· Azərbaycan Kommunist (b) Partiyası MK-nın 1941-ci il 3 oktyabr tarixli qərarı ilə “Katyuşa” adı ilə tanınan M-13
minaatanı istehsal edilməyə başlanmışdır (F.1, siy.26, sax.vah. 298);
· 8
noyabr 1941-ci ilə qədər Bakıda yerləşən Yerli Sənaye Xalq Komissarlığının
tabeliyində olan müəssisələrdə yalnız 35 min közərmə şüşəsi və 14 min patron
istehsal edilmişdir (F.1, siy.26, sax.vah.331);
· Azərbaycan Kommunist (b) Partiyası MK-nın Bürosu 1941-ci il 5 dekabr tarixli qərarla Bakıda yerləşən “Aznefkombinat”a yandırıcı qarışıqların, partlayıcıların kütləvi istehsalına keçirilməsini tapşırmışdır (F.1, siy.26, sax.vah.331);
· Azərbaycan Kommunist (b) Partiyası MK Azərbaycan SSR-in Xalq Komissarları Şurası ilə birgə 1942-ci il 9 yanvar tarixli 197/6 saylı qərarla yeni tipli təyyarələrin istehsalının təşkil olunmasını qəbul etmiş, Keşlə zavodunda istehsal olunan “Yak-3” qırıcı təyyarələri 1942-ci ilin yazından cəbhəyə göndərilmişdir (F.1, siy.27, sax.vah.283);
·
“Yak-3” qırıcı təyyarələri, pulemyotlar, minaatanlar, “Katyuşa”lar üçün
raketlər, artilleriya mərmiləri, hava bombaları, “Şpagin” avtomat silahları,
Yusif Məmmədəliyevin ixtirası olan “Molotov kokteyli” Bakı müəssisələrində
istehsal olunmuşdur (F.1, siy.29, sax.vah.148);
·
müharibə illərində sualtı qayıqların yerini müəyyənləşdirən avadanlıq məhz
Bakıda hazırlanmışdır (F.1, siy.27, sax.vah.274);
· qısa
bir zaman ərzində Azərbaycan SSR-də o dövrdə dünyada analoqu olmayan torpedo
gəmiləri üçün unikal döyüş texnikaları istehsal olunmuşdur (F.1, siy.27,
sax.vah.274);
·
1942-ci ildə Azərbaycan mühəndisləri dünyada analoqu olmayan metod tapmış,
dəmiryolu nəqliyyatı kəsildiyindən və neftin quru yolla daşınması
dayandığından, cəbhəni yanacaqla təmin etmək məqsədi ilə Bakıda 2500 ton su
basımı olan nəhəng neft barjı inşa edilmiş və Həştərxana, Krasnovodska neft
daşınmış (F.1, siy.26, sax.vah.259) və bu, sovet ordusunun döyüş
qabiliyyətini yüksəlmişdir.
Seminarda qeyd edilmişdir ki, məşhur “Katyuşa”lar daxil olmaqla, müəssisələrimizdə gecə-gündüz hərbi texnika istehsal olunurdu. Qələbənin əldə olunmasında mühüm rol oynayan Azərbaycanın sənaye müəssisələri müharibə illərində 130 növ silah və sursat istehsal etmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində mühafizə olunan sənədlər Azərbaycan SSR-in Böyük Vətən müharibəsi illərində hərbi sursatlar istehsalının ağır yükünü daşıdığını göstərməklə bərabər, strateji yük daşımalarını təmin edən Bakının əvəzolunmazlığına, Bakı kimi SSRİ-də ikinci bir şəhərin tapılmasının qeyri-mümkünlüyünə da şahidlik edir.
Ədalət Abdinov
0 Комментарии