzlük və doğruçuluq, mənəvi saflıq, ictimai və şəxsi həyatda sadəlik və təvazökarlıq, haqsızlığa, müftəxorlara, əliəyriliyə, mənsəbpərəstliyiə qarşı barışmazlıq mövqeyi sərgiləyirlər.
Kommunistlər sosializmin, sülh işinin və xalqlar azadlığının düşməni – kapitalizmə qarşı barışmazdır, xalqlar arasında dostluq və qardaşlığın tərəfdarıdır. Biz çürümüş burjua ideologiyasından fərqli olaraq, bütün ölkələrin zəhmətkeşləri ilə, bütün xalqların qardaşcasına həmrəyliyini üstün tuturuq.

Отправить комментарий

0 Комментарии