Sovet dövründə rayon qəzetlərinin prinsipial, mərd,
mübariz redaktorlarından biri də Vaqif Hüseynov olmuşdur. O SSRİ
tarixində yeganə redaktorlardandır ki, partiya mətbuatının müstəqilliyini
qoruyurdu. Elə buna görə də 70-ci illərdə Masallıda “Çağırış” rayon qəzetinin rəhbəri
olarkən raykomun kommunist cildinə girmiş nadan, tamahkar birinci katibinin qəzəbinə tuş
gəlmişdir. Vaqif Hüseynov həmin rüşvətxora əyilməmiş və redakrtoluq vəzifəsindən
istefa vermişdir. Çox güman ki, elə həmin
çətin günlərdə aşağıdakı misraları yazmışdır:
İstedadlı, şair, jurnalist Vaqif Hüseynov 1985-ci ildə şərəflə, namusla, ləyaqətlə, halal, pak, alnıaçıq, üzüağ dostlarından, sevdiklərindən, onu tanıyanlardan əbədi ayrıldı. Ömrü vəfa etmədi, çox tez getdi. Yaşasaydı bu gün 84 yaşı olardı. Vaqif Hüseynovun yaxın qohumu Hikmətlə dost idim. Vaqifin adı çəkiləndə Hikmət kövrəlirdi. Hikmət çox səxavətli oğul idi. Elə bir məclis yox idi ki, orada Vaqif müəllimi xatırlamayaq. İndi Hikmət də yoxdur, Tanrının dərgahına qovuşub. Ümumiyyətlə, Vaqif Hüseynovun nəsli Lənkəranda əsilli, nəcabətli olub.
Bu gün Vaqif Hüseynovun əziz xatirəsini "Sovet jurnalistikasının Vaqif Hüseynov zirvəsi - fotokompozisiya" ilə anırıq:
Ədalət Abdinov
Qolu bağli bir köləyəm
zəmanənin hüzurunda,
Pəncəsində xışmalayır əjdaha tək dövran məni.
Həyat qəmli bir
karvandır addımlayir ağır-ağır,
Son mənzilə aparacaq
qoşulduğum karvan məni.
Nə dostların vəfası
var, nə qohumun etibarı,
Nə tapılar bir hal əhli, nə bir duyan insan məni.
Мən taqətsiz, düşmən
güclü, əlində həm tüfəng vardır
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng
vardır.İstedadlı, şair, jurnalist Vaqif Hüseynov 1985-ci ildə şərəflə, namusla, ləyaqətlə, halal, pak, alnıaçıq, üzüağ dostlarından, sevdiklərindən, onu tanıyanlardan əbədi ayrıldı. Ömrü vəfa etmədi, çox tez getdi. Yaşasaydı bu gün 84 yaşı olardı. Vaqif Hüseynovun yaxın qohumu Hikmətlə dost idim. Vaqifin adı çəkiləndə Hikmət kövrəlirdi. Hikmət çox səxavətli oğul idi. Elə bir məclis yox idi ki, orada Vaqif müəllimi xatırlamayaq. İndi Hikmət də yoxdur, Tanrının dərgahına qovuşub. Ümumiyyətlə, Vaqif Hüseynovun nəsli Lənkəranda əsilli, nəcabətli olub.
Bu gün Vaqif Hüseynovun əziz xatirəsini "Sovet jurnalistikasının Vaqif Hüseynov zirvəsi - fotokompozisiya" ilə anırıq:
Ədalət Abdinov





















0 Комментарии