Recents in Beach

Lənkəran kommunistlərin təşəbbüsü hər yerdə yayılmalıdır

Kommunistlər əməlləri, gördükləri işlərlə cəmiyyətdə həmişə nümunə olublar. Bu mənada Azərbaycan Kommunist Partiyası Lənkəran Rayon Komitəsi fəallıq göstərir. Rayon partiya komitəsinin fəallarının Veravul kəndindəki iməclik yolu ilə apardığı abadlıq işlərini xüsusilə qeyd etmək lazımdır.

Veravul kəndində Böyük Vətən müharibəsi və Qarabağ savaşında həlak olan sakinlərin xatirəsinə abidə ucalır. Kommunistlər abidənin yerləşdiyi ərazinin səliqə-sahmanına daim nəzarət edirlər. Bu günlərdə rayon partiya komitəsi yeni təşəbbüs irəli sürmüş,kommunistlərin əməyi ilə abidə kompleksin ərazisində təmizlik işləri aparılmış, ətrafa xüsusi zövq verən həmişəyaşıl ağaclar əkilmişdir.
Abidə kompleksində işıqlandırma sisteminin normal işləməməsi də rayon partiya komitəsini narahat edirdi. Fəal kommunistlər buna son qoymuş, ərazini işıqlandırma sistemi ilə təmin etmişlər. Bütün bu işlər kommunistlərin şəxsi vəsaiti hesabına görülmüşdür. Kənd üçün, el-oba üçün əvəzsiz xeyirxah işlərin görülməsində kommunistlərdən Seymur İbayev, Azər İsmayılov, Ağadadaş Əliyev, Rza Cəfərov, Kazım İbayev, Şöhrət Cəbrayılov, Xəyal Rzayev, Elşən Əhmədli, Coşqun Nəzərov və Kamil Nəzərov daim fəallıq göstərirlər.
Azərbaycan Kommunist Partiyası Lənkəran Komitəsinin birinci katibi Rza Cəfərov müxbirimizlə söhbətində bildirmişdir ki, biz Veravul kəndinin abadlıq-quruculuq işləri ilə bağlı kənd ərazi partiya təşkilatın bütün təşəbbüslərini bundan sonra da müdafiə edəcək və onlara dəstək olacağıq. Lənkəranda müasir kommunist məfhumunun mahiyyəti haqqında ən dərin və ətraflı təsəvvürləri sadə Veravul kəndindəki gördüyümüz işlərdə aydın görmək olar. Bütün bunlar həm də cəmiyyətin aparıcı qüvvəsi olan gənclər üçün bir örnəkdir, nümunədir.

Xumar Rüstəmova









Отправить комментарий

0 Комментарии